İzabel üçün mandala
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Antonio Tabukki. İzabel üçün mandala
ÖN SÖZ
Qeyd şəklində əsaslandırma
Birinci dairə. Monika. Lissabon. Çağırış
İkinci dairə. Bi. Lissabon. Yönüm
Üçüncü dairə. Tecs. Lissabon. Özümsəmə
Dördüncü dairə. Tom dayı. Reboleyra. Yenidən birləşmə
Beşinci dairə. Tiaqo. Lissabon. Görüntü
Altıncı dairə. Maqda. Keşiş. Makao. Rabitə
Yeddinci dairə. Gəzən Xülya. Makao. Müvəqqətilik
Səkkizinci dairə. Liz. Xavyer. İsveçrə Alpları. Genişlənmə
Doqquzuncu dairə. İzabel. Rivyera stansiyası. Reallaşma. Qayıdış
Qeyd
Отрывок из книги
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı dünya şöhrətli italyan yazıçısının sonuncu əsəridir və ölümündən sonra çap olunub. Romanda İzabel adlı itmiş portuqaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır. Bu sirli səyahətdən bəhs edən metafizik roman marağınıza səbəb olacaq.
1964-cü ildə Sorbonna Universitetində fəlsəfə üzrə sərbəst mühazirələri dinlədikdən sonra İtaliyaya dönən A.Tabukki Parisin Lion vağzalı yaxınlığındakı bukinist köşklərindən birində məşhur Portuqaliya şairi Fernandu Pesoanın[1] (1888–1935) heteronimlərindən biri olan Alvaru de Kampuş adı ilə imzalanmış “Tabakaria” (“Tütün dükanı”) poeması ilə tanış olur. Bu balaca kitabçanın səhifələrində öz həyat idealını tapan gələcək yazıçı bütün elmi-bədii fəaliyyətini Portuqaliyaya, portuqal dilinə və ədəbiyyatına, Portuqaliya – İtaliya ədəbi əlaqələrinə həsr etməyi qərara alır. Elə həmin il o, Piza Universitetinin filologiya fakültəsinə daxil olaraq roman filologiyası kurslarında portuqal dili və ədəbiyyatı üzrə ixtisaslaşmağa başlayır.
.....
Çaşqın bir görkəmlə üzümə baxdı.
– Hmm, – dedi, – elə isə buralarda nə gəzirsən?
.....