Читать книгу Dərinlik - Джеймс Роллинс, James Rollins, Rebecca Cantrell - Страница 1
ОглавлениеCeyms Rollins
Dərinlik
fantastic roman
3
Proloq
Günəş tutulması.
Çərşənbə axşamı, 24 iyul
1. Əvvəl
Günəş tutulmasının baş verəcəyi gün Dorin Makklaud bir əlində "Cronicle"ın təzə nömrəsi, digərində isə bir fincan tünd mokko1 ilə "Starbucks" kafesindən çıxdı. Tələsmək lazım idi: onun saat 10-a şəhərdə görüşü təyin olunmuşdu və
“Embarkagero”nun yaxınlığında yerləşən ofisinə çatmaq üçün bir saatdan az vaxtı qalmışdı. Səhərin soyuq küləyindən büzüşərək, o tələskənliklə "Bazaar" və "Castro" küçələrinin kəsişməsində yerləşən metro stan-siyasına tərəf yollandı.
Dorin göyə baxdı və üzünü tur-şutdu. Gecə şəhəri bürümüş
duman örtüyu hələ dağılmamışdı və günəş bu tüstü arasından üzünə tül çəkilmiş gəlini xatırladırdı. Çoxdan gözlənilən hadisə – yeni minilliyin ilk günəş tutulması 4 saatdan sonra baş verəcəkdi və lənətəgəlmiş duman uc-batından onu görməmək pis olardı. O, qəzetlər və televiziya xə-bərlərindən bilirdi ki, bu nadir astronomik fenomeni qeyd etmək üçün bütün şəhər toplanacaq. Hətta bu vəziyyətdə
belə, San-Fransisko təmtəraqsız keçinə bilmirdi.
"Bu nə səfehlikdir!” – deyə Dorin təəssüflə başını yelləyərək fikirləşdi. Onsuz da ilboyu San-Fransisko üzərində
dumanlı hava olur və bir neçə dəqiqəlik çökəcək qaranlıga nəyə görə sevinilir? Özü də ki, bütöv yox, yarım günəş tutulması gözlənilirdi.
1 Qəhvə.
4
Dorin dərindən nəfəs alıb, boynundakı şərfi düzəltdi və yersiz fikirləri başından atdı. İndi onun daha vacib qaygıları var idi. Əgər o Delta bankın tələblərini yerinə yetirə
bilsə, firmadakı yolu onun üçün açılacaq. Bu fikir onu qa-nadlandırıb "Bazar” küçəsindən keçirtdi və o metro stansiyasının girişinə çatdı. O, metroya daxil olan anda tuneldə
növbəti qatar göründü.
Təyin olunmuş vaxta gecikmədiyinə görə razı halda əlindəki qəhvədən bir qurtum almaq istəyirdi ki, birdən kimsə
möhkəm zərbə ilə onun dirsəyinə toxundu. Vurulan bu zərbədən əlindəki stəkan düşdü və qəhvə perrona dağıldı.
Dorin ona vurulan zərbənin kim tərəfindən gəldiyini görmək üçün arxaya baxdı və cır-cındır geyimli yaşlı qadını gördü. Bu qadın Dorinə sanki bu dünyadan olmayan insanın ba-xışları ilə baxırdı. Bir anlıq Dorinin fikrində vaxtilə xəstə yatan anasının obrazı canlandı: üzünün kəskinləşmiş cizgiləri, ölüvay baxışları və dərmanlarla sidiyin qarışmış kəskin qoxusu. Bütün bunlar Alseygeymer xəstəliyinin əlamətləri idi.
Dorin qeyri-iradi bir addım geriyə çəkilərək çantasını özünə
sıxdı. Amma çox güman ki, bu evsiz qadın təmamilə zə-rərsiz idi. Yəqin ki, belə hallarda sonrakı ifadə olaraq bu sözlər səs-lənəcəkdi: "Nə ilə bacarırsınızsa kömək edin!"Dorin bir addım da geri çəkildi. Qorxu və qəzəb, mərhəmət hissi ilə əvəz edildi.
Yazılmamış
şəhər
qanunlarına
əsas-lanaraq,
perrondakı digər sərnişinlər baxışlarını yana çevirdilər. Dorin də bu cür etmək istədi, amma bacarmadı. Yəqin ki, bunun səbəbi çoxdan vəfat etmiş anasının yadına düşməsi, yaxud o zavallı qadına duyduğu mərhəmət hissi idi. Bu vaxt o qeyri-ixtiyari soruşdu:
– Sizə necə kömək edə bilərəm?
5
Qadıntərpəndi və Dorin acından qadının dizlərinə
büzüşmüş qəhvəyi rəngli küçüyü gördü. Yazıq küçük o qədər arıq idi ki, batmış böyürlərindəki bütün qabırğaları saymaq olardı. Qadın Dorinin küçüyə baxdığını görüb dedi :
– Dopsik bilir! – Yaşlılıq və evsizlik ucbatından qadının səsi xırıltılı idi. Qadın yenə təkrarladı:
– O hər şeyi bilir!
Dorin sanki başa düşürmüş kimi qadının dediklərini başının hərəkəti ilə bildirdi. O zavallı anası ilə ünsiyyəti zamanı əldə etdiyi təcrübəsinə əsasən bilirdi ki, psixi xəstələrin qıcıqlandırılması düzgün deyil.
– Əlbəttə bilir, – deyə Dorin təkrarladı.
– Və o, bu haqda mənə danışır!
Bəli-bəli danışır! Dorin özünü axmaq kimi hiss etməsinə
baxmayaraq, yenidən razılıq əlaməti olaraq başını tərpətdi.
Qatarın qapıları açıldı. O, gecikməmək üçün tələsməli idi.
Qatara girdikdən sonra üzünü çevirmək istəyirdi ki, birdən arıq, qupquru bir əl onun biləyindən yapışdı,Dorin qeyri-iradi olaraq kənara dartındı, lakin qadın onu bərk-bərk tutmuşdu. Sərsəri qadın Dorinə yaxınlaşdı.
– Dopsik yaxşı itdir, deyə qadın sayıqlayırmış kimi donquldandı.
Qadın danışarkən ağzının qırağında qatı, turşumuş
mayonezə oxşar tüpürcəyi köpüklənirdi. O, hər şeyi bilir. O, ağıllıdır.
Dorin cəldliklə əlini qadının əlindən azad etdi. Mən......
mən getməliyəm. Qarı onu saxlamağa cəhd etmədi və dərhal əlini cır-cındır kökündə olan paltarının cibində gizlətdi. Dorin vaqonun qapılarına çatana qədər, qadın baxışlarını ondan ayırmadı. Tək qalaraq, qadın heş kəsə bilinməyən fikirlərinə
6
qərq oldu. Dorin, küçüyün ona yönəlmiş baxışları ilə qarşılaşdı. Vaqonun qapıları bağlanana qədər, Dorin qadının öz-özünə donquldanmasını eşidirdi:
– Dopsik… O, bilir… O, bilir ki, biz bu gün öləcəyik.
* * *
Sakit okean qurşağı vaxtı ilə saat 13:55 (yerli vaxtla
11:55) Aleut adaları, Alyaska.
Günəş tutulmasının baş verəcəyi gün, Cimmi Pamatuk adət etdiyi ehtiyatlığı ilə üzü yuxarı buzla örtülmüş yamaca doğru yol açırdı. Namuk adlı iti ondan bir neçə addım qabaqda idi. Bu nəhəng malamut2 yaxşı bildiyinə görə son məntəqəyə özü sərbəst lap tez çata bilərdi, lakin sadiq yoldaşı olaraq sahibini tək buraxmaq istəmirdi. O, özü ilə 3 nəfər aparırıdı: iki kişi və bir qadın. Onların yolu buzlu zirvəyə -
hər tərəfdən dənizlə əhatə olunmuş kiçik Tülkü ada-sının ən hündür zirvəsinə idi.
Adanın əcdadları sayılan inuitlər3 dahi Orkiyə səcdə etmək üçün buraya gəlir, ağacdan bütlər düzəldir və müqəddəs daşları qayadan dənizə atırdılar. Onu ilk dəfə bu müqəddəs yerə ulu babası gə-tirmişdi. Bu hardasa 30 il bundan qabaq baş vermişdi.
Hal-hazırda bu yerlər, adanın digər görməli yerləri ilə
bərabər bütün turist xəritələrində qeyd olunmuşdur. “Zo-diak” şirkətinin kiçik gəmiləri, sürətli okean gəmilərindən turistləri alır və onları Port-Roy-Son qəsəbəsinin mənzərəli sahilinə çatdırırdılar. Bundan başqa qəsəbənin qədimliyi və
ekzotikliyi ilə bərabər, adanın daha bir görməli yeri olan 2 Alyaskada minik arabasına qoşulan itlər.
3 (eskimosların özlərinə verdiyi ad)
7
“Buzlu zirvə” adlanan hissəsi də insanları cəlb edirdi. O günü aydınlığında cərgə ilə düzülmüş bütün Alleut adaları üfüqün arxasında gizlənən sonsuz qövs kimi görünürdü.
Cimminin ulu babalarının çox qiymətli hesab etdikləri bu mənzərələri seyr etmək üçün, indi turist sezonunun bu qızğın vaxtında 60$, adi günlərdə isə 40$ idi.
Birdən turistlərdən biri narazı halda soruşdu:
– Lənət şeytana, hələ çox sürünəcəyik? Artıq tamamilə
donmuşam.
Cimmi bu üçlüyə əvvəlcədən xəbərdarlıq etmişdir ki, yuxarı zirvəyə doğru qalxdıqca daha soyuq olacaq. Turistlər başdan-ayağa Eddi Branerin istehsalı olan gödəkçə, əlcək və
çəkmələrlə təmin olunmaqlarına baxmayaraq, indi həmin geyimlərin olması belə, tamamilə faydasız idi.
Cimmi əli ilə yan tərəfdəki təpəni göstərərək dedi: Cəmi bir yoxuşumuz qalıb. Beş dəqiqəlik yolumuz var, orada isə sizi isti daxma gözləyir.
Narazı turist saatına baxdı və dodaqaltı nə isə geyindi.
Cimmi gözlərini süzdürərərək yoluna davam etdi. Əgər turun sonunda alacağı xidmət haqqı olmasaydı, böyük sevinclə bu üç turisti qayadan aşağı atardı.
Əcdadlarının sitayiş etdiyi okean Allahlarına gözəl qurbanlar ola bilərdi bu turistlər! Həmişəki kimi, bunlar yalnız Cimminin arzuları ola biərdi.
Tezliklə onlar zirvəyə çatdılar. Cimmi bu yerlərin gözəlliyi haqda əvvəlcədən əzbərləmiş nitqini söyləmək üçün üzünü turistlərə çevirdi. Lakin turistlər heç bu gözəlliyə fikir vermirdilər. Onlar əyinlərindəki geyimə daha sıx bürünərək, soyuq küləkdən qorunmağa çalışırdılar.
Bura necə soyuqdur! – deyə turistlərdən ikincisi dilləndi.
Ümid edirəm ki, fotokameranın şurgsu donmayacaq. Bu 8
qədər yol qət etdikdən sonra heç bir şəkil çəkmədən qayıtmaq adama çox ağır gələr.
Cimmi hirsindən yumruqlarını möhkəm sıxdı, lakin çalışdı ki, bu hirs səsində biruzə olunmasın.
Dediyim koma irəlidəki şam ağaclarının arxasında yerləşir, istəyirsinizsə siz oraya yollanın və bir qədər qızışın.
Onsuz da Günəş tutulmasını izləmək üçün çox vaxt var.
– Şükür sənə ay, Allah! – deyə turist qadın birinci deyinən kişiyə baxaraq dedi: – Gedək Recci.
Nəhayət, axırda gəlmək növbəsi Cimmiyə çatdı. İngilis turistlər şam ağacına tərəf yollandılar. Nanuk sahibinin yanında qaldı. O, öz soyuq burnunu sahibini əlinə sürtərək əzizləməsini istəyirdi.
Nanuk, yaxşı oğlan, – deyə Cimmi iti tərifləməyə başladı.
Günəş tutulmasını dostları ilə bayram etmək üçün, əvvəlcədən adaya gələn Cimminin oğlu, atasının verdiyi tapşırığa əsasən daxmadakı sobanı qalamalı idi. Göyə qalxan tüs-tünü görən Cimmi, oğlunun verdiyi tapşırığı yerinə yetirdiyini ba-şa düşdü.
Birdən-birə, özü də bilmədən Cimminin üzərinə qəm dalğası çökdü. Bu yerlər həmişə ona belə təsir bağışlayırdı. O
sanki hansısa gözəgörünməz varlığın olduğunu hiss ediridi.
Yəqin ki, bu mənim ulu babalarımın Tanrısıdır – deyə özü-özünə yarızarafat, yarıgerçək fikirləşdi, xilasedici istiyə doğru yoluna davam etdi. İndi o, qorunmağı ingilis turist-lərindən daha çox istəyirdi. Cimmi cənub tərəfdən üfüqün üzərindən Günəşə doğru qalxan tüstünü nəzərləri ilə iz-ləyirdi. Günəşin tutulması… Bu hadisə baş verəndə Cimminin əcdadları fikirləşirdilər ki, nəhəng bir balina Günəşi udur. Həmin o hadisə bir neçə saatdan sonra baş verməli idi.
9
Sahibinin yanınca gedən it birdən nərildəməyə başladı.
Cimmi itə baxdı. Malamut cənuba baxırdı. Cimmi alnını qırış-dırıraraq itin baxışlarını izlədi.
Ağacdan düzəldilmiş bütdən başqa, qayanın təpəsində
heç nə yox idi. Məlum məsələdi ki, büt də doğurçu deyildi. O
sadəcə olaraq, İndoneziyada xarrat dəzgahında yonulmuş və
dəniz vasitəsilə gətirilərək, turistlərin diqqətini cəlb etmək üçün ucuz bir maketdir.
Nanuk çox da ucadan olmadan, nərildəməyə davam edirdi. Cimmi itin nəyə görə əsəbiləşdiyini başa düşə bilmirdi.
Sakit ol, oğlan – deyə itin üstünə yavaşdan qışqırdı.
Həmişəki kimi, sözəbaxan Namuk arxa pəncələri üstə
oturdu, lakin onun bədənində kiçik bir titrətmə var idi.
