Filin seyrə çıxması

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Александр Куприн. Filin seyrə çıxması
Ön söz əvəzi
Yu-Yu
Barbos və Julka
Siğirçinlar
Sapsan
Filin seyrə çixmasi
Zavirayka
Отрывок из книги
Məşhur rus yazıçısı Aleksandr İvanoviç Kuprin 1870-ci ildə kasıb ailədə anadan olmuşdur. O hələ uşaqkən atası ölmüş, anası, yaşamaq üçün heç bir vəsaiti olmadığından uşaqlarını dövlət ixtiyarındakı qapalı məktəblərdə tərbiyə etdirməyə məcbur olmuşdu.
Balaca Saşa[1] əvvəlcə atasız-anasız uşaqlar saxlanan yetimlər evində olmuş, sonra soldat rejimi və kötək üsulunun hökm sürdüyü kadet korpusunda və nəhayət, yunker məktəbində oxumuşdur. Kuprin uşaqlıq və ilk gənclik illəri, ana qayğısı və ailə rahatlığının nə olduğunu görməmişdir. O, həyatın acısını çox tez daddığından başqalarının kədərini dərindən duymuş, azadlığı sevmiş, zülm və zorakılığa nifrət etmişdir. Çar ordusunda xidmət edərkən bu hisslər onda daha möhkəmlənmiş, – yazdığı hekayə və povestlərdə öz əksini tapmışdır.
.....
Bizim Dzi-Dzi adlı balaca bir meymunumuz var idi. Onu atam qapı-qapı gəzən bir serbdən almışdı. Serb nəğmə oxuyur, qamçı ilə meymunun tüksüz baldırlarına vururdu. Dzi-Dzi qamçı zərbələrindən canını qurtarmaq üçün yerində tullanırdı. Bu da onun rəqsi idi.
Meymun cənubda yaşayan heyvandır. Onlar bizim iqlimə çətin dözür, tez soyuqlayır, öskürür, vərəm xəstəliyinə tutulurlar.
.....