Yoxsul insanlar

Yoxsul insanlar
Автор книги: id книги: 3820614 Правообладателям     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 178,43 руб.     (2,17$) Купить и читать книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Qanun Nəşriyyat evi Дата публикации, год издания: 2022 Дата добавления в каталог КнигаЛит: ISBN: 9789952362787 Возрастное ограничение: 16+

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Fyodor Dostoyevskinin “Yoxsul insanlar kitabında “Yoxsul insanlar romanı, “Oxşar, “Zəif ürək, “Ev sahibəsi povestləri, “Cənab Proxarçin hekayəsi yer almışdır. «Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir. Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir. Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir. “Oxşar povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur. “Zəif ürək povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir. “Ev sahibəsi povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir. “Cənab Proxarçin hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır.

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Yoxsul insanlar
Подняться наверх