Cimmi nəzərlərini dənizə yönəltdi. Birdən onun yadına babasının öyrətdiyi qədim bir dua düşdü. O, duanın nəyə
görə məhz bu an yadına düşdüyünə təəcübləndi. Alyaskada sağ qalmaq üçün təbiətə və öz instinktlərinə hörmət etmək çox vacib idi. Cimmi isə buna inanmırdı.
O bir anlıq sanki babasının qarşısında canlandığını və
onunla birgə sonsuz dənizi seyr etdiklərini fikirləşdi. Belə
hallarda babası həmişə deyərdi: küləkdən fırtına ətri gəlir.
Sakit Okean qurşağı ilə 16:05 (yerli vaxtla 10:05)
Alaniya, Quam malikanəsi
Günəş tutulmasının baş verəcəyi gün Cefri Xessmayer hökumət evinin dəhlizində tələskənliklə addımlayaraq, öz uğursuzluğunu lənətləyirdi. ABŞ və Çin Respublikasından müqavilənin bağlanması üçün gələn tərəflər danışıq stolu arxasında yalnız Günəşin tutulmasından sonra duracaqdılar.
10
Təbiət bu nadir hadisənin birgə seyr edilməsi də gündəliyə
daxil edilmişdi.
Kiçik köməkçi olaraq, Cefriyə bu fasilədən səmərəli şəkildə istifadə etmək tapşırığı verilmişdi. Bu vaxt ərzində o amerikalı nümayəndələrə səhər iclasında hökumət katibi tərəfindən yazılmış qeydləri paylamalı idi. Həyat necə də
ədalətsizdir!
Yüksəkvəzifəli nümayəndələr yeməkxanada əyləşib, Günəş tutulmasını gözləyən vaxt Cefri gah stenoqraf, gah da makinaçılıq etməli idi.
O, yenidən öz bəxtsizliyini lənətlədi. Axı burda, Okeanın ortasında onlara nə lazım ola bilər? Bu iki dövlət nüvə si-lahlarına dair müqaviləni bağlayana qədər hətta cəhənnəm belə tamamilə sönüb qurtarar. Gündəlikdə verilən iki bənd daha vacib olduğuna görə heç bir ölkə güzəştə getmək istəmirdi. Çinin tələbinə görə ABŞ öz məşhur raketdən müdafiə
sistemini Tayvan ərazisində tətbiq etməməliydi. Prezident isə
qəti surətdə Çinin bu tələbini rədd edirdi. Bir həftə ərzindəki qızğın iş prosesində sammit iştirakçıları, yalnız ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına nail olmuşdular.
Həmin gün prezident Bişop hədiyyə olaraq Çin nazirindən atlı döyüşçünün kiçik heykəlini qəbul etmişdi.
Jurnalistlər bu tarixi hadisəni, iki dövlət başçısının həmin o qeyri-adi heykəlin fonunda çəkməkdən məmnunluq hissi keçirirdilər. O gün çoxlarının qəlbində baş tutması mümkün olmayan ümidlər cücərmişdi.
Cefri onların nümayəndələri üçün ayrılmış bölməyə
keçdi. Gözətçiyə buraxılış vərəqəsini göstərib içəri daxil oldu.
O, öz stoluna yaxınlaşıb, dəridən olan fırlanan kresloya 11
əyləşdi. Ona verilən tapşırığın təhqiredici hesab etməsinə baxmayaraq, o bunu qüsursuz yerinə yetirmək fikrində idi.
O, əllə yazılmış bir topa kağızı bilgisayarın yanına qoydu və işə başladı. Onun əlləri bilgisayarın toxmaqcıqları üzərində
pərvaz edərək, hökumət katibi Elliotun əyri-üyrü yazılarını bilgisayar mətninin səliqəli, düz sətirlərinə köçürdü. İşin içinə
vardıqca qəzəb və təhqir hisləri onu tərk edirdi. Özünü böyük siyasətin kulis arxasında hiss etmək və daha yaxından tarixin necə əmələ gəlməsini izləmək onun üçün çox maraqlı idi.
Deyəsən, prezident Tayvana dair məsələlərdə güzəştə getməyə hazır idi. Lakin ABŞ bunu Çin nüvə ar-senalını genişləndirməklə, ÇXR-nin raket texnologiyaları üzərində
nəzarəti daxil etməklə və Çin tərəfdən özü üçün daha çox faydalanmağı qazanmaq istəyirdi. Elliot hesab edirdi ki, əldə
olan kartlar düzgün oynanılsa, qoyulan mövqeyə çatmaq daha asan ola bilər.
Cefri dövlət katibinin əlyazmalarına necə aludə ol-muşdursa, arxadan ona yaxınlaşan adamı belə hiss etmədi. O, öskürək səsi eşitdi və başını qaldırıb baxanda, hündür, ağbaşlı bir kişi gördü. Kişinin əynində səliqəli kğynək və qalstuk var idi, pencəyi isə əlində tutumuşdu.
– Belə ki, cənab Hessmayer, bütün bu barədə nə dü-şünürsüz?
Cefri yerindən elə dik atıldı ki, altındakı təkərli kreslo arxadakı masaya dəydi.
– C..... Cənab prezident, – hıqqınaraq, dili dolaşaraq dedi.
– Boş verin, cənab Hessmayer – ABŞ prezidenti Daniel P.
Bişop yazı masasına söykənərək bilgisayarın monitorundakı mətni oxumağa başladı.
12
– Tomun mülahizılıri barədə nə düşünürsünüz? Dövlət katibi? Cənab Elliot? Prezident qalxdı və yorğun-yorğun gülümsündü.
– Bəli. Siz ki, Corcstaunda beynəlxalq hüququ öyrənir-siniz?
Cefri gözünü qırpdı. Prezidentin ona Ağ Evin məmurları və kargüzarları içərisindən xüsusi olaraq diqqət yetirməsi inanılmaz görünürdü.
Bəli, cənab prezident, mən unversiteti gələn il bitiririəm.
Eşitdiyimə görə, siz kursun ən yaxşı tələbəsisiniz və
Asiya üzrə ixtisaslaşırsınız. Necə fikirləşirsiniz, bu müqaviləni imzalamaq üçün çinliləri yola gətirə biləcəyikmi?
Cefri dodaqlarını çeynədi. Dövlət xadimi və lider D.Bişopun baxışlarına tab gətirmək onun üçün çətin idi.
Cavab verin, çəkinməyin, mən ki, adamyeyən deyiləm, sadəcə olaraq düzgün və qərəssiz rəyinizi bilmək istiyirəm.
Əks halda niyə Torndan bu işi məhz sizə həvalə etməsini xahiş etdim ki?
Prezidentin bu etirafına heyran qalan Cefri ağzınaçıb bir söz belə deyə bilmədi.
– Dərindən nəfəs alın – deyə prezident əmr etdi.
Cefri prezidentin məsləhətinə əməl etdi və bu ona kömək oldu. Cefri öskürərək səsini qaydaya saldı və fikrini cəmləyib dedi:
– Mənə elə gəlir ki, dövlət katibi Elliotun, Çinin Tayvan iqtisadiyyatına dair qəribə cəhdləri haqqında söylədiyi fikri ağılabatandır, – Cefri bir neçə saniyəlik nəfəsini dərdi və yenidən davam etdi. – Mən Honq-Konq və Makaonun ye-nidən Pekin hakimiyyəti altına qayıtmasını diqqətlə tədqiq etmişəm. Görünür, çinlilər bu əraziləri demokratik iqtisadiyyatın kommunist strukturlarına inteqrasiyası üçün 13
təcrübə meydanı kimi istifadə edirlər. Çox güman ki, bu eksperimentlər Tayvanın yenidən Çin tabeliyinə qaytarılması üçün danışıqlar ərəfəsində keçirilir. Bununla da bu ittifaqdan marağı olan tərəflərin əldə edəcəkləri qazanc nümayiş et-dirilir.
Bəs Çinin artan nüvə arsenalını nə edək?
Birdən Cefri ürəklənərək daha tez cavab verdi: Onlar nüvə və raket texnologiyalarını bizdən oğur-layıblar. Ancaq Çinin indiki infrastrukturası o qədər inkiçaf etməyib ki, onlardan tam surətdə istifadə edə bilsinlər. Bir çox hallarda Çin hələ də raket texnologiyasının inkişafı üçün pis uyğunlaşdırılmış aqrar ölkə olaraq qalmaqdadır.
– Demək, hansı nəticəyə gəldiniz?
Çinlilər şahid oldular ki, Sovet İttifaqı qızğın silahlanma yarışında necə müflis oldu.
Əgər Çin, dünya balansında özündən sonra indiki vəziyyəti saxlamaq istəyirsə ən əvvəl öz texnoloji inkişafını sü-rətləndirməlidir. Onlar ABŞ ilə nüvə arsenalına dair mənasız disskusiyalara baş qoşmamalıdırlar.
– Boş disskusiyalar? – deyə prezident gülümsündü. Cefri qıpqırmızı olfu.
– Yox, yox – prezident əlini qaldırdı – sizin ifadəniz mənim xoşuma gəldi.
Birdən-birə Cefri özünü axmaq kimi hiss etdi. Nə
boşboğazlıq edirəm. Prezident Bişopun mənim bu boş fikir-lərimə maraq göstərməsini necə fikirləşə bilərəm?
Prezident qalxdı və pencəyini geyindi. Düşünürəm ki, siz düz deyirsiniz, cənab Hessmayer. Heç bir ölkə bu soyuq müharibəni maliyyələşdirmək istəməz.
Doğru buyurursunuz, əfəndim – Cefri mızıldandı.
14
Ölkələrimiz arasında münasibətlər daha da gər-ginləşməmiş, bu problemin həlli yollarına bəlkə də ümid etmək olar, ancaq bunu üçün daha çevik olmaq lazımdır –
prezident qapıya tərəf getdi. – İşinizi tamamlayın, cənab Hessmayer.
Yeni minilliyin Günəş tutulmasını qaçırmaq olmaz.
Hökumət başçısı otaqdan çıxdı. Cefri taqətsiz halda kresloya oturdu və gözlərini yumdu. Prezidentin özü ona qulaq asmış və onunla razılaşmışdı.
Cefri bu uğura görə qismətinə təşəkkür etdi. O, dikəldi və
ikiqat enerji ilə yenidən işinə davam etdi. Yəqin ki, bu gün uzun müddət onun yaddaşında qalacaqdı.
15
II O VAXT
Sakit Okean qurşağı vaxtı ilə 16:44
San Fransisko, Kaliforniya
Ofis binasının eyvanından San-Fransisko körfəzinə gözəl mənzərə açılırdı. Buradan Günəş tutulmasını izləmək üçün Jirardelli meydanına toplaşan insanlar görünürdü. Lakin Dorini cəlb edən bu deyildi. Onu, ömründə yalnız bir dəfə görə
biləcəyi mənzərə maraqlandırırdı.
Göyün tən ortasında körfəzin göy suları üzərində qara Günəş asılmışdı.
Məhz bu gün üçün Dorin optikadan tünd şüşəli eynək almışdı. Göydə qara dairə şəklində görünən Günəş parlaq, uzun dilləri ilə insanları heyrətə gətirirdi. Astronomiya sahəsindən olan ekspertlərin CNN kanalına verdiyi məlumata görə, həmin gün Günəşin qeyri-adi yüksək aktivliyi tutulmanı daha da mənzərəli edəcək. Və onlar yanılmamışdılar.
Dorinin ətraflında dayanan hüquq firmasının katibləri və
digər işçiləri bu gözəl mənzərəni seyr edərkən, heyranlıqlarını müxtəlif səs ifadələrilə bildirirdilər. Radio vasitəsi ilə astronomların növbəti məlumatı verildi. CNN xəbərdarlıq edir ki, atmosferin üst qatının yüklü zərrəciklər tərəfindən topa tutulması nəticəsində efirdə bəzi nöqsanlar baş verə bilər.
Körfəzin sularında qara Günəşin əksi o qədər gözəl görünürdü ki, Dorin bu mənzərədən gözlərini ayıra bilmirdi.
Bu gözəl zamanda yaşamaq onun üçün bir şans idi.
– Ey, hiss etdiniz? – deyə xanım katiblərdən biri təlaşla soruşdu.
16
Ayaqları altında zəif titrətmə hiss edən Dorin, qızın nə
demək istədiyini başa düşdü. Artıq dibçəklər də tərpənməyə
başladı və radiodan yalnız fısıltı səsləri eşidilirdi.
Zəlzələ! – deyə kimsə qışqırdı.
San-Fransiskoda yaşayan bəzi insanlar üçün bu titrəyiş
çaxnaşma yaratmaq üçün səbəb deyildi. Amma yenə də
şüurun dərinliyində bir xoşagəlməz fikir oyanırdı: “Bəlkə bu dəfə güclü olacaq?”
Firmanın böyüyü hamıya içəri keçməyi əmr etdi. Eyvan-da toplaşanlar, bir-birini itəliyərək içəri keçməyə can atırdılar.
Dorin sonuncu dəfə göyə baxdı. Buradan elə görünürdü ki, sanki hansısa nəhəng göydə böyük qara dəlik açıb. Elə bu an Dorin cır-cındır geyimli evsiz qadını və onun dediklərini xatırladı: “Bu gün biz hamımız öləcəyik”.
Dorin otağa getdi. Eyvan ayaqları altında titrəməyə
başladı. Bəli, bu adi zəlzələyə oxşamırdı.
– Tez olun! Qurtulmaq lazımdır! – deyə bosssəsələndi.
Dorin içəri otağa atıldı, lakin ürəyinin dərinliyində o başa düşürdü ki, qurtuluş tapmaq çətin olacaq və onlar öləcəklər.
Okean qurşağı vaxtı ilə 16: 44 (yerli vaxtla 1444)
Alleut adaları. Alyaska
Qayanın buzlu zirvəsində dayanan Cimmi yavaş-yavaş
yoxa çıxan Günəşə baxırdı. Küçüyü Nanuk isə təlaşlı halda onun yanında fırlanırdı Həyəcandan soyuğu da unudan üç ingilis turisti görüntüdən zövq alırdılar. Bu tarixi an foto-apparat və kameraların yaddaşına köçürülürdü.
Cimmi dərindən ah çəkdi və soyuq daşın üstünə oturdu.
Ağacdan düzəldilmiş bütə söykənərək, o Sakit Okean üzərində vüsət almış qara günəşə baxırdı. Bu qeyri-adi təbii 17
işıqlandırmada adalar sanki donub qalmış və qeyri-real görünürdü. Hətta dənizin gümüşü-parıltılı rəngə çalan üzü də
donuq görünürdü.
