Читать книгу Meqrenin qəlyanı - Жорж Сименон - Страница 1
ОглавлениеMeqrenin qəlyanı
Jorj Simenon
Tərcüməçi: Həmid Piriyev
Hər dəfə sən kitab oxuyanda
əlindəki kitaba görə ağaclar sevinir və
ölümdən sonrakı həyata inanırlar.
Köhlən nəşriyyatı
Buraxılışa məsul: Nizami Əlisoy
Tərcüməçi: Həmid Piriyev
Redaktor: Günel Haşımlı
Jorj Simenon. Miqrenin qəlyanı.
Bakı, “Köhlən” nəşriyaytı, 2019, .... səh.
© Köhlən Nəşriyyatı / 2019 ISBN
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
kohlanpress@gmail.com
055 3599923 / 050 2229511
Bütün hüquqlar qorunur.
İcazəsiz olaraq hər hansı
şəkildə yayımlanması
QADAĞANDIR.
İÇİNDƏKİLƏR
roman
Yazıqları öldürmürlər.................................................
Meqrenin qəlyanı........................................
hekayə
Jomon – 51 dəqiqəlik dayanacaq........................................
Bomarşe bulvarında drama..............................................
Yazıqları öldürmürlər
roman
I. Alt paltarlı adamın ölümü
“Yazıqları öldürmürlər…”
İki saat idi ki, bu gicgici fraza Meqredən əl çəkmir-di. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun beynin-də fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə variant peyda oldu:
“Adamları alt paltarında öldürmürlər…”
Avqust ayı idi. Camaatın əksəriyyəti məzuniyyətdə idi. Paris bomboş görünürdü. Səhər doqquz olmağına baxmayaraq yaman isti idi. İdarədə sakitlik hökm sü-rürdü. Sahilə baxan bütün pəncərələr açıq idi. Meqre kabinetinə girən kimi pencəyini çıxartdı. Elə həmin də-qiqə hakim Kamello zəng vurdu.
– Zəhmət olmasa De-Dam küçəsinə gedin. Bu gecə orda qətl törədilib. Polis şöbəsinin komissarı mənə uzun və dolaşıq əhvalat danışdı. O indi hadisə yerindədir. Prokurorluqdan ora on birdən tez gəlməyəcəklər.
Həmişə belə olur: sakit bir gün keçirmək istəyirsən – gup! – nəsə peyda olur!..
– Gedək Lüka?
Əlbəttə artıq əməliyyat maşınını göndərməyə yer tapıblar. Xlor iyi verən metroda getmək lazım gəldi və üstəlik Meqre qəlyanını söndürməli oldu.
…De-Dam küçəsinin aşağı tərəfi Batinol küçəsinə çıxır. Günəş yandırır. Səkidəki xırda satış məntəqələrin-də tərəvəz, meyvə və balıq qalaqlarının dalında satıcılar oturub. Yəqin ki, qətl törədilən evə xeyli adam yığılıb, fürsətdən istifadə edən uşaqlar qaçışır, qışqırır. Adi yed-di mərtəbəli ev. Qapıda polis dayanıb.
– Komissar sizi yuxarıda gözləyir, müsyö Meqre… Dördüncücü mərtəbədə. Ay camaat nə dayanmısınız? Baxmalı nə var ki… Heç olmasa yolu kəsməyin, çəkilin!
Balaca, diqqət çəkməyən, belə desək vicdanlı adamların yaşadığı evdə nə cinayət ola bilər? Hansısa sevgi və qısqanclıq dramı? Axı görünüş bunun üçün də əlverişli deyil.
Dördüncü mərtəbə. Böyük qapı, dalınca mətbəx. Orda xeyli uşaq qışqırışır. Ya üç, ya da dörd nəfərdirlər – on iki, on altı yaş arası uşaqlar. O biri otaqdan qadın səsi:
– Jerar, bacınla işin olmasın, eşidirsən!..
Səs əsəbi və eyni zamanda yorğundur, həyatını heç nə üçün mücadilədə çürütmüş qadının səsi kimi.
Qapı açıldı və Meqre öldürülənin arvadını gördü. İndi Jerara qışqıran bu idi. Qadın Meqreyə baxdı və “bi-ri də gəldi” mənasında köks ötürdü.
Onun yanında sahə müvəkkili dayanmışdı. Meqre onun əlini sıxdı.
