Yosxul insanlar
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Федор Достоевский. Yosxul insanlar
1-ci məktub – 8 aprel
2-ci məktub – 8 aprel
3-cü məktub – 8 aprel
4-cü məktub – 9 aprel
5-ci məktub – 12 aprel
6-cı məktub – 25 aprel
7-ci məktub – 20 may
8-ci məktub – 1 iyun
9-cu məktub – 11 iyun
10-cu məktub – 12 iyun
11-ci məktub – 20 iyun
12-ci məktub – 21 iyun
13-cü məktub – 22 iyun
14-cü məktub – 25 iyun
15-ci məktub – 26 iyun
16-cı məktub – 27 iyun
17-ci məktub – 28 iyun
18-ci məktub – 1 iyul
19-cu məktub – 1 iyul
20-ci məktub – 6 iyul
21-ci məktub – 7 iyul
22-ci məktub – 8 iyul
23-cü məktub – 27 iyul
24-cü məktub – 28 iyul
25-ci məktub – 28 iyul
26-cı məktub – 29 iyul
27-ci məktub – 1 avqust
28-ci məktub – 2 avqust
29-cu məktub – 3 avqust
30-cu məktub – 4 avqust
31-ci məktub – 4 avqust
32-ci məktub – 5 avqust
33-cü məktub – 5 avqust
34-cü məktub – 11 ayqust
35-ci məktub – 13 avqust
36-cı məktub – 14 avqust
37-c məktub – 19 avqust
38-ci məktub – 21 avqust
39-cu məktub – 3 sentyabr
40-cı məktub – 5 sentyabr
41-ci məktub – 9 sentyabr
42-ci məktub – 10 sentyabr
43-cü məktub – 11 sentyabr
44-cü məktub – 15 sentyabr
45-ci məktub – 18 sentyabr
46-cı məktub – 19 sentyabr
47-ci məktub – 23 sentyabr
48-ci məktub – 23 sentyabr
49-cu məktub – 27 sentyabr
50-ci məktub – 27 sentyabr
51-ci məktub – 28 sentyabr
52-ci məktub – 28 sentyabr
53-cü məktub – 29 sentyabr
54-cü məktub – 30 sentyabr
Отрывок из книги
Çox dəyərli Varvara Alekseyevna!
Dünən xoşbəxt idim, çox xoşbəxt idim, hədsiz dərəcədə xoşbəxt idim! Həyatınızda bircə dəfə də olsa, mənə qulaq asdınız. Axşam saat səkkizdə oyandım (işdən sonra bir-iki saat yatdığımı bilirsiniz), şamı yandırdım, kağız hazırladım, qələmi götürəndə birdən gözlərimi qaldırdım və ürəyim atlandı! Mənim nə istədiyimi, qoca ürəyimin nəyi arzuladığını başa düşmüşdünüz! Pəncərənizdəki pərdənin bir ucu qatlanıb dibçəyin dalına sıxışdırılmışdı, eynən o dəfə eyham vuruğum kimi; elə bil ordan sizin simanızı da gördüm, siz də otağınızdan mənə baxırdınız, mənim haqqımda düşünürdünüz. Amma xoş çöhrənizi yaxşı görə bilmədiyim üçün elə kədərləndim ki! Vaxtikən mənim də gözlərim yaxşı görürdü. Qocalıq sevinc gətirmir, əzizim! Elə indi də gözlərim bulanıq görür, gecə bir az işləyirəm, yazı-pozuyla məşğul oluram, səhərsə gözlərim qızarır, elə sulanır ki, adam içinə çıxmağa utanıram. Amma sizin təbəssümünüz nəzərimdən qaçmadı, mələyim mənim, gülümsədiyinizi görərkən sizi öpəndə hiss etdiyim duyğuları yenə hiss etdim, Varenka, – o öpüş yadınızdadırmı? Bilirsiniz, hətta mənə barmaq silkələdiyinizi də gördüm. Elədir, şıltaq qız? Əlbəttə ki, bütün bunlar haqda məktubunuzda yazacaqsınız.
.....
Bu səhər hara gedirdiniz, Varvara Alekseyevna? Mən hələ heç işə də hazırlaşmırdım, sizsə bahar ağacdələni kimi otağınızdan çıxıb sevincək halda həyətdən keçdiniz. Sizi görəndə elə sevindim ki! Ah, Varenka, Varenka! Qüssələnməyin. Göz yaşlarıyla əzabı yüngülləşdirmək olmur; bunu təcrübəmdən bilirəm, anam, yaxşı bilirəm. İndi siz çox rahatsınız, səhhətiniz də yaxşıdır. Bəs sizin Fedoranız necədir? Ah, nə mehriban qadındır! Varenka, siz mənə necə yaşadığınızı yazın, hər şeydən razısınızmı? Fedora bir az deyingəndir. Siz ona baxmayın. Varenka, tanrı sizi qorusun! O çox mehriban qadındır!
Keçən dəfə sizə burdakı Tereza haqqında yazmışdım, – o da çox mehriban və etibarlı qadındır. Məktublarımızdan ötrü necə də narahat idim! Onları necə göndərəcəyik? Bir də bu Tereza! Onu bizə tanrı özü göndərib. O mehriban, dinməz qadındır. Amma sahibəmiz çox vicdansız qadındır. Terezanı nökər kimi işlədir, boş dayanmağa qoymur.
.....