Səhər açılandan bəri küçük Nanuk narahat idi və elə hey mırıldanırdı. Yəqin ki, o Günəşlə nə baş verdiyini başa düş-mədiyindən belə idi.
– Narahat olma, balaca, – deyə sahibi onu pıçıltılı səslə sakitləşdirdi – Bu sadəcə günəşi udmaq istəyən ac balinadır.
Cimmi əlini uzadıb küçüyü sığallamaq istədi, amma onu yanında görmədi. O, qaşqabaqlı halda arxaya boylandı, küçük isə Günəşə deyil, şimala doğru baxırdı. Cimmi itin baxışlarını izləyərək, təəcüblü halda ah çəkdi.
– Aman Tanrım!
Şimalda Günəşin tutulmasından qaralan göy üzü dal-ğavari və dövriyyələrlə göy rəngin bütün çalarlarını alırdı.
Cimmi o dəqiqə anladı ki, onun izlədiyi şimal şəfəqidir.
Ancaq o heç vaxt onun belə intensivliyini görməmişdi, həm də indi zaman da uyğun deyildi.
Şüalar yel kimi fırlanıb qalxır və sanki səmada daha bir parıltı, dəniz əmələ gəlirdi.
– Mən elə bilirdim ilin bu vaxtı şimal şəfəqi olmur – deyə, ingilislərdən biri çığırdı.
Elədir – deyə, Cimmi cavab verdi.
Eylin adlı ingilis xanımı əlindəki kamera ilə Cimmiyə tərəf addımladı.
Necə də gözəldir! Bu Günəş tutulmasından daha da yaxşıdır.
Cimmi cavab vermədi. İnuitlər üçün şəfəqinin baş
verməsi müxtəlif əlamətlər və sirlərlə əlaqəli idi. Yayda, şimal şəfəqinin əmələ gəlməsini onlar hansısa bəlanın baş verməsi kimi qəbul edirdilər.
18
–Bu nədir? – deyə, Eylin soruşdu. Torpaq doğrudan da titrəyir, yoxsa bu mənə elə gəlir?
–Eylinə cavab olaraq möhkəm yeraltı təkan baş verdi.
Ada öz iri daş bədənilə lərzəyə gəldi. Eylin qışqıraraq qorxu içində yerə yıxıldı və digər iki turist onun köməyinə atıldılar.
Cimmi ağacdan olan bütdən yapışdığına görə yıxılmadı.
– Nə edək? – Eylin qışqırdı.
– Narahat olma, bir-bir buradan qurtulacayıq – deyə ingilislərdən biri cavab verdi.
– Aman Tanrım! – deyə Cimmi bir anlıq fikirləşdi. Yaxşı ki, hal-hazırda oğlum buralardan uzaqlaşdı.
Alleut adalarının ən uzaq torpaqları sanki yavaş-yavaş
Sakit Okean sularında itirdi. Bu gün sanki okean Tanrıları o torpaqlar uğrunda öz hüquqlarını müdafiə etmək üçün gəlmişdilər.
Sakit Okean qurşağı ilə 16:44 (yerli vaxtla 10:44)
Alanya, Quam torpağı
Quberniya valisinin qış bağında dayanan Cefri Günəş
tutulmasını seyr edirdi. 26 yaşına qədər, bir neçə dəfə cüzi Günəş tutulmasını izləsə də, tam Günəş tutulmasını birinci dəfə görürdü. Quam adası Yer səthinin ensiz zolağında yer-ləşdiyinə görə, Günəş tutulması buradan daha aydın görünürdü. Elə buna görə də, sammitin keçirilməsi üçün məhz bu ada seçilmişdi.
Cefri dövlət katibi Elliotun qeydlərini bilgisayarda yazıb qurtarandan sonra, inanılmaz tamaşanı izləmək üçün də vaxtı qalmışdı O, ucuz eynəyi gözünə taxıb, digər amerikalı nümayəndələr ilə birlikdə bağın qərb tərəfdə yerləşən qapısının yanında dayanmışdı. Çinlilər isə həyətin qarşı tərəfində top-19
lanmışdılar. Adama elə gəlirdi ki, bu iki qrupu da Sakit Okean ayırır.
Cefri bu iki qrup arasında hiss olunan gərginliyə məhəl qoymadan, Günəşin möhtəşəm görüntüsündən zövq alırdı.
Bu an o bir səs eşitdi:
– Çox gözəldir, deyilmi?
Cefri üzünü çevirdi və yenidən, artıq ikinci dəfə, prezident Bişopu gördü.
– Cənab prezident! – Cefri eynəyini çıxarmaq istəyirdi ki, prezident ona mane oldu.
– Lazım deyil, çıxarmayın. Seyrinizə davam edin. Belə bir gözəlliyi yəqin ki, bir də iyirmi ildən sonra görə biləcəyik.
– Bəli, cənab.
Hər ikisi göyə baxmağa davam etdilər. Prezident elə göyə
baxa-baxa dedi:
– Çin inanclarına görə, Günəş tutulması həyatda baş verən əsas dəyişikliklər müjdəçisidir – ya yaxşıya doğru, ya da əksinə.
– Əminəm ki, yaxşıya doğru dəyişər, həm də hər iki xalq üçün, – deyə Cefri dilləndi.
Prezident Bişop əlini Cefrinin çiyninə qoyaraq dedi:
– Ax, budur gənclik optimizmi! Siz vitse-prezidentlə söh-bətləşsəniz, yaxşı olar. Siz onunla həyat sevgisini paylaşa bilərsiniz və o da sizinlə həyata real baxışlarını, – deyə öz zarafatından məmnun olub, istehza ilə gülümsündü.
Cefri bu sözlərin mənasını başa düşdü. Vitse-prezident Lorens Neyfin kommunizmin son istinadgahlarından biri ilə
əlaqələrin hansı tərzdə qurulmasına dair xüsusi fikirləri var idi. Lorens Neyf aşkarda Bişopun diplomatik vasitələrin köməyilə Çinlə aralarında olan qarışıqlığı həll etmək niyyətini dəstəklədi. Lakin buna baxmayaraq, o özünü teleka-20
meralardan uzaq tutaraq, daha aqressiv mübarizəyə üstünlük verirdi.
– Siz hökmən bu ziddiyətləri aradan qaldırmağı baca-racaqsınız, mənim buna heç şübhəm yoxdur, – Cefri dedi.
–Yenə də sizin optimizminiz.
Dövlət katibi jestlərlə prezidenti səslədi və otağa keçməsini rica etdi. Prezident yenidən əlini Cefrinin çiyninə
qoyub, gülümsünərək dedi:
– Deyəsən, yenidən Amerika-Çin münasibətlərini yoluna qoymaq məqamı yetişib.
Prezident sözünü ağzında tamamlamışdır ki, möhkəm titrəyiş hiss olundu. Hələ də əli Cefrinin çiynində olan prezident onu sıxdı. Hər ikisi ayaqda möhkəm dayanmağa çalışdılar.
– Zəlzələ! – deyə Cefri qışqırdı.
Ətrafda pəncərələrin şüşələri qırıldı. Cefri şüşə
qırıntılarından qorunmaq üçün özünü ovucları ilə tutdu.
Quberniya valisinin bütün pəncərələri eyni anda qırılıb yerə
töküldü. Pəncərənin yanında duran bir neçə adam bu şüşə
qırıntılarından yaralanaraq, qan içində yerdə uzanmışdılar.
Cefri kömək məqsədilə irəli atılmaq istəsə də, prezidenti tək buraxa bilmədi. Digər tərəfdə ola Çin nümayəndələri sığınacaq məqsədilə evin içərisinə atıldılar.
Cefri ayaqları altında dəhşətli uğultu hiss etdi. Dövlət katibi bir qrup məxfi agentin əhatəsində izdihamı yararaq irəli addımlayırdı. Nəhayət, prezidentin yanına çataraq, onun əlindən yapışdı və dedi:
– Tez ol, Den, bir nömrəli borta qayıtmaq lazımdır! Bu ada yerlə-yeksan olmamış, mən sənin təhlükısiz bir yerdə
olmağını istəyirəm! Prezident onun əlini itələdi.
21
– Yox, mən bacarmaram.... – lakin sözünü sona çatdıra bilmədi. Haradasa, cənub tərəfdə möhkəm partlayış səsi eşidildi.
Cefri birinci olaraq dedi:
– Cənab prezident, siz getməlisiniz!
Prezident Bişopun üzərində gərginlik və təşviş hiss olunurdu. Cefri bu insanın Vyetnamda qulluq etdiyini bilirdi və bilirdi ki, onu yolundan döndərmək o qədər də asan deyil.
Sən bacarmalısan! Sənin özünü riskə atmağa haqqın yoxdur, Den!
Nəhayət, prezident razılaşdı.
– Yaxşı, gedək – deyə razılaşdı. Amma mən özümü qorxaq kimi hiss edirəm.
Prezident iki cangüdənin əhatəsində çıxış qapısına tərəf addımladı, dövlət katibi isə Cefriyə baxıb dedi:
– İndi limuzini gətirəcəklər. Sən prezidentin yanında qal və nəzarət et ki, o mütləq təyyarəyə minsin.
– Bəs..... bəs siz?
– Mən çalışacam ki, nümayəndələrimizdən bacardığım qədər toplayıb aeroporta çatdırım. Getməmişdən əvvəl Elliot Cefriyə sərt baxışlarla baxıb əlavə etdi: – Nəzarət et ki, vaxtında qalxsın və prezident burada tələyə düşməsin. Bizi gözləməyin.
Cefri razılıq etdi və çıxışa doğru tələsdi.
Prezidentə çatan Cefri, onun dodaqaltı nə isə öz-özünə
danışdığını gördü.
Deyəsən, çinlilər haqlıydırlar.
22
III
Və sonra
Sakit Okean qurşağı vaxtı ilə 18:45
San Fransisko, Kaliforniya
Gecə yaxınlaşırdı. Dorin Makklaud əyri-üyrü asfalt ilə
Rusiya təpələrinə doğru istiqamətlənir. Dorin sağ qalanardan eşidib ki, xilasetmə dəstəsinin könüllüləri orada bir düşərgə
dü-zəldiblər.
Dorin son dərəcə ac və susuz idi və hava da get-gedə so-yuyurdu. Nəhayət ki, yeraltı təkanlar sakitləşdi, lakin onlar artıq öz işini görmüşdülər.
Belə ki, San-Fransisko tamamilə dağılmışdı.
Dorinin ayaqları yorğunluqdan əsirdi. Dorin arxaya boylandı və okean sahilindəki o gözəl şəhərin yerlə-yeksan olduğunu gördü. Bu mənzərə duman tüstüsündə alovlanan şəfəq şölələrini sanki cəhənnəm təsvirinə bənzədirdi. Şəhər elə bil üstündən nəhəng çəkiclə vurulmuş kimi görünürdi.
Təcili yardım maşınları gəlməkdə davam edirdi, ancaq xilas etməyə daha adam qalmamışdı. Salamat qalan binaları barmaqla saymaq olardı. Dorin qarşısına çıxan meyitləri gör-dükcə nitqi tutulurdu. Dorin özü də yaralanmışdı və
başından qan axırdı, lakin yaranın ağrısından daha çox ətrafdakı insanların dağılmıç evləri qarşısında dayanmaları onun ürəyini ağrıdırdı. Bütün bu insanların baxışları demək olar ki, eyni idi – ölü və boş.
Növbəti təpənin başında bir parıltı göründü. Bu yanğın alovu deyildi. Bu düz işıq Dorinin qəlbində sönmüş olan ümidi, sanki bərpa etmiş oldu. Bu, yəqin ki, xilasetmə
23
düşərgəsi idi! O, addımlarını yeyinləşdirərək, sürətini bir az da artırdı.
Nəhayət, Dorin işıq gələn tərəfə çatdı. Təsərrüfat dü-kanının qarşısında xeyli kişi toplanmışdı. Orada olan ye-şiklərin içərisindən fənərləri götürüb, bir-birlərinə payladılar.
Bu fənərlər qaranlıq vaxtı onlara çox lazım olacaqdı.
Dorin bir az daha toplaşanlara yaxınlaşdı. Bəlkə ona da bir fənər verəcəklər deyə öz-özünə düşündü.
Dorin iki kişinin ona tərəf baxdığını görüb, kömək is-təmək məqsədilə onlara yaxınlaşmaq istədi. Lakin bu baxışlar ona xoş gəlmədi. O, ayaq saxladı və qəribə bir şey onun nəzərini cəlb etdi. Bütün kişilərin geyimləri eyni idi. Daha diqqətlə baxdıqda geyimlərin üzərində belə bir yazı oxudu:
“Kaliforniya bələdiyyə həbsxanası, məhkum”. Onlar gülümsünərək Dorinə baxırdılar.
Dorin üzünü çevirib tələsik oradan uzaqlaşmaq istədi, lakin cinayətkarlardan biri ilə toqquşdu. Dorin onu itələmək istədi, ancaq cani onun üzərinə bir şillə vurdu və Dorin yerə
yıxıldı. Digər məhkumlar da ona yaxınlaşdı.
– Yox, yox – büzüşmüş halda inildəyərək dedi.
Buraxın onu, vaxtımlız yoxdur – deyə cinayətkar lardan biri kobudcasına səsələndi. Milli qvardiya gəlməmiş, bu zəhrimara qalməş şəhərdən canımızı qurtarmalıyıq.
Dorin bu qorxulu insanların getdiyini görüb bir qədər arxayınlaşdı və elə bu arxayınlıqdan da möhkəm hönkürüb ağlamağa başladı.
Dorin başını qaldırıb onu xilas edən məhkuma təşəkkürünü bildirmək istəyirdi ki, üzünə tərəf istiqamət almış tapança lüləyini gördü.
– Daha çox patron götürün, qaz balonları da yaddan çıxmasın! – deyə kişi digər məhkumlara əmr etdi.
24
Daha sonra heç qadının üzünə baxmayıb tətiyi çəkdi.
Dorinin bədəni atəşdən bir kənara atıldı, bütün dünya gözündə qaraldı və yox oldu.
Sakit Okean qurşağı vaxtı ilə 20:15, yerli vaxtla 18:15
Alleut adaları, Alyaska
Gecə idi. Baş verən Cimmi Pamatuku okean sularına atılmışdı. O, ağacdan düzəldilmiş bütdən möhkəm yapıçaraq suyun üzərində durmağa çalışırdı.
