Описание книги
Boleslav Prus (1847-1912) polyak ədəbiyyatının görkəmli xadimlərindən biridir. Yoxsullaşmış şaxtaçı ailəsində doğulub. Valideynlərini tez itirdiyindən 1863-1864-cü illər üsyanının iştirakçısı olan qardaşının himayəsində böyüyüb. 1863-cü ildə gimnaziyada oxuyan Prus üsyançılara qoşulub, döyüşdə yaralanıb, sonra da çar qoşunları tərəfindən həbs edilib. 1866-1868-ci illərdə Varşavadakı Baş məktəbin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Evlərdə dərs verib və zavodda işləyib. Ədəbi fəaliyyətə 1872-ci ildə başlayıb. Varşava qəzetlərində felyetonlarla çıxış edib və ilk yazıları oxucuların rəğbətini qazanıb. Bədii yaradıcılığa yumoristik hekayələrlə başlayan Prus sonralar ictimai novellaya keçib. O, polyak ədəbiyyatında ilk dəfə fəhlə mövzusunda əsər yazıb. Boleslav Prus “Forpost” povestinin, “Kukla” və “Firon” kimi geniş yayılmış romanların və başqa əsərlərin müəllifidir. “Keçmişdən gələn səslər” kitabında B.Prusun ən yaxşı hekayələri seçilərək toplanmışdır.