Hə ilə yox arasinda

Hə ilə yox arasinda
Авторы книги: id книги: 2511120     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 196,8 руб.     (1,92$) Читать книгу Купить и скачать книгу Купить бумажную книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Qanun nəşriyyat Дата добавления в каталог КнигаЛит: ISBN: 2001151534633 Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 16+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Nobel mükafatı laureatı Alber Kamyunun “Hə ilə Yox arasında” adlı kitabına esse və hekayələri daxil edilib. Oxucu bu esse və hekayələrdə yazıçının tənqidi baxışlarıyla yanaşı, ustalıqla təsvir edilmiş təbiətlə insan təması, istənilən müharibəyə, istilaya olan nifrət və sözsüz ki, ekzistensialist fəlsəfəylə rastlaşacaq.

Оглавление

Альбер Камю. Hə ilə yox arasinda

HƏ İLƏ YOX ARASINDA

RƏSSAM MƏHBƏSDƏ[2]

YELENANIN SÜRGÜNÜ

BADAM TALALARI

PROMETEY CƏHƏNNƏMDƏ

TİPASAYLA NİKAH

TİPASAYA QAYIDIŞ

CƏMİLƏYƏ ƏSƏN RUZİGAR

ÇÖRƏK VƏ AZADLIQ[18]

QADININ VƏFASIZLIĞI

SÜKUT

ALMAN DOSTUMA MƏKTUBLAR

SƏNƏTKAR VƏ ONUN ZAMANI

İSVEÇ NİTQİ

Отрывок из книги

Əgər, həqiqətən də, itirilmiş cənnət mövcuddursa, bu gün içimi dolduran o sezilməyən, zərif, qeyri-insani hissə hansı ad vermək lazım olduğunu bilirəm. Sərgərdan evinə qayıdır. Mən – mənsə xatirələrə dalıram. İstehza, tərslik – hamısı susur və budur, mən yenidən evdəyəm. Xoşbəxtlikdən danışmayacağam. Hər şey daha sadə və asandır. Çünki dalğınlığın dərinliyindən qaytara bildiyim saatlarda yaddaş əbədiyyətdə itib-batmayan yalnız bir həqiqi hissi, bir anı qoruyub saxlayır. Məndə həqiqi olan yalnız budur və mən bu həqiqətə çox gec vardım. Biz bitməsi lazım olan yerdə budaq atmış ağac növünü, hərəkət çevikliyini sevirik. Və bu sevgini yenidən oyatmaq üçün azacıq bir şey, məsələn, qapısı uzun müddət bağlı qalmış otağın havası və ya yoldan ötən tanış addımlar yetərlidir. Mənimlə də belədir. Və əgər onda mən vəcdi sevirdimsə, deməli, özümə sadiqdim, çünki yalnız sevgi bizi özümüzə qaytarır.

Bu saatlar mənə rəvan, sakit və təntənəli şəkildə qayıdır və elə həmənki tək ağuşuna alır, eynilə həyəcanlandırır, axı bu axşam kədərli anlarla doludur, işıqdan məhrum göy üzündəsə dumanlı arzu gizlənib. Hər xatırladığım hərəkətdə yenidən özümü açıram. Nə vaxtsa mənə demişdilər: “Bu cür yaşamaq çətindir”. Və mən bu ifadələrin necə səsləndiyini xatırlayıram. Başqa vaxt kimsə qulağıma pıçıldamışdı: “Ən acı səhv – insanı əzab çəkməyə məcbur etməkdir”. Hər şey sonuna gələndə, həyat yanğısı sönür. Bəlkə, elə xoşbəxtlik budur? Xatirələri çək-çevir edərkən hamımız onu eyni cür kasıbyana geyindiririk və ölüm qarşımızda səhnənin bir küncünə atılmış nimdaş, solğun dekorasiya tək dayanır. Biz özümüzə qayıdırıq. Dərdimizi bütünlüklə içimizə çəkirik və o, bizə əziz görünür. Hə, bəlkə də, ötüb-keçən fəlakətlərin qüssəsi elə səadətin özüdür.

.....

Küçənin nəfəsi pəncərədən içəri süzülür. Qonşuluqdakı qəhvəxanadan akkordeon səsləri, axşama yaxın bir az da artan küçə hərəkətinin səs-küyü eşidilir; qızardılmış ət iyi gəlir,yəqin, onun tikələrini kövrək kökələrin arasında sıxıb elə şişdəncə yeyirlər; hardasa uşaq ağlayır. Qadın ayağa qalxıb milləri və sapı götürür, toxumağa başlayır. Onun artritdən eybəcərləşmiş barmaqları ləng işləyir, bir ilməni üç dəfəyə atır və həmin andaca bütün sıranı sökür; azacıq boğuq xışıltı səsi gəlir.

– Bu, köynəkdi, ağ yaxalıqla geyinəcəm. Üstəlik, qara palto, qışa hazıram.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Hə ilə yox arasinda
Подняться наверх