Hələ suya düşməmişdən bir neçə saat əvvəl Cimi ağacdan düzəldilmiş bütü balta vasitəsilə bərkidilmiş
yerindən ayırıb suya atmışdı. İngilis turistləri isə Port-Roys istiqamətinə qaçırdılar, baxmayaraq ki, Cimmi onların ölümə
doğru getdiklərini xəbərdarlıq edirdi. Onlar düşdükləri təlaşdan heç nə eşitmirdilər.
Tək qalan Cimmi özünü suya atıb, əvvəlcədən suya atdığı bütdən yapışır. Sıldırım qaya üzərində yalnız nanuk qalmışdır. O, qayanın üstündə ora- Bura var-gəl edərək nə
edəcəyini bilmirdi. Cimmi onu xilas etmək üçün heç nə edə
bilmirdi. Hələ bir özü sağ-salamat qala bilsəydi!
Çox böyük çətinlikə bütün üstünə oturdu və əlləri ilə
avar çəkməyə başladı. O irəlidə salamat qalmış adalara doğru istiqamətlənmişdir.
Birdən möcüzə baş verdi. Qəfildən Cimmi Nanukun hürməyini eşitdi. Bu doğrudan da Nanuk idi. O, arxaya baxdı və ona doğru üzən iti gördü.
Hə Nanuk, gəl oğlum! – deyə Cimmi qışqırdı. Cimminin soyuqdan göyərmiş dodaqlarında gülüş əmələ gəldi.
Lakin birdən o, itin üzən qəribə bir şey gördü. Aman Tanrım! Bu ki, balinadır!
25
Cimmini ürəyi sıxıldı. O, əlini itə doğru uzatsa da, artıq gec idi. Cimmi dostunun xilas olması üçün əcdadlarının Tanrısına dua etməyə başladı.
Birdən it suda yoxa çıxdı və okean suları qırmızı rəngə
boyandı. Bu görüntü Cimmiyə çox pis təsir etdi. O an balina da oradan uzaqlaşdı.
Bir azdan göyün üzündə qeyri-təbii qırmızı içıq göründü.
Cimmi üzünü göyə qaldırdı. Bu işıq xüsusi xilasetmə
katerindən atılan siqnal atəşi idi. Cimmi əlini havada yellədərək qışqırdı:
– Kömək edin!
Qayıqdan fit səsi eşidildi. Onu görmüşdülər. Sonra qayıq tərəfdən meqafondan çıxan bir səs gəldi:
Biz sizi görürük! Tərpənməyin, olduğunuz yerdə qalın!
Əlini aşağı yendirərərk, daha rahat oturdu və arxayınçılıqdan dərin nəfəs aldı. Lakin birdən o, yanında hansısa bir varlıq olduğunu hiss etdi. Düz yanında qara uzun üzgəc göründü. Cimmi astaca ayaqlarını sudan çıxartdı.
Sonra suyun üzərində daha bir neçə üzgəc göründü. Bir sıra balina öz qurbanı, yəni Cimminin ətrafında fırlanaraq üzürdülər. Cimmi başa düşdü ki, qayıq onu xilas edə bilməyəcək. Balinalardan biri ağac bütə toxunaraq, Cimmini su-ya saldı.
Cimmi yavaş-yavaş dərinliyə qərq olurdu. Kəskin soyuq ucbatından o heç bir şey hiss etmirdi. Gözlərini açanda kölgə
şəklində ətrafında nəhəng balinaları gördü. O, tərpənməməyə
çalışırdı, lakin ağciyərləri elə bil od içində yanırdı və yavaş-yavaş suyun üzünə qalxmağa başladı. Başını sudan çıxarıb dərindən nəfəs aldı.
Xilasetmə qayığı tam sürətlə ona doğru üzürdü. Yəqin ki, komanda üzvləri nə baş verdiyini görürdü.
26
Cimmi gözlərini yumdu. onlar çox uzaqda idilər. Bu an onu ayağı elə bil sıxıldı. O, ağrı hiss etmirdi, sadəcə güclü təzyiq vardı. Ağrını və iti dişləri hiss etmirdi, çünki tamamilə
donmuşdur. Qayıq yaxınlaşsa da artıq gec idi, qədim tanrılar Cimmini okeanın dərinliklərinə doğru aparırdılar.
***
Sakit Okean qurşağı vaxtı ilə 22:56, (yerli vaxtla 18:15)
“Boinq-747-200B”
Hündürlük – 30.000 fut, istiqamət – Quam adalarından.
Təyyarə göyərtəsinin 1 nömrəli konfras zalında olan Hessmayer, prezidentin dünyada baş verən fövqaladə vəziyyətə münasibətini izləyirdi. Uzun stol ətrafında yüksək vəzifəli dövlət məmurları və həmçinin baş məsləhətçilər də
toplaşmışdılar.
– Tom, qısaca, zəlzələnin miqyası barədə bizə məlumat ver!
Dövlət katibi yaralanmış əli sarıqlı halda prezidentin sağ tərəfində əyləşmişdi. Cefri hiss elədi ki, ağrıkəsicinin təsirindən Eliotun gözləri axır, lakin həmişəki kimi enerjili və
qıvraq görünür. O, salamat olan digər əli ilə bilgisayarı yandırdı və məlumatlar olan səhifəyə daxil oldu.
– Hələ bu barədə danışmaq bir az tezdir, amma demək olar ki, sakit Okean ətrafındakı bütün regionlara zərər dəyib.
Cə-nub hissədən, yeni Zenlandiyadan, Şimaldan, Alyaskadan, həmçinin Çin və Yaponiyadan, Mərkəzi və Cənubi Ame-27
rikanın qərb sahillərindən də məlumatlar gəlməkdə davam edirdi.
– Bəs ABŞ? Oradan bir xəbər varmı?
Tomun üzü qaraldı.
– Oradan gələn xəbərlər dəhşətlidir. San-Fransiskoda hələ
də yeraltı təkanlar baş verməkdə davam edir, Los-An-jeles od içindədir. – Dövlət katibi qarşıda olan kağızlardan bi-rinə
baxdı. Orada olan məlumatı oxumaq istəməsə də, bunu etməliydi. – Aleut adaları tamamilə yox olub.
Zalda həyəcanlı səslər eşidildi.
– Məgər bu mümkündürmü? – prezident soruşdu.
– Bu peyklərdən gələn məlumatlarda təsdiq olunur –
deyə Tom yavaşca cavab verdi. – Biz nəhayət Havay adalarından da məlumat almağa başlamışıq. – Dövlət katibi bir topa sənədin içərisindən daha bir kağız çıxartdı. – Birinci təkandan 40 dəqiqə sonra sunami adalara ziyan vurub, Honalulu indiyə qədər su altındadır, Vaukikidəki otellər isə
tamamilə dağılıb.
Dünyada baş verən fəlakətləri eşitdikcə, prezidentin rəngi qaçır, üz cizgiləri dəyişirdi. Prezident Bişop indiyə
qədər belə əzabkeş, qoca görünməmişdi.
– Nə qədər insan cəsədi, nə qədər itki! – prezidentin bu sözləri güclə eşidildi. Tomun son məlumatı Siete yaxınlığında baş verən vulkan və bu vulkanın nəticəsində ətraf ərazilərin lava altında qalması idi.
– Alov dairəsi, – deyə Cefri öz-özünə dedi.
– Nə dediniz, cənab Hessmayer? – prezident soruşdu.
Cefri bütün baxışların ona yönəldiyini gördü.
– Sakit Okean ətrafındakı regionlar, ta qədim zamanlardan “Alov dairəsi” adını daşıyır – deyə həyəcanlı halda dili dolaşa-dolaşa cavab verdi. – Bu, həmin zonanın 28
yüksək geoloji aktivliyi ilə əlaqədardır və aktivlik özünü zəlzələlərdə, vulkan püskürmələri və sunamilərdə göstərir.
Prezident təsdiq mənasında başını tərpədib, Toma müraciət etdi:
– Bütün bunların birdən-birə başvermə səbəbi nədir?
Geoloji partlayışın səbəbi nə oldu?
– Bunu biz hələ bu tezliklə ayırd edə bilməyəcəyik. Hələlik isə biz ölkəmizi bu xarabalıqdan təmizləməliyik. Vitse-prezidentin sərəncamı ilə birləşmiş qərargahın komitə
rəhbərləri və hökumət birgə iclas üçün toplanıblar. Fövqaladə
hallar üzrə agentlik tam şəkildə səfərbər olub və bizim tə-limatları gözləyir.
– Onda iş başına, – prezident danışmağa başladı, lakin sözünü bitirə bilmədi. Təyyarə qəfil silkələndi və məmurlar oturacaqlarından yıxıldı. Amma prezident yerində möhkəm oturmağı bacardı.
– Lənət şeytana, bu nədir? – deyə Eliot qışqırdı. Suala cavab olaraq ekipaj komandirinin səsi gəldi.
Narahatlığa görə üzr istəyirəm, qəfildən burulğana düşdük. Ola bilər ki, yaxın dəqiqələrdə uçuş o qədər də sakit keç-məsin. Zəhmət olmasa təhlükəsizlik kəmərlərini bağlayın.
Cefri komandirin səsində əsl həqiqəti gizlətmə cəhdi hiss etdi. Deyəsən bunu tək o deyil, prezident də hiss etmişdi. O, gözlərini qıyaraq, dövlət katibinə baxdı.
– İndi hər şeyi araşdıraram, – Eliot kəmərini açıb dedi.
Dayan – deyə prezident onu saxladı. Sən yaralısan. Qoy Cefri ilə cangüdənlərdən biri araşdırsın nə olduğunu.
– Əlbəttə, – deyə Cefri cəld kəməri açıb ayağa qalxdı.
Cangüdənlə birlikdə pilot kabinəsinə tərəf getdilər. Kabinəyə
tərəf gedərkən, Cefri ilüminatorda işıq partlayışı gördü.
29
– Bu nədir? – heyrətlə dedi. Bu an təyyarə yana tərəf əyildi.
Cefrinin başı möhkəm zərbə ilə arakəsməyə dəydi və o yerə yıxıldı. Pilot kabinəsinin qapısı arxasından ağılasığmaz iniltilər eşidilirdi: kimsə əmr edir, kim isə qorxusundan çığırırdı. Cefri özünü durmağa məcbur etdi və ilüminatora tərəf yaxınlaşdı.
Aman Tanrım!
***
Sakit Okean qurşağı vaxtı ilə 23:18 (yerli vaxtla 18:15)
Komanda məntəqəsi BBC, hərbi-hava bazası Endryus,
Merilend ştatı.
Dispetçer növbəsinin serjantı Miç Klemens qırmızı telefonun dəstəyini götürüb, mühafizə xəttinin rəisi ilə əlaqə
istədi. Bu baza hər zaman yüksək hazırlıq vəziyyətində
olduğuna görə, onu o dəqiqə calaşdırdılar.
– Bəli? – deyə dəstəyin o tərəfində səs eşidildi.
– Ser, bizim problemimiz var.
– Nə problem?
Miç Klemensi qorxudan tər basmışdı. O, ekrana baxıb şərti olaraq “VC-25A” adlandırılan nöqtənin harada yer-ləşdiyinə baxırdı. Adətən bu nöqtə həmişə gur sarı işıqla yanırdı. Amma indi bu işıq qırmızı idi.
Növbəti dəfə dispetçer şöbəsinin serjantı danışanda artıq səsi əsirdi.
– Ser, biz bir nömrəli bortu itirdik.
30
1
Natilius
24 iyul 1535 dəqiqə. Ueyk adalarına 75 mil cənub qərbə doğru, Okeaniya
Cek Kirkland günəş tutulmasını izləməyi qaçırmışdır.
İndi onun üzdüyü yerdə günəş yox idi, yalnız zülmət var idi. Yeganə işıq mənbəyi kimi, tək yerli sualtı aparatın bu-run hissəsində iki güclü ksenon lampa quraşdırılmışdır. Onun yeni oyuncağı olan “Natilius 2000” dərinliyə enmə üzrə birinci sınağını keçirdi. Səkkiz futluq titan körpüsü olan bu kiçik sualtı qayıq nəhəng torpedanı xatırladırdı. Gəminin aşağı hissəsində gücləndirilmiş batareya və elektrik sürətləndirici bloku yerləşirdi.
Gəminin burun hissəsində yerləşən projektorları okean zülmətini yüz fut uzunluğunda işıqlandıra bilirdi. Cek düyməyə basaraq işığı bir tərəfdən, o biri tərəfə yönəldirdi. O, gözlərini qıyaraq, dərinliyi ölçən cihaza baxdı. Cihaz 1500 futluq dərinliyi göstərirdi. Çox güman ki, dənizin dibinə az qalmışdır. Bunu hətta, xüsusui dərinliyi göstərən düymənin artan civiltisi də təsdiq edirdi.
Cekin çiyinləri və başı şəffaf kalpakın içində olduğu üçün, ətrafda baş verənləri yaxşı görə bilirdi. Bir çoxları üçün bu gəminin kabinası geniş olsa da, 6 futdan artıq boyu olan Cek üçün bura darısqal idi. Bu darısqallıq ona idman avtomobili ilə idarəetməni xatırlatdı. Fərq yalnız onda idi ki, buradakı idarəetmə ayaqlarla baş verirdi.
Yerdəki iki pedal nəinki sürəti kontrol etmək üçün, hətta bu pedallar dörd gücləndiricinin hər birini bir at gücü qədər idarə edirdi. Bu, pilota hər 3 istiqamətdə müxtəlif manevrlər 31
etməyə imkan verirdi. Cek pedallardan birini yavaş-yavaş
buraxdı və gəmi astaca sola doğru əyildi. Nəhayət, çox zül-mətli qaranlıqdan okean dibi göründü.
Cek sürəti azaltdı və qayıq yavaş-yavaş əsl möcüzələr aləminə – qeyri-adi vahəyə daxil oldu.
Okeanın dərinliyində olan gözəl mənzərə Ceki valeh etmişdir. Cürbəcür balıqların o tərəf bu tərfə cəld hərəkətlərini izləyən Cek uşaqlığını xatırladı. Gənclik illərini Tennesi ştatının səhillərində keçirən Cek, elə o zamanlardan okeana vurulmuşdur. Onu okeanın sonsuz maviliyi və dəyişkən əhval-ruhiyyəsi cəlb etmişdir.
– Bu, inanılmazdır! – deyə Cek özü-özünə pıçıldadı.
Okean suları onu təəcübləndirməkdə davam edirdi.