– Bu komissar Meqredir, – sahə müvəkkili izahat verdi. – Tədqiqatı o aparacaq.
– Hər şeyi təzədən danışım?
Həm qonaq otağı, həm də yemək otağı rolunu oy-nayan otağın bir küncündə radio, o biri küncündə pal-tartikən maşın qoyulmuşdu. Açıq pəncərədən küçədəki səslər eşidilir, mətbəx qapısı da açıqdır və ordan uşaqla-rın qışqırıq səsləri gəlir. Qadın qapını bağladı və səs kə-sildi, elə bil radionu söndürdülər.
– Belə şey ancaq mənim başıma gələ bilərdi. Otu-run, müsyö. Bəlkə nəsə içmək istəyirsiniz? Verim. Heç bilmirəm…
– Sadə və anlaşılan dillə baş verənləri danışın.
– Mən axı heç nə görməmişəm, nə danışacağam? Hələ də mənə elə gəlir ki, heç nə olmayıb. Həmişəki ki-mi, yeddinin yarısında o evə gəldi. Heç vaxt gecikməz-di. Gələn kimi də stola oturmağı sevirdi.
O ərindən danışırdı. Onların bir yerdə çəkilib böyü-dülmüş şəkilləri divardan asılmışdı. Qadının belə əzgin, yazıq görünməsi ərinin tragik ölümüylə bağlı deyildi. Şəkildə də elə görünürdü, elə bil bütün dünyanın yükü onun çiynində idi.
Ərinin isə bığları, kirşanlı yaxalığı diqqət çəkirdi. Onun üzü o qədər maraqsız idi ki, yüz dəfə görsəniz də ona fikir verməzdiniz.
– O yeddinin yarısı gəldi, pencəyini çıxartıb şkaf-dan asdı. Düzünü deyim ki, o, öz əşyaları ilə həmişə sə-liqəli davranardı… Səkkizdə Fransina gəldi, o işləyir, mən stolun üstündə onunçün yemək də qoymuşdum…
Yəqin ki, o bunları polis komissarı üçün danışıb. Amma lazım olsaydı, öz hekayəsini yeknəsəq səsilə və nəyisə unutmaq qorxusuyla yenə və yenə danışardı.
Onun qırx beş yaşı vardı, cavanlıqda yəqin ki, gö-zəgəlimli olub, amma o vaxtdan illər keçib, onu isə hər gün səhərdən axşamacan ev işləri məşğul edib…
– Moris sevimli yerində, pəncərənin qabağında oturdu… İndi sizin oturduğunuz yerdə. Bu onun kreslo-sudur… O kitab oxuyurdu, hərdən də radionun dalğası-nı tutmaq üçün dururdu…
Axşam saatlarında De-Dam küçəsində eyni işlə məşğul olan yüzlərlə kişi tapmaq olar – bütün günü iş-ləyən və indi pəncərə qabağında oturub kitab, ya da qə-zet oxuyan kişilər…
– Deməliyəm ki, o axşamlar heç yerə getmirdi. Yə-ni tək, bizsiz. Həftədə bir dəfə kinoya gedirdik, hamı-mız bir yerdə… Bazar günləri isə…
Hərdən danışığına ara verib mətbəxə tərəf boyla-nırdı. Bəlkə uşaqlar dava edir, ya da plitənin üstündə heç nə qalmayıb ki, yansın…
– Harda qalmışdım? Hə… Fransina – onun on yed-di yaşı var, Fransina gəzməyə getdi və on birin yarısı qa-yıtdı. Qalanları yatmışdı… Mən nahar hazırlayırdım, bu gün üçün, çünki bu gün dərziyə getməliydim… Aman Tanrı! Yadımdan çıxıb ona xəbər göndərim ki, gəlmə-yəcəyəm… O isə məni gözləyir…
Bunun özü də onun üçün faciə idi.
– Biz uzandıq… Daha doğrusu, biz yataq otağına girdik, mən çarpayıya uzandım… Moris həmişə məndən gec soyunurdu. Pəncərə açıq idi… Pərdələri də salma-mışdıq, bürkü idi… Üzbəüz evdən bizə heç kim baxmır-dı… Ora mehmanxanadır… Ora gələnlər tez yatır… On-lar pəncərədən baxmırlar…
Meqre elə sakit oturmuşdu ki, Lüka onun indicə yatacağından qorxurdu. Eyni zamanda Meqrenin qəlya-nı sıxmış dodaqlarının arasından hərdən tüstü çıxırdı.
