Nağıllar Diyarına Səyahət

Nağıllar Diyarına Səyahət
Авторы книги: id книги: 2457348     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 229,91 руб.     (2,51$) Читать книгу Купить и скачать книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Alatoran yayınları / Алаторан Дата добавления в каталог КнигаЛит: ISBN: 978-9953-8069-9-1 Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 0+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Ədəbiyyat üzrə Nobel mükafatçısı, oxuculara "Aclıq", "Həyat davam edir", "Torpağın bərəkəti" kimi əsərləri ilə tanış olan Knut Hamsunun "Nağıllar diyarında" əsərini 1899-cu ildə samballı səfər təqaüdünü alıb Qafqazlara səfər etdikdən sonra yazıb. Yazıçı son dərəcə maraqlı və oxunaqlı dildə Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və İran səfərlərini ardıcıllıqla oxucuya təqdim edir. Kitabın Azərbaycanla bağlı bölümü xüsusiylə diqqətçəkən və maraqlı məlumatlarla zəngindir. Həmin dövrün Bakısını, insanların məşğuliyyətini, gündəlik həyatını incə yumor və düşündürücü təhkiyə ilə qələmə alan dahi yazar bəzi məqamlarda gördükləri ilə bağlı ikrahını və dərin təəcübünü də gizlədə bilmir. Alatoran nəşriyyatı ""Həyat davam edir"" trilogiyasından sonra yenidən bu zidiyyətli Nobel mükafatçısı ilə oxucuların görüşünə gəlir. Kitab birbaşa orijinaldan- Norveç dilindən tərcümə edilib.

Оглавление

Кнут Гамсун. Nağıllar Diyarına Səyahət

I Bölüm

II Bölüm

III Bölüm

IV Bölüm

V Bölüm

VI Bölüm

VII Bölüm

VIII Bölüm

IX Bölüm

X Bölüm

XI Bölüm

XII Bölüm

XIII Bölüm

XIV Bölüm

XV Bölüm

XVI Bölüm

XVII Bölüm

XVIII Bölüm

Отрывок из книги

Sentyabrın əvvəlidir. Sankt-Peterburqdayıq. Hələ məni dövlət təqaüdü ilə gedəcəyim Qafqaza, Şərqə, İran və Türkiyəyə səfərlər gözləyir. Axırıncı bir ili keçirdiyimiz Finlandiyadan buraya gəlmişik.

Düz 200 il bundan qabaq Böyük Pyotr 19 bataqlıq adası üzərində bu şəhəri inşa edib. Təmtəraqlı Qərbi Avropaya xas kazarmaların Bizans tikililərini və əcaib daxmaları əvəz etdiyi, qəribə şəkildə hissələrə bölünmüş bu qarışıq şəhəri hər yerdən Neva çayı kəsib keçir. İri muzeylər, qalereyalar, köşklər, çardaq və qeyri-adi evlər günəşin şüaları altında mürgüləyir. Ruslar şəhəri daha quru bir əraziyə köçürmək hazırlığındadır, ancaq Rusiyanın özünün köçürülməsindən də bu cür asanlıqla danışmaq olar. Sankt-Peterburqda yerindən qaldırılması, sadəcə, mümkün olmayan şeylər var: Qış Sarayı, Ermitaj, Petropavlovsk Qalası, İsanın Dirilməsi kilsəsi, İsakiyev məbədi. Rusiyanın başqa yerə köçürülməsi ancaq elə Sankt-Peterburqun köçürülməsi deməkdir, çünki şəhər getdikcə genişlənir və böyüyürdü.

.....

Yol yoldaşlarım hələ də yuxudan durmamışdı. Biz düzənliklə irəliləyir, bataqlıqlar və çovdar zəmilərini ötürdük. Bəzən düzənliklərdə yarpaqlı meşələrə rast gəlirdik, eynən vətənimdə olduğu kimi, tozağacları və qızılağaclar, ağacların budaqlarında isə kiçik quşlar görünür. Kişilər və qadınlar çınqıl karxanalarında külüng və bellə işləyirlər. Bunların slavyan olduğunu düşünürəm, həmçinin özlərini germanlardan fərqli apardıqlarını görmürəm. Onlar bizim kimi geyinib, bizim qədər zəhmətsevəndirlər, sadəcə nəzər yetirərək qatarı müşahidə edir, yenidən işlərinə davam edirlər. Kərpic zavodunun yanından ötdüyümüz zaman kərpicləri qorumaq üçün günün altına düzdüklərini görürəm. Burada da fəhlələr durmadan çalışır, əli şallaqlı nəzarətçi isə ortalıqda yoxdur.

Hər yan geniş və açıqlıqdır. Sol tərəfdə meşələr uzanır, oraya gedən cığırla bir adam irəliləyir. Necə də doğma mənzərədir mənim üçün, uzun müddətdir vətənimdə olmadığıma görə hər şeyi fərəhlə izləyirəm. Yarıyacan ot basmış cığırla irəliləyən adam çiynində kisə daşıyır. “Səhər-səhər haraya gedir görəsən?” – deyə düşünürəm; ola bilsin, meşənin digər tərəfində işi var. Elə asta və düzgün addımlayır ki, bir müddət keçəndən sonra artıq onu görmürəm.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Nağıllar Diyarına Səyahət
Подняться наверх