Bu dediyinə cavab olaraq, qulağında olan qulaqcıqlardan bir səs canlandı:
– Cek, hər şey qaydasındadır?
O, öz içində deyindi: “hətta 1500 fut dərinlikdə belə tək qalmağa imkan vermirlər!”
– Hə, Liza, qaydasındadır, sadəcə sualtı mənzərədən zövq alıram.
– Qayıq necədir, sözünə baxır?
– Lap yaxşı, nöqsansız. Sən ötürücülərin məlumatını ala bilərsənmi? – deyə Cek xəbər almaq istədi və əli ilə qu-lağındakı qulaqcıqları yoxladı.
Doktor Liza Kamminqs sualtı gəmilərdə işlər zamanı insan orqanizminə fizioloji təsirin tədqiqi sahəsində ABŞ-da Milli Elmlər fondu tərəfindən qrant almışdı.
Hə, indi baxarıq. Nəfəs, hərarət, kabinadaxili təzyiq, kis-lorodun ötürülməsi… Bütün ötürücülər hər bir şeyin qaydasında olduğunu göstərir. Bəs sənin işlərin necədir? Seysmik aktivliyin hansısa əlamətləri varmı?
32
Yox, sakitlikdir.
Hələ “Natilius” suya enməmişdən 2 saat əvvəl geoloq Çarli Mollier Cekə seysmoloqların okean dərinliyindəki dağ
silsilələri ətrafında harmonik titrəyişin olacağı barədə məlumat vermişdi. Bu xoşagəlməz hadisənin baş verməməsi üçün, Cekə geriyə qayıtmağı tövsiyyə etmişdi.
– Gedək, bizimlə birgə Günəş tutulmasını izləyərsən. Bu çox maraqlı olacaq. Sualtı qayıqla isə sabah da üzə bilərsən.
Cek
razılaşmadı.
Günəş
tutulması
onu
maraq-
landırmırdı. Əgər təkanlar güclənsəydi, suyun üzünə qalxmağa vaxt tapa bilərdi. Uzunmüddətli suyaenmə zamanı qəribə seysmik siqnallar yox oldu və qulaqcıqdan gələn Çarlinin səsi daha aydın eşidilməyə başladı.
Cek çənəsinin yanındakı mikrofonu yoxlayıb dedi:
– Ey, yuxarıdakılar, siz hələ də narahat olmağa davam edirsiz?
Qısa fasilədən sonra mikrofondan həvəssiz bir cavab gəldi.
– Bəli.
– Çox sağ ol, Liza. Mən əlaqəni kəsirəm. Bir az da olsa özümlə baş-başa qalmaq istəyirəm.
Bu sözləri deyib, qulaqcıqları qulağından çıxartdı.
Kiçik də olsa, bu, onun üçün qələbə idi. Digər ötü-rücülər kabinədə baş verənlər haqda yuxarıya məlumat göndərəcək, amma onun özü haqda məlumat almaq imkansız olacaq. Sualtı qayıqda olduğu zaman, ən çox qiymətləndirdiyi, yuxarıdakı dünyadan təcrid olunmağı və rahatlıq hissi tapması idi.
Tənhalıq. Sakitlik. Rahatlıq. Okean dərinliklərinə qərq olan Cek hiss edirdi ki, keçmiş öz hökmünü itirir və daha onu izləyə bilməz.
33
Sualtı qayığın dinamiklərindən sualtı dünyanın qəribə
səsləri eşidilirdi: sanki xırıltılı səslərdən ibarət dəhşətli xor, ciyilti, uğultu. Bu sualtı dünya yer planetinin sakinlıri üçün yad, hətta öldürücü idi. Zülmət, dəhşətli təziq, toksik sular.
Lakin bütün bunlara baxmayaraq, həyat burada da özünəməxsus surətdə yol açmışdır. Buradakı həyat gücünü Günəş
işığından deyil, sualtı qeyzerlərin isti dəliklərdən çıxan zəhərli hidrogen-sulfiddən alırdı. Dəliklərdən çıxan bu tüstü siqaret çəkən adamı xatırladırdı.
Elə bu vaxt sualtı qayıq həmin qeyzerlərdən birinin üstündən keçirdi. Bu 30 metr hündürlüyündə olan konus formalı bacanı xatırladırdı. Qayığın arxa tərəfindəki vintlərin fırlanmasından əmələ gələn ağ bakteriyalar qeyri-adi cəldliklə
hərəkət edirdilər. Bu mikroorqanizmlər ümumilikdə mühərrikin funksiyalarını yerinə yetirən və hidrogen-sulfidin ema-lını gücləndirən həyatın var olduğunu göstərirdi.
Cek geniş qövs ilə tüstülənən dəliyi üzüb keçdi. Gös-təricilərdə xarici hərarət dərhal yüksəldi. Dəliklərin içərisindəki hərarət isə 4000C-yə çata bilərdi. Bu isə sualtı qayığın yanıb kül olması demək idi.
– Cek! – deyə qulaqcıqdan doktorun təlaşlı səsi eşidildi.
Görünür, Liza cihazların yüksək hərarət göstərməsini göstərməsini görüb narahat olmuşdur. – Nə baş verir?
– Narahat olma, sadəcə, sualtı qeyzerlərdir. – Cek pedala basaraq, qayığın istiqamətini dəyişdi. Bu sualtı mənzərədən həz olsa da, onu daha vacib işlər gözləyirdi.
Son illər ərzində Cek və onun komandası “Faton” xilasetmə gəmisində yerləşmiş və II Dünya Müharibəsində batan
“Kayo-Maru” adlı Yaponiya yük gəmisinin qalıqlarını axtar-maqla məşğul idilər.
34
Bildirilirdi ki, “Kayo-Maru” gəmisi hərbi qənimət olaraq külli miqdarda qızıl, külçələr aparırmış. O illərin metereoloji və gəmiçilik xəritələrini diqqətlə öyrənən Cek axtarışlarını Sakit Okean regionunun mərkəzində yerləşən dağ silsilələri rayo-nundakı 10 kvadrata qədər olan dəniz mili ətrafında aparırdı. Bu çox riskli iş idi və hətta axtarışlardan bir il keçməsinə baxmayaraq, büsbət bir nəticə əldə olunmamışdır.
Lakin dünənki günə qədər. Çünki dünən cihazlardan biri Okean dibində hansısa qəribə kölgənin varlığı barədə siqnallar vermişdir və indi Cek o kölgəyə doğru irəliləyirdi.
O, bilgisayarın ekranına baxdı. Gələn siqnallar orada əks olunurdu. Kölgə sualtı qayıqdan təxminən 100 yard məsafədə
idi. Cihazlar Okean dibinin hər kvadrat futunu dəqiqliklə göstərirdi.
Yaşıl duman içərisindən qayalar görsəndi. Cek vaxtında pedala basaraq maneəni dəf etdi. Okean həyatının görüntüləri yavaş-yavaş seyrəlməyə başladı. Çox güman ki, sualtı vahə
geridə qalmışdır. İrəlidə isə cansız səhra görünürdü. Sualtı qayığı hərəkətə gətirən qurğu Okean dibində kiçik qasırğa yaradaraq, suyu lilləndiridi. “Elə bil tozlu yol ilə gedirsən” – de-yə Cek öz-özünə fikirləşdi.
Yolunun üstündə yenə bir qayaya rast gəldi. Bu dafa Cek gəmini saxladı və ballastın bir hissəsini ataraq, maneəni onun üzərindən keçərək dəf etmək istədi. Elə bu an yüngül bir su axını sualtı qayığı alıb, irəliyə doğru apardı
– Lənət şeytana! – deyinərək, qayığı yuxarıya doğru isti-qamətləndirmək istədi.
Bu zaman qulaqcıqda Lizanın səsi eşidildi: – Cek, nə
olub? Yoxsa yenə də qeyzer üzərindən keçirsən?
– Yox, heç nə başa düşə bilmirəm, lənət şeytana!
35
Nəhayət, qayıq qayanın üzərindən keçdi və Cek qayanın o tərəfində olanları gördü.
– Nə baş verir, Cek? – Lizanın səsində bir qorxu var idi. –
sən yaxşısan?
Qayanın o tərəfindən yeni “sualtı səhra” açıldı, ancaq bu əvvəldə görünən o gözəl vahə deyildi.
İçərisindən ərinmiş lava tökülən və soyuyanda qaralan parlaq çatlar dənizin dibini ikiyə bölürdü. Su axını qayığı irəliyə doğru aparmaqda davam edirdi. Hidrofonun4 dinamiklərindən eşidilən uğultu səsi kəsilmirdi.
– Aman Tanrım....
– Cek, nə tapdın? Hərarət sürətlə artır! – Cek cihazlara baxmasa da, hərarətin artdığını bilirdi. Hər nəfəs aldıqca, qayığın kabinində istiliyin artdığını hiss edirdi.
Bu, yeni vulkanik çatdır.
– Qulaqcıqda ikinci səs eşidildi. Bu geoloq Çarli idi.
– Ehtiyatlı ol, Cek! – Mən əvvəlki kimi zəif seysmik siqnallar alıram. Orada, aşağıda hər şey fikirləşdiyin qədər sakit deyil.
– Mən hələlik qayıtmaq fikrində deyiləm.
– Sən risk etməməlisən.... Ancaq Cek qısa bir məlumatla onun sözünü kəsdi.
– Mən “Kayo-Maru”nu tapdım.
– Nə?
– Gəmi buradadır.... ancaq.... mən hələ bilmirəm o burada nə qədər qalacaq.
Qayıq sualtı silsilədən keçdiyi zaman, Cek diqqətlə ətrafına baxdı. Onun qarşısında, cəhənnəm vadisinə oxşar bir yerdə, çoxdan batan hərbi gəminin ikiyə bölünmüş gövdəsi 4 səs dalğalarını qəbul etmək üçün aparat
36
canlandı. Yaşıl duman içərisindən gəminin illüminatorları və
yan tərəfdə yapon ieroqlifləri ilə yazılan “Kayo-Maru” yazısı görsəndi. Bu yazı tərcümədə “yaz küləyi” mənasını verirdi.
Batmış gəminin qalıqları ətrafında ərimiş daşların sel ki-mi axını və vulkanın ağzından çıxan ərgin və odlu maye gölməçə əmələ gətirərək, cəhənnəm qaranlığında yanan tünd qırmızı alovu xatırladırdı. Cek gəmini gövdəsinin əyilərək od-lu gölməçədə əriməsinə tamaşa edirdi.
– “Kayu-Maru” düz cəhənnəmin ortasında yerləşir. Indi bir az da yaxınlaşacam – deyə Cek məlumat verdi.
Liza yenidən müdaxilə etdi, lakin onun səsində əmretmə
hiss olunurdu.
– Cek!
Amma Cekin xasiyyətinə yaxşı bələd olan Liza, bir qədər pauzadan sonra aşağı səs tonu ilə cekdən xahiş etdi:
– Cek, xahiş edirəm, daxili hərarətin dərəcəsinə fikir ver.
Titan istiyə davamlı metal və gəminin gövdəsi, əsasən də birləşmə nöqtələrində, ola bilər ki…
Narahat olma, bilirəm və lazım olmadıqca risk etməyəcəyəm. Cek hər iki pedalı eyni vaxtda basdı və qayıq yuxarı qalxdıqca qayadan uzaqlaşdı. Sualtı qayıq batmış gəmi qalıqlarına yaxınlaşdıqca hərarət daha da yüksəlirdi: 230, 370, 430…
Ceki həyəcandan tər basdı. Əgər gəminin gövdəsindəki bitişiklərdən ən azı biri aralansaydı, onun ölümü bir neçə
saniyənin içərisində baş verərdi. O, gəmini bir az da yuxarıya doğru istiqamətləndirdi və hərarət 370 düşdü. Təhlükəni at-latan Cek, batmış gəminin qalıqlarına yaxınlaşırdı. Sürəti azaldaraq, “Kayu-Maru”nun ətrafında bir neçə dəfə dövrə
vurdu, sonra gəmini diqqətlə nəzərdən keçirməyə başladı. O, açıq-aydın gəminin dal tərəfinin əsas hissədən 50 metr 37
kənarda ayrılıb düşdüyünü görürdü və elə həmin yerdə də
böyük yeşiklər var idi. Neçə illər suyun altında qaldığına görə
yeşiklər tamamilə qaralmışdı.
Cek gözlərini qıyaraq dağılmış yeşiklərdən birini daha diqqətlə nəızərdən keçirməyə çalışdı. Bu an Lizanın səsi eşidildi:
– Cek, nə görürsən?
– Lənət şeytana, o qədər də cəzbedici deyil.
– Bəs daha dəqiq?
– Daha dəqiqini bilmirəm. Bircə onu bilirəm ki, bu ekspedisiya üçün mən öz gəmimi və əmlakımı girov qoymuşam. Və bütün bunlardan sonra əliboş qayıtmaq......
– Mən başa düşürəm səni, amma bütün dünya sərvətləri belə, sənin həyatına dəyməz.
Girov qoyduğu bu əmlak Cekə irsən atasından qalmışdır.
Onun atası uzunsürən mədəaltı vəzin xərçəngi xəstəliyindən vəfat etmişdir. Vaxtılə Cek böyük borc ucbatından Tennesi ştatının universitetindəki təhsilini ya-rımçıq qoymuş və hərbi xidmətə getmişdir.
Əlbəttə ki, o vaxt Cek, ona irsən qalan əmlakı satıb, təhsilini davam etdirə bilərdi, amma o, bunu etməmişdir. Bu torpaq onun ata-babasına məxsus olduğu üçün çox qiymətli və dəyərli idi. Cekin anası isə, o hələ uşaq ikən, atasından da əvvəl vəfat etmişdi. Ovaxtkı illər onun yaddaşında qırıq-qırıq xatirələr şəklində qalmışdır və divardan asılan rəsmlər bu xatirələri unutmağa qoymurdu.
Əlbəttə ki, Cek bütün bu xatirələrdən ayrılmaq istəməzdi.
Lakin hal-hazırki ekspedisiya üçün bütün əmlakını ev ilə birlikdə hansısa banka girov qoymuşdur. Məhz bunun sayəsində də, “Nautilus” sualtı gəmisini icarəyə götürə bilmişdi.
38
Cek ürəyini dərinliyində ümid bəsləyirdi ki, “Kayu-Ma-ru”da tapılan xəzinə, ona nəinki borcları qaytarmağa, hətta ömrünün qalan hissəsini də xəzinə axtarışına sərf etməyə imkan verəcək. Ancaq bu o vaxt mümkün ola bilərdi ki, gəmidəki yükün həqiqətən də xəzinə olması aşkara çıxarılaydı.