– Nə danışım ki… Belə şey ancaq mənim başıma gələ bilərdi… Biz onunla danışdıq… Nədən danışdığı-mız yadımda deyil, amma o şalvarını çıxartıb qoyanacan danışdı… Onun əynində təkcə alt paltarı qaldı… Sonra corabını çıxardıb pəncəsini qaşımağa başladı, onun pən-cələri həmişə ağrıyırdı… Mən küçədən səs eşitdim… bi-lirsiniz necə… maşın səsinə oxşayırdı… yox, belə yox, belə, belə: f-r-r-f-r-r… Hə, hə, belə: f-r-r-f-r-r… Su krantından hava çıxanda gələn səs kimi… Burda fikir-ləşdim ki, Moris nə üçün sözünü yarımçıq kəsdi?.. Gün ərzində çox yorulduğum üçün beynim dumanlı idi… Deməli, o səsini kəsdi, sonra sakit və qəribə səslə dedi: “Əclaf!”. Mən çox təəccübləndim, çünki o, demək olar heç vaxt söymürdü… O elə deyildi. Mən soruşdum: “Nə olub sənə?” Bu vaxt gözlərimi açdım, axı bayaqdan göz-lərim bağlı idi və gördüm ki, o döşəməyə yıxıldı. Mən qışqırdım: “Moris!” Başa düşürsünüz, o heç vaxt özün-dən getməmişdi… Tam sağlam olmasa da heç vaxt xəs-tələnmirdi… Mən durdum… onu çağırıram… O isə xal-çanın üstündə uzanıb və tərpənmir… Mən onu qaldır-maq istəyəndə gördüm ki, onun köynəyində qan var… Mən Fransinanı çağırdım, böyük uşağımızı. Sizcə, atası-nı belə görəndə mənə nə desə yaxşıdır? “Ana, sən nə et-din?” – və aşağı qaçdı ki, zəng etsin. O qapıçını oyat-malı oldu.
– Fransina hardadır? – deyə Meqre soruşdu.
– Öz otağındadır… Geyinir… Gecə özümüzdə de-yildik, ona görə geyinməmişdik… Bağışlayın ki, bu gör-kəmdəyəm… Əvvəl həkim gəldi, sonra polis, sonra ko-missar…
– Bizi tək qoya bilərsiniz?
O əvvəlcə başa düşmədi.
– Gedin!
O mətbəxə getdi və yeknəsəq səslə uşaqların üstünə qışqırmağı eşidildi.
– Əgər on beş dəqiqə də belə keçsəydi, mən gic olacaqdım. – deyən Meqre pəncərəyə yaxınlaşdı ki, tə-miz hava udsun.
Bu qadında qəribə bir şey var idi ki, nə olduğunu izah etmək çətindir. O, əhatə dairəsinə pis təsir edirdi və hətta pəncərədən düşən gün işığı da onun təsirindən solğunlaşmışdı.
– Yazıq!..
Öldüyü üçün yox, yaşadığı üçün!
– Onun adı nə idi?
– Tramble… Moris Tramble… Qırx səkkiz yaş… Arvadı dedi ki, Santye küçəsindəki hansısa ticarət fir-masında kassir işləyib… Hə… Yazmışam… “Kuvrer və Belşas”… Bilirsiniz… – polis komissarı davam edirdi. – Əvvəl elə fikirləşdim ki, onu arvadı öldürüb… Amma qarışdırdım, məni axı yerimdən durğuzmuşdular, elə tə-zə yatmışdım… Burda isə… Uşaqlar hamısı birdən danı-şır, o onların üstünə qışqırır ki, səslərini kəssinlər, eyni şeyi iyirmi dəfə təkrar edir – hamısı da demək olar ki, sizinçün danışdığı kimi. Mən də bu qərara gəldim ki, ya onda bir az çatışmır, ya da tamamilə dəlidir. Bu yandan da mənim briqadirim onu sorğu-sual etməyə başladı, dolaşdırmaq istəyirdi. O deyir: “Mən onu soruşmuram, soruşuram ki, ərinizi nə üçün öldürmüsünüz?” O deyir: “Nə üçün?.. Mən onu nə üçün öldürməliydim ki?..” Pil-ləkanda qonşular yığışdı… Həkim tezliklə rəyini yazıb gətirəcək. O məni inandırdı ki, üzbəüz pəncərələrin bi-rindən