Cek ürəyinin səsinə qulaq asıb, hər iki pedalı birdən basdı. Sualtı qayıq yavaş-yavaş “Kayu-Maru”un qırılan hissəsinə yaxınlaşmağa başladı. Hərarət yenidən qalxmağa başladı. 400, 450, 500.... Cek artıq hərarət ölçənə belə baxmırdı.
– Cek, cihazlar.....
– Bilirəm. Narahat olma, sadəcə bir balaca da yaxınlaşmaq istədim.
– Onda heç olmasa biosensora qoşul ki,gəmidəki göstəriciləri mən də izləyə bilim.
Cek alnındakı təri silib, dərindən nəfəs aldı, həyəcan dolu situasiyanın içində belə, zarafatından qalmayıb? Lizaya cavab verdi:
– Necə deyirsən, anacan. – Sensoru birləşdirib, yenidən soruşdu.
– Hə, indi necə, razı qaldın?
– Hədsiz. Əsas odur ki, intihardan uzaq olasan.
Lizanın bu zarafatyana sözlərində Cek bir narahatlıq hiss etdi.
– Ümid edirəm ki, mən qayıdana qədər soyuducudakı pi-vələri içib qurtarmazsınız?
– Çalışarıq.
Cek idarəetdiyi gəmini “Kayu-Maru”nun arxa tərəfinə
istiqamətləndirdi və onu batmış gəminin arxa tərəfində yerləşən anbarın qarşısında saxladı. “Nautilus” “Kayu-maru”un yanında balaca böcəyə oxşayırdı. Hətta burada həyat özünə
yer tapmışdır. Batmış gəminin paslanmış gövdəsi sualtı qa-39
yaları xatırladırdı. Bura bir çox molyuskalar və mərcanların sığınacaq yerinə çevrilmişdir.
Cek gəmini döndərdi və gözucu hərarət ölçən cihaza baxdı. Şükürlər olsun ki, hərarət yavaş-yavaş nor-mallaşırdı.
”Kayu-Maru”nun digər tərəfində isə, sanki cəhənnəm odunu xatırladan qırmızı işıq görünürdü.
Sualtı kostyum formasında olan Cek tamamilə tərlə-mişdir, amma bu onu narahat etmirdi. “Nai-tulus”u dön-dərərək, o projektorların işığını düz batmış gəminin anbarına tərəf çevirdi.
Elə bu vaxt ağzında düz Cekə baxan iki böyük göz peyda oldu.
– Lənət şeytana, bu nədir?
Elə bu vaxt, o qeyri-adi məxluq gəmiyə hücum etdi.
Uzun, elastik, gümüşü bədəni olan bu dəniz ilanı, ağzını iri açıb burularaq, düz gəminin şəffaf günbəzinə doğru şığıdı.
Cek qorxu içində nəfəsini dərdi və qorunmaq üçün idarəedici lingdən yapışdı. Ancaq bu dəfə həyəcan ona mane oldu. Son anda azı 70 fut çəkisi olan bu uzun dəniz ilanı elə sürətlə gəminin yanından ötdü ki, hətta gəmi öz oxu ətrafında fırlanmağa başladı.
Cek qaranlıqda üzüb keçən bu qeyri-adi dəniz məx-luqunu baxışları ilə yola saldı. O, həqiqətən möhkəm qorx-muşdur.
– Lənət şeytana! – deyə cek fırlanan gəmini dayan-dırmağa cəhd etdi – indi hansı axmaq deyə bilər ki, nəhəng sualtı divlər mövcud deyil.
Bu an qulaqcıqda Lizanın səsi eşidildi:
– Nə div?
– Heç, burada bir uzun oğlanla tanış oldum. Balıq-kəmər.
40
– Aman Tanrım, Cek, sənin nəbzin iki dəfə artıb.
Söhbətə üçüncü həmsöhbət olan, doktor Robert Bonoçek dəniz biologiyası üzrə mütəxəssis qoşuldu.
– Balıq-kəmər? – deyə doktor yenidən soruşdu. – Sən əminsən?
Bəli, həm də çox böyük nüsxəsi idi, hardasa 20 metr olardı.
– Şəklini çəkə bildin?
Cek qızardı, həmin an keçirdiyi qorxu hissi yadına düşdü. O, fikirləşdi ki, ABŞ-ın keçmiş zabiti olaraq qeyri-adi sualtı nəhəngin peyda olmasına bu cür reaksiya verməməliydi.
Cek yenidən tərləmiş alnını sildi.
– Yox, çatmadım.
– Biabırçılıq, – deyə bioloq dilləndi. – Bu balıq növü haqda necə də az məlumat var! Heç kəsin ağlına gəlməzdi ki, onlar bu cür dərinlikdə yaşaya bilərlər.
O, “Kayu-Maru”nun qalıqları içərisində yuva qurduğu-na görə, 100 faiz buranın sakinidir.
Cek qarşısındakı zülməti ksenon projektorlarla işıqlandıraraq, gəmini irəliyə doğru istiqamətləndirdi və yavaş-yavaş
“Naitulusu” kəmər formal balığın məskunlaşdığı açıq anbara saldı.
– Cek.... – deyə qulaqcıqda geoloq Çarlinin səsi eşidildi və elə həmin an da səs kəsildi.
“Kayu-Maru”un qalın arakəsmə divarı əlaqəyə mane olurdu. Hətta güclü dərinlik radioötürücüləri belə, üçdüymlü dəmir baryerin öhdəsindən gələ bilmirdi. Cek mikrofona toxunaraq dedi:
– Bir də təkrar et.
Cavab gəlmədi, yalnız radiodakı xışıltı səsləri eşidilirdi.
41
Anbarın dərinliyində nə isə zəif parıltı var idi cə Cek ayağını pedalda çəkərək, gəminin burnunu bir qədər aşağı endirdi. İndi ksenon projektorlar anbarın döşəməsini işıqlandırırdı.
Cek gördüyünə inanmadı. Görünür balıq-kəmər təlaş
içində öz sığınacağını tərk edən vaxt, quyruğu ilə yerdəki yeşiklərə toxunaraq, onları aşırmış və içindəkiləri tökmüşdü.
Və indi projektorların işığı altında qızıllar Günəşdən də gur parıldayırdı.
Öz uğuruna inanmayan Cek, “Naitulusu”n manipulyatorlarını hərəkətə gətirən idarə mexanizminin arxasına keçdi və gəmini bir az da irəliyə istiqamətləndirdi. Bu mexanizmi təcrübədən keçirmək üçün, onun kifayət qədər vaxtı var idi. İdarə pultunu tərpədərək, o manipulyatoru bütün uzunu – 15 fut boyu dartıb çıxardaraq, qızıl külçə to-pasına yaxınlaşdırdı. Daha sonra onlardan birini ma-nipulyatorun caynaqları vasitəsilə tutub, onu gəmi pro-jektorlarının işığına yaxınlaşdırdı.
Qızıl!
Artıq heç bir şübhə qalımamışdır, həqiqətən də gördüyü qızıl idi.
Cek yavaş-yavaş gəmini anbardan çıxardı və artıq o fikrində qızılların oradan çıxarılması barədə ssenari qururdu.
–– Yəqin ki, hava balonları burada işə yaramayacaq. Çox güman ki, iri tutumlu əşyanın içərisinə qızıl külçələri yükləyib suyun üzünə çıxarmaq lazım olacaq.
Nəhayət, sualtı qayıq anbardan açıq okeana çıxdı və elə
həmin dəqiqə qulaqcıqda Çarlinin təlaşlı qışqırtısı eşidildi.
– Canını qurtar, Cek! Tez ol! Canını qurtar ordan!
– Nə baş verdi? – deyə Cek qışqırdı və sonra hərarət göstəricisinə baxıb dəhşətə gəldi.
42
Hərarət az qala 10 dəfə artmış və o, tapdığı qızıllara aludə olub, bu haqda tamam unutmuşdu.
– Lənət şeytana! – deyə Cek özünü itirmiş halda donquldandı.
– Seysmik aktivliyi göstərən cihazlar həddi keçir – deyə
Çarli həyəcanla bildirdi.
– Siqnallar “Naitulus”un dayandığı yerdın gəlir! Gəmi düz vulkanın püskürəcəyi yerdə dayanıb!
Vaxtılə keçdiyi hərbi bacarıqlar onu hərəkətə gətirdi.
Keçmiş bir “dəniz aslanı” olaraq, o, müxtəlif növ situasiyaları ayırd etməyi öyrənmişdi: nə vaxt əmrdən boyun qaçırmaq və
nə vaxt əmri yerinə yetirmək. Hal-hazırda isə məhz ikincini etməliydi. O, sualtı qayığı maksimal surətdə yuxarıya doğru istiqamətləndirirdi. Bir az əvvəl çönüb ayrıldığı yerdə nə baş
verdiyini görəndə onu soyuq tər basdı.
Lənət şeytana!
“Kayu-Maru”nun ön hissəsi artıq yarıya qədər lava gö-lündə ərimişdi, lakin ən dəhşətlisi bu hissədə Okean dibinin necə görsənməsi idi. O elə indicə partlayacaq şişmiş suluğu xatırladırdı. Cek gəminin tarazlığını saxlaması olan yükün qalanını da atdı və hər iki pedala basaraq gəminin bur-nunun yuxarıya doğru istiqamətləndirdi. “Naitulus”un elektrik mühərrikləri uğuldadı.
– Lənət şeytana! Lənət şeytana! – deyərək, Cek sanki şey-tanla mübarizə aparırdı.
– Cek, nə olub, nə baş verir?
– Cihazlar sıradan çıxıb!
Hidrofonun dinamiklərindən vahiməli uğultu eşidildi, sanki sualtı dağların üzərində göy gurultusu baş verdi. Sonra sualtı qayıq dalğa zərbəsinə yaxalandı və onu başdan-ayağa 43
titrətdi. Cek çevrilib aşağıda nə baş verdiyinə baxmaq istə-yərkən, başı günbəzə dəydi.
Düz sualtı qayığın altında vulkan partlamışdı və dənizin dibi içərisindən fəvvarə kimi fışqıran qızmış maqma ilə, yanmış yaranı xatırladırdı. Gəmi elə sürətlə yuxarıya doğru hərəkət edirdi ki, ətraflndakı su qaynayırdı. “Naitulus” ətrafda olan su qabarcıqları ilə sanki bomdarduman edilirdi. Cek gə-mi üzərində kontrolu bərpa etmək üçün cəhd göstərirdi, amma gəmi sözə baxmır və xaotik hərəkətlərlə, yaranan su axınında öz oxu ətrafında fırlanırdı. Birdən Cek ağzında olan tamı hiss etdi. O, “Fathom”la əlaqəni bərpa etmək istədi, lakin qulaqlıqda yalnız xışıltı var idi.
Uğursuz halda idarəetmə cihazları ilə mübarizə aparan Cek, həyəcanla fikirləşirdi. Nə olursa olsun, bu vulkanik axından canını qurtarmalıydı.
Bu an o, gənc “dəniz aslan”larına təcrübəli təlimatçılar tərəfindən verilən əmri yadına saldı: gələn axının qarşısını almaq üçün, onunla olan mübarizəni dayandırmaq lazımdır.
Indi o ayağını sağ pedaldan çəkib, yalnız sol pedala sıxırdı. Və bundan başqa gəminin fırlanmasını dayandırmaq əvəzinə, onu daha da gücləndirirdi. Fırlanma o dərəcədə gücləndi ki, tezliklə mərkəzdən qaçma qüvvəsi onu kreslodan ataraq, kabinənin divarına sürüklədi. Amma buna baxmayaraq, cek hələ də pedalı basmağa davam edirdi.
– Hə, hə! – deyə həyəcanla pıçıldayırdı.
Nəhəng qabarcıqlardan biri xüsusui qüvvə ilə “Nai-tiulus”u alt hissəsindən vuraraq, yuxarıya doğru istiqamətləndirdi. Sualtı qayıq sapand daşı kimi vulkan axınının içindən sıçrayıb çıxdı.
Elə ki, “Naitulus”un hərəkəti bir qədər azaldı, Cek yenidən pilot kreslosuna əyləşərək, gəminin üfüqi istiqamətdə
44
fırlanmasının qarşısını aldı. Başını qaldıraraq, qalın su təbəqəsi arasından tutqun günəş işığını gördü.
Qulaqlıqdakı xışıltı kəsildi və Lizanın səsi eşidildi:
– Cek, cavab ver! Eşidirsən bizi?
O, fırlanma zamanı yerə düşən mikrafonu bərkitdi və
xırıltılı səslə cavab verdi:
– Hə, hər şey qaydasındadır.
– Cek, sən hardasan?
Lizanın rahatlanmış səsi ona bir içim sərin su kimi xoş təsir bağışladı.
Cek dərinlikölçənə baxdı. 220 fut! O, inana bilmirdi ki, gəmi 1000 futdan yuxarı məsafəni bu cür tez qət edə bilib.
Əgər kabinanın hermetikliyi və onun içə-risindəki kompres-sorların daimi təzyiqi eyni atmosferada saxlaması olmasaydı, kesson xəstəliyi onu çoxdan öldürmüşdü.
Təxminən 3 dəqiqə sonra suyun üzündə olacam.
Cek üzünü turçudaraq kompasa baxdı. Kompasın oxu dayanmadan fırlanırdı. Cek nə qədər əlləşdisə, kompası düzəldə bilmədi. Onda Cek mənasız cəhdlərdən əl çəkib, mikrofona dedi:
– Mənim kompasım işləmədiyinə görə, harada yerləşdiyimi bilmirəm. Amma suyun üzünə çıxan kimi, mayakı yandıracam ki, yerimi biləsiniz.
– Özün necəsən? Zədə almamısan ki?
Bir az sıyrılmışam və əzilmişəm – amma ümumiyyətlə
normadayam. əlaqəyə çarli girdi.
Altında vulkan partlayan adam üçün, səsin o qədər də
pis gəlmir. Bəxtim gətirib ha! Necə də həmin vaxt yanında olmaq istəyərdim.
Cek gülümsündü. Yeni sualtı vulkanın doğulmasının şa-hidi olmaq, hər bir geoloqun saf arzusudur.
45
Cek əlini zərbədən şişmiş başına qoyub, ağrıdan üzünü turşudaraq dedi:
İnan Çarli, mən də özümdən çox, burada sənin olmağını istərdim.
– Bəs “Kayu-Maru” nə oldu? – deyə digər müsahib ümidli bir səslə soruşdu:
Cek təəccübləndi. Bu tarixçi, xəritəşenas, öz gəmi kitab-xanasını nadir hallarda tərk edən professor Corc Kleyn idi.
Ani çökən ümidsizlik ucbatından, Cek iniltili səslə dedi:
– Çox heyif, dok. Atrıq “Kayu-Maru” və qızıllar yoxdur.
Corc bir qədər susdu və sonra məyus halda bildirdi:
– Nə etmək olar, onsuz da biz “Kayu-Maru”nun yükü haqda dəqiq informasiyaya malik deyildik. Yaponlar tez-tez qızıl daşınmasını gizlətmək üçün, gəmi sənədərini saxtalaş-dırırdılar.
– Yox, məlumat dəqiq idi – deyə Cek Okean dibindəki qızıl külçələri yadına salıb, tutqun halda cavab verdi.
Mikrafonda yenidən Çarli idi.
– Ey Cek, deyəsən zəlzələ tək səni titrətməyib. Dünyanın hər yerindən məlumatlar gəlir: zəlzələlər, vulkan püskürmələri bütün sakit Okeanı bürüyüb – bir sahildən o birinə.
Cek alnını qırışdırdı. O vaxtdan bəri, o bütün dünya in-sanlarını, sualtı dünyaya dəyişmiş və onu planetin digər hissəsində olan həyat narahat etmirdi. Zəlzələ onu yalnız itirilmiş qızıllara və ola bilərdi ki, gəmiyə görə narahat edə bilərdi.
– Əlaqəni kəsirəm, – deyə Cek ağır nəfəslə dedi: – Bir dəqiqə sonra suyun üzündə olacam.
Suyun rəngi yavaş-yavaş açılırdı və tezliklə “Naitulus”un günbəzi sudan çıxdı. Dərin zülmət qaranlığından sonra, Günəş işığı cekə pis təsir etdi və o, gözlərini qıydı. Qərbə doğ-ru 46
dəniz dalğalanır və tüstüləyir, cənub-şərqə doğru isə qara nöqtə görünürdü. Bu görünən qara nöqtə “Fathom”idi.
Cek məlumat göndərmək üçün qəza düyməsini basdı, mayakı işə saldı və kresloya söykənib gözləməyə başladı. Bir neçə dəqiqədən sonra, onun diqqətini düz “Naitulus”un üzərində parlayan bi işıq cəlb etdi. Cek kreslodan dikəldi və
pultu əlinə götürərək, hər iki manipulyatoru sudan çıxardı.
Cek polad qısqacların sıxıldığını görüb, ah çəkdi:
– Ola bilməz!..
Qayığın “mexaniki əlləri”ndə sıxılıb qalmış iki böyük külçə, hamar səthindən dəniz suyu axaraq, görsəndi. Cek vul-kandan bir neçə saniyə əvvəl anbardan götürdüyü bu külçələr barədə tamamilə unutmuşdur. Gəmi yuxarıya qalxan zaman, Okean suları külçələri palçıqdan təmizlənmiş və xoş-bəxtlikdən hidravlik qısqaclardan qopara bilməmişdir.
Cek sevincək fit çaldı.
– Həyat axarıyla gedir!
Yenidən xəttə Corcun səsi eşidildi.
– Cek, biz göndərdiyin siqnalı aşkar etdik.
– Əla! – deyə sevincək cavab verdi. – Mənim gəlişimə, çalışın soyuq şampan olsun.
– Hm.... Yaxşı – deyə Corc açıq-aydın heyrətlə cavab verdi – Mənə elə gəlir ki, sən bu barədə bilməlisən, indicə
“Globalstar” adlı sputnik kanalı ilə əlaqəyə girmişik.
Cek sanki reallığa qayıdıb, alnını qarışdırdı və soruşdu:
– Kimdir, Daha dəqiq de!
– Admiral Mark Xyuston.
Onun donanma xidmətindəki keçmiş komandiri! Elə bil Ceki günəşin kələfi vurdu.
– Nə? Ni.... Niyə?
47
Həyəcandan hətta kəkələməyə başladı. O, ümid edirdi ki, həyatı boyu bu adamın adını eşitməyəcək. Axı, o keçmiş həyatı geridə qoymuşdur!
Admiral bizə koordinantları verdi və əmr etdi ki, buradan 400 mil o tərəfdə irəliləyək.
– Nə əmr etdi, – deyə cek hirsindən yumruğunu sıxdı –
Ona de ki, əmrləri başına dəysin.
Indi isə Corc onun sözünü kəsdi:
– Cek, təyyarə qəzası baş verib. Xilasedici işlər aparılır.
Cek dodağını dişlədi. Adətən belə hallarda VMS-in şəxsi gəmilərə, həmçinin elə “Fathom”a da əmr vermək ixtiyarı var idi. Özü də bütün gəmiçilik siyahılarında bu gəmi xilasedici kimi qeydiyyatdan keçmişdi. Amma buna baxmayaraq, Cekin əl ləri hələ də əsirdi.
Onun yaddaşında keçmişdə baş verən hadisələr canlandı.
Cek Floridanın günəş şüaları altında parıldayan “Atlantis”
kosmik gəmisinə necə heyrətlə baxdığını və bu gəmidə uçan ilk “dəniz aslanı” olacağını fəxrlə fikirləşirdi. Lakin bu xoş fikirlər digər tutqun fikirlərlə sıxışdırılır: od, yanğın, dəhşətli ağrı, əlcəkli əlin ona sarı uzanması, qışqırıqlar, sürüşmə, aş-ma.... və sonsuzluğa uçurum.
İndi “Naitulus”da Cekə elə gəlirdi ki, o düşməyə davam edir.
Əlacsız halda başını yelləyərək, o nəinki cavab verə
bilmir, hətta nəfəs belə almırdı.
– Cek, dənizə düşən təyyarə… Bu, bir nömrəli bortdur.
48
2
OKİNAVA ƏJDAHALARI
25 İYUL, 6.30
Naxa, Okinava adası, Yaponiya
Zibil qutusunun yanında ikiqat əyilən Karen Qreys hərbi patruldan gizlənirdi. Elə təzəcə gizlənmişdi ki, əllərində
fənər olan iki hərbi geyimli şəxsin dalana döndüyunü gördü.
Onlardan biri dayandı və siqaret çəkməyə başladı. Nəfəsini belə saxlayaraq, Karen onu görməsinlər deyə səssizcə dua edirdi. Alışqan işığında hərbiçilərdən birinin paltarının qolunda “HDQ ABŞ” nişanəsini gördü.
Dünənki zəlzələdən sonra Yaponiyanın bütün pre-fekturalarında, Okinava adalarının ən cənub hissələrini də
bura daxil etsək, hərbi vəziyyət elan edilmişdi.Prefekturanın əsas şəhəri olan Naxa və onun şəhərətrafı əyalətləri də
soyğunçularla dolmuşdu. Yerli hakimiyyət hökm sürən xaosla bacarmadığına görə, Amerika hərbi bazalarına, ya-rıyadək dağıdılmış şəhərin bərpası üçün kömək məqsədilə
müraciət etmişdi. ABŞ isə bu müraciətə əsasən sübh tezdən qürub çağına qədər komendant saatı müəyyənləşdirmişdi. Və
indi Karen bu qaydanı pozanlardan sayılırdı, çünki Günəşin çıxmasına bir saat qalırdı.
“Gedin, çıxın gedin!” – deyə ürəyində hərbçiləri tələsdirirdi. Birdən, sanki onu eşidirmiş kimi, onlardan biri fənərlə dalanı işıqlandırdı. Karen duruxaraq gözlərini yumdu.
O qorxurdu ki, kiçicik bir hərəkəti ilə hərbçilərin diqqətini cəlb edə bilər. Tamamilə tünd geyimdə olmasına baxmayaraq, xurmayı saçlarını gizlətməyi unutmuşdu və bu, onu narahat 49
edirdi. Lakin heç nə baş vermədi, xəta sovuşdu. Hərbçilərin uzaqlaşan addımlarının səsi eşidildi. Karen zibil qutusunun arxasından boylanaraq, gözlərini açdı və rahatlıqla nəfəsini dərdi.
Elə bu an qaranlıqdan həyəcanlı bir pıçıltı eşidildi.
– Nə oldu? Getdilər?
Karen ayağa qalxdı.
– Hə, az qalmışdı ki, yaxalanaq.
– Bunu etməməliydik. – deyə, dizi üstə kolların arasından sürünərək çıxan Karenin rəfiqəsi dedi.
Karen, Miyuki Nakonaya ayağa qalxmağa kömək etdi. Bu yapon xanım isə elə hey dodaqaltı deyinir, ingiliscə don-quldanırdı. Əlbəttə ki, ingilis dili onun ikinci dili sayılırdı.
Çünki, Yapon Universitetindəki professorluq vəzifəsini atandan sonra, Miyuki ABŞ-a köçmüş və iki il Paloaltoda internet xidmətləri göstərən firmada işləyərkən, ingilis dilini mükəmməl öyrənmişdi. Lakin, indi bu zərif yapon mü-əlliməsi zibilliklər içərisindən çıxan zaman, heç də normal görünmürdü. Çünki o, hər zaman təmiz, ağappaq ütülənmiş xalatı ilə Rükü Universitetinin bilgisayar laboratoriyasında iş başında olan xanım olub. Bu səhər isə hər şey tamamilə başqa cür idi.
Miyukinin əynində tünd qırmızı köynək və qara cins şalvar var idi. O, çiyninə yapışan zibili nifrət hissi ilə qırağa tullayaraq dedi:
– Əgər sən mənim ən yaxın rəfiqəm olmasaydın…
– Bilirəm, – deyə Karen onun sözünü kəsdi. – bilirəm…
bağışla. Miyuki, axı mən səni özümlə çağırmamışdım, – deyə, Karen üzünü çevirərək əlavə etdi.
50
– Mən imkan verə bilməzdim ki, gecə vaxtı şəhərdə tək gəzəsən. Birdən sən hansısa əclaflara rast gələrdin. Bu, çox qorxulu ola bilərdi.
Karen razılaşaraq başını tərpətdi. Son cümlələr tamamilə
ədalətli idi.
Naxo şəhərinin hər tərəfindən siqnal səsləri eşidilir, müvəqqəti quraşdırılmış xilasedici düşərgələrin pro-jektorlarının şüaları ziqzaqvari hərəkətlərlə göy üzünü işıqlandırır, komendant saatının olmasına baxmayaraq, hər tərəfdən qış-qırıq və atəş səsləri eşidilirdi.
Karen şəhərdə bu cür qarmaqarışıq vəziyyətin hökm sürməsini heç gözləmirdi.
Miyuki isə onların necə təhlükəli situasiyaya düşmələri barədə elə hey deyinirdi.
– Kim bilir, bizi orada kim gözləyir? Bəlkə insan alveri ilə
məşğul olanlardı? Bəlkə narkotik daşıyıcılarıdı?
– O sadəcə yerli balıqçıdır. Samo ona zamindir.
– Sən hansısa başdanxarab süpürgəçinin sözünə ina-Nırsan?
Karen üzünü turşutdu. Miyukunin bu mızıl-danmaları hətta koala ayısını belə özündən çıxara bilərdi.
– Samo başdan xarab deyil, tamamilə normaldır. Əgər o, balıqçının bizi ora aparıb, Əjdahaları göstərəcəyini de-disə, deməli, belə də olacaq. Bir də ki, məndə bax bu var, – deyə
Karen gödəkçəsini qaldırıb rəfiqəsinə tapançanı nü-mayiş
etdirdi. 38 kalibrdi, avtomatikdir və tamamilə do-ludur.
Miyukini gözləri təəccübdən bərəldi.
– Yaponiyaya tapança aparmaq? Bu ki, qeyri-qanunidir!
Sən onu hardan....
51
– İndiki zamanda gənc qız özünü qorumağı bacarmalıdır,
– deyə Karen onun sözünü kəsdi və tindən başını çıxarıb kü-çəyə boylandı.
– Yol boşdur! – deyə xəbər verdi.
Miyuki bir əli ilə rəfiqəsinin çiynindən tutub onun arxasıyca irəlilədi.
– Gedək!
Karen irəlidə gedərkən,eyni zamanda həm qorxu həm də
həyəcan keçirirdi. O başını qaldırıb göyə baxdı:havanın işıqlanmasına bir saat qalırdı,demək ki,vaxt az idi.
Komendant saatı. Amma yox, o bu təyinolunmuş görüşü buraxmaq istəmirdi. Bu cür imkan insana həyatında bir dəfə
verilir. Üç il əvvəl o Britaniya Kolumbiyasından Yaponiyaya, Rükü universitetindəki qədim Polineziya sakinlərinin miqrasiyası yollarına dair doktorluq disertasiyasını bitirmək üçün gəlmişdir. Bu iş üçün ma-teriallar toplayarkən, 1991-ci ildə universitetin professoru Masaaki Kimuranın Okinava adası sahilində tapdığı iki sualtı piramidanın – Okinava əjdahaları haqda hekayəsini eşitmişdi. Professor tapdığı bu qurğuları Mərkəzi Amerikadakı Mayya piramidaları ilə
müqayisə edirdi.
Karen şəkilləri görməyənədək bütün bunları fantaziya adlandırıb şübhə ilə yanaşırdı: dəniz dibindən 20 metr hündürlüyə qalxan ,yuxarısında meydança olan ikipilləli piramidalar. Onları görcək, Karen coşmuşdu. Mayya və
Polineziya sivilizasiyaları arasında əlaqə varmı? Son on ildə
alimlər adaların sahillərindən Tayvana qədər sualtı tikililər tapmağa davam edirdilər. Artıq həqiqəti fantaziyadan, təbiət məhsulunu insan əlinin məhsulundan ayırmaq da çətinləşib.
İndi Rükü adaları zəncirinin balıqçıları arasında belə bir şayiə yayılıb: Okinava Əjdahaları okeandan baş qaldırıblar!
52
Bu həqiqət idi yoxsa yox, amma Karen o piramidaları şəxsən gözdən keçirmək şansını əldən verə bilməzdi. Dərman prepapatlarının və digər lazımi əşyaların daşınması üçün təyin olunan yerli balıqçı Karenə öz xidmətlərini təklif etmişdi. Amma o Karenlə və ya onsuz səhər açılan kimi yola düşməliydi. Məhz buna görə Karen velosipedə atlayıb gizlincə Nahu universitetindən çıxıb, sonra da polislər və hərbçi patrullarla siçan-pişik oynayırdı.
Karen küçə ilə şux addımlarla yeriyir və özü öz yrişindən həzz alırdı. Dənizdən əsn külək onun xurmayı saçlarını qarışdırdı və o üzünə düşən kəkilini yana çəkdi. Əgər polislər onu və Miyukini tutsalar hər ikisinə universitetdən qovulma qorxusu ola bilər. Amma yox, miyukini yəqin saxlayacaqlar.
Onun rəfiqəsi universitetin daha çox nəşr olunan və tələb olunan əməkdaşlarındandır. O öz “arsenal”ında kifayət qədər elmi dərəcələri və mükafatları olan birisi idi. Onun işləri haqda heyranlıq sədaları dünyanın bütün yerlərindən gəlirdi.
O bilgisayartexnologiyaları sahəsindəki tədqiqatlara görə
Nobel mükafatına namizədliyi layiq görülən yegənə ilk qadın olmuşdur. Məhz bu səbəblərə görə,karen Miyukunin onunla bu riskli səyahətə getməsinə mane olmamışdı. Əgər onları tutsaydılar, ən azından Miyukini populyarlığı onların cəzasını yüngülləşdirəcəkdi. Hər halda Karen buna ümud edirdi.
Karen saatına baxdı. Çox ləngimişdilər. Xoşbəxtlikdən zəlzələ zamanı baş verən dağıntılar şəhərin bu hissəsində
özünü o qədər də göstərməmişdi və yol boş idi.
– Deyəsən, vaxtında çata bilməyəcəyik, – deyə Miyuki çiynindəki çantanı və fotoaparatı düzəldərək dedi.
Karen təkistifadəlik “kodak” götürsə də,r əfiqəsi rəqəmli fotoaparat, “Polaroid”, videokamera və hətta cib bilgisayarını da götürməyi təkid etmişdi.
53
Karen Miyukidən çantanı götürüb öz çiyninə asdı.
– Çatırıq, – addımlarını sürətləndirərək inamla cavab verdi. Tezliklə küçənin sonuna çatdılar. Körfəzə çatmaq üçün bir neçə yüz yard keçmək lazım idi. Karen tindən boylandı və
küçənin boş olduğuna əmin olub, yoluna davam etdi. Miyuki də onun arxasınca gedirdi. Getdikcə dənizin ətri daha çox gəlməyə başlayırdı: havadan duz və yosun iyi gəlirdi. Bir qədər sonra onlar körfəzin sahilində yanan işıqları görüb, qaçmağa başladılar.
Küçənin sonuna çatar-çatmaz, əmrverici səs eşidildi:
–Dayan!
Fənərin işıqları Karenin üzünü işıqlandırdı və o gözlərini qamaşdırdı. Qaranlıq içərisində,2 binanın arasında bir kişi göründü.Fənərin şüaları bir az aşağı enəndən sonra, Karen kişinin əynində amerikalı dənizçinin geyimini gördü. O fənəri Miyukinin üzünə istiqamətləndirdi, sonra isə fənər guşəni işıqlandırdı. Daha sonra, qaranlıqdan yenə 2 dənizçi çıxdı.Çox güman ki, onlar mobil hərbi patrullardan idilər.
Birinci dənizçi yaxınlaşaraq soruşdu:
–Siz ingiliscə danışırsınız?
– Bəli, – deyə Karen cavab verdi.
Dənizçi fənərin şüasını yerə yönəldərək yenidən soruşdu:
– Amerikalısız?
Karen hirsli halda üzünü turşutdu. Yaponiyada yaşayanda bu suala cavab verməkdən təngə gəlmişdi.
–Kanadalı, – dedi.
– Mən də kanadalıyam, – deyə başını yelləyərək,digər dənizçi dostlarına patrul etmələrinə davam etmək üçün işarə
etdi. – Mən bazara qayıdıram, – bunlarla isə özüm məşğul olacam.
54
Digər iki dənizçi qadınları başdan-ayağa süzərək, tüfənglərini çiyinlərinə atıb yollarına davam etdilər. Sonda isə
Miyukiyə baxıb pıçıldaşdılar və ucadan qəhqəhə çəkib gülüşdülər.
Karen dişlərini qıcadı. Kobud amerikalı hərbiçilərin ağlına da gəlmirdi ki, bu cür davranış buralarda təhqir sayılırdı.
–Xanım, məgər siz komendant saatı haqqında heç nə
eşitməmisiniz? – deyə dənizçi bildirdi.
– Nə saatı? – deyə Karen özünü bilməzliyə vurdu. Dənizçi yorğun halda nəfəsini dərdi.
– Bu saatda burada olmanız, hələ üstəlik iki qadın üçün, çox təhlükəlidir. Mən sizi evinizə ötürərəm. Siz harda yaşayırsınız?
Karen qaşlarını çataraq nəsə cavab verməyə cəhd etdi.
”İmprovizə zamanıdır”– deyə beynindən belə bir fikir keçdi.
O,üzərində “Times” jurnalının loqotipi və içərisində
Miyukinin kamerası olan çantanı dənizçiyə göstərərək dedi:
– Mən bu nəşriyyatın ştatdan kənar əməkdaşıyam. Daha sonra cibindən Rükü universitetinin vəsiqəsini götürüb onu həmyerlisinə göstərdi. İlk baxışdan vəsiqə sanballı görünsə
də, hərbçi yapon heroqliflərini bilmədiyi üçün onu yoxlaya bilməzdi.
– Budur, yerli hakimiyyət tərəfindən mənə verilən etimadnamə.
Dənizçi əyildi və Kareni vəsiqədəki şəkillə müqayisə
etməyə başladı.
Yaponca bir kəlmə belə oxumağı bacarmayan hərbçi razılıqla başını tərpətdi.
Karen ciddi görünüşünü saxlayaraq vəsiqəni cibinə
qoydu və Miyukini təqdim etdi:
55
– Bu yerli qadın mənə kömək üçün təyin olunub, həm də
fotoqrafı da əvəz edir. Biz Yaponiyadakı adaların vəziyyəti haqda fotoreportaj hazırlayırıq. Bizim gəmi hava işıqlanan kimi Tayvan istiqamətində yola düşəcək, ona görə də biz tələsirik.
Hərbçinin baxışlarında şübhə oxunurdu. O,demək olar ki, Karenin sözlərinə inanmışdı, amma sona qədər yox. Bu dəfə Miyuki onları vəziyyətdən çıxartdı. O, çanyasını açıb oradan rəqəmsal fotoaparatı götürüb ingilis dilində dedi:
– Nə yaxşı ki, biz sizə rast gəldik! Elə indicə miss Karen Qreys deyirdi ki, yerli camaata bu bədbəxt hadisələrdə kömək olan Amerika hərbçilərinin şəklini çəksək, yaxşı olar. – Miyuki Karenə tərəf çöndü və başı ilə dənizçiyə işarə edərək soruşdu.
– Necədir?
Karen Miyukinin bu cür dəyişib rola girməsinə məəttəl qalmışdı. Bir xeyli öskürərək vaxt əldə edəndən sonra yenidən soruşdu:
– Hə, yaxşıdır. “Amerika sülh-məramlılarıınn iş gün-ləri”
məqaləsi üçün. Karen fikirli siması ilə başını yana əyib duruxan hərbçini süzürdü.
– Hə, məhz beləsi bizə lazımdır. Tipik amerikalı.
Miyuki kameranı qaldırıb dənizçiyə tərəf yönəltdi.
–Etiraz etmirsinizsə, sizin şəklinizi jurnalda bütün dünya görəcək. – deyə Karen soruşdu.
– Hə,doğrudan?
Karen gülməyini güclə gizlətdi. O, elə bir amerikalı tanımırdı ki, şöhrətə qarşı laqeyd olsun.
Karen işgüzar görkəm alıb, tam ciddiyyətlə dənizçiyə
müraciət etdi:
56
– Biz sənin bir neçə şəklini müxtəlif formalarda cəkəcəyik. Yəqin ki, onlardan biri yarayacaq. – Amerikalı sülhməramlı…Hə, bu çox maraqlı olacaq!
Miyuki dənizçini müxtəlif formalarda çəkəndən sonra, fo-toaparatı yığışdırdı, onun adını və şəxsi nömrəsini dəftərçəsinə qeyd etdi.
– Biz sizə faksla sənəd göndərəcəyik, siz onu doldurub bizə Nyu-Yorka göndərərsiniz. Ancaq siz bunu mütləq həftə
sonuna qədər etməlisiniz!
–Əlbəttə! – deyə hərbçi böyük həvəslə başını yellətdi.
Karen göyün üzünə baxdı, artıq hava açılırdı. – Miyuki, biz tələsməliyik. Mətbuatın gəmisi istənilən vaxt yola düşə
bilər.
– Mən sizi körpüyə qədər yola sala bilərəm, onsuz da yolum elə o tərəfədi- deyə dənizçi təklif var idi.
– Çox sağ ol, Harri, – deyə Miyuki hərbçiyə adı ilə
müraciə edərək, təşəkkürünü bildirdi. – Bizi 4-cü körpüyədək ötürsəniz, çox yaxşı olar, – deyə Miyuki dənizçiyə gülümsündü, sonra üzünü Karenə çevirərək, gözləri ilə him-Cim elədi. – Gedək, biz gecikməməliyik.
Və onlar dənizçinin müşayiəti altında körpüyə tərəf yollandılar. Hava işıqlandıqca körfəzin suyu pa-rıldayır, qağayıların səsi ətrafa yayılırdı.Liman büsbütün zəl-zələ
nəticəsində qəzaya uğrayan gəmi və qayıqların sınmış
hissələri ilə dolu idi. Bütün bu hissələri suyun altından təmizləmək üçün buraya artıq iri kranlar, ağır texnika və
xüsusi qurğular gətirilmişdir. Liman şəhər üçün mühüm olduğuna görə, onun təmizlənməsi birinci növbədə lazım idi.
Onlar limanın girişinə çatanda günəş artıq göy üzünün Şərq hissəsini işıqlandırırdı. Miyuki və Karen Harriyə
57
təşəkkürünü bildirib onunla mehribancasına vidalaşdılar və o gedəndən sonra cəld körpüyə tərəf tələsdilər.
Təzə tanışlarını , onları izləmədiyindən əmin olmaq üçün Karen arxaya boylandı, amma dənizçinin izi-tozu da yox idi.
Sonra üzünü rəfiqəsinə çevirdi və gülməyini güclə saxlayaraq dedi:
– Ay səni yalançı! İndi mən heç vaxt sənə inana bilməyəcəm! – deyə yapon xanımı bu özünəməxsus tərifdən qıpqırmızı qızararaq dedi. -Yaxşı ki,”Tayms” jurnalına illik abunə olmağım və həmin jurnalın loqosu ilə verilən çanta bizə kömək oldu.
Və hər iki qadın elə qəhqəhə çəkdiləər ki,gözlərindən yaş
gəldi.
Karen 12 yaşlı limana tərəf üz tutdu. Orada,dalğaların üstündə yırğalanan, o qədər də böyük olmayan, təxminən 20
fut ağırlığında ağacdanndüzəldilmiş və içərisində qırmızı xaç cəmiyyətinin yeşikləri olan gəmi dayanmışdı. İki kişi gəmini artıq sahildə saxlayan kəndirləri
– Dayanın! – deyə Karen əlini yelləyərək qışqırdı.
Kişilərdən biri onlara tərəf baxdı və bortda dayanan digər dənizçiyə müraciət etdi. Deyəsən həmin dənizçi elə kapitanın özü idi. Ağsaçlı yapon kapitan sükan çarxını tərk etdi və
qadınları gəminin arxa tərəfində qarşıladı. Onun əynində
“Levis”firmasının cinsi və yağışdan qorunmaq üçün yaşıl plaşı var idi. Əlini uzadaraq kapitan Karen və Miyukiyə gəmiyə qalxmağa kömək etdi.
– Bizi Samo göndərib, – deyə Karen pis bildiyi yaponca dedi:
– Bilirəm, – deyə yapon ingiliscə cavab verdi. Amerikalısınız?
– Kanadalıyam, – deyə düzəliş verdi.
58
– Əşşi, eyni şeydir. Tərpənmək lazımdır. Onsuz da yetərincə ləngidim.
Karen razılıqla başını tərpətdi və çantasını gəminin göyərtəsinə qoydu. Ona və Miyukiyə,yanında bükülmüş balıq toru olan və başdansovma düzəldilmiş skamyada yer göstərdilər. Göyərtənin taxtaları üzərində qurumuş balıq iça-latının iyrənc görüntüsündən və qan iyindən qadınlar az qaldı qaytarsınlar.
Bayaqkı iki matros kəndiri ayırıb göyərtəyə tul-landılar.
Kapitan gəmidəki taxta tikili qarşısında dayanaraq nəsə əmr verdi. Mühərrik işə düşdü,gəminin arxa tərəfində su köpükləndi və gəmi yavaş-yavaş limandan uzaqlaşdı.
Matroslar yerlərini aldılar:biri gəminin arxa tərəfində,digəri bortun sağ hissəsində dayanaraq diqqətlə irəliyə baxdılar.
Sudakı sınmış hissələr gəminin hərəkətini çətinləşdirirdi.
Karen indi başa düşdü ki, , nəyə görə kapitan məhz dan yeri ağaranda yola düşmək istəyirdi. Səhər axını başlaması ilə
bu sular daha qorxulu ola bilərdi.
Körfəzin əks tərəfindəki sahilində ABŞ-ın hərbi-dəniz bazası alışıb-yanırdı. Vaxtilə zəlzələlər zamanı baş verən yanğınlar indi də yeraltı sisternaları alovlandırıb yuxarıya doğru qaldırırdı. Qatı tüstü göyə doğru qalxır, daha hündürdə isə vertolyotlar yanğını söndürmək üçün yerə qum və dəniz suyu səpirdilər. Amma hələ də yanğını tam söndürməyə müvəffəq olmurdular.
Boz rəngli hərbi nəqliyyat təyyarəsi, mühərrikinin qulaqbatıran səsi ilə gəmi üzərindən uçdu. Balıqçı gəmisinin kapitanı onu yumruğu ilə hədələdi. Amerikaliların burada olaması əsasən hərbiçilərin, yerli sakinlərin hiddətinə səbəb olurdu. Hələ 1974-cü ildə bu torpağın ada sakinlərinə
59
qaytarılması haqda sazış bağlanmasına baxmayaraq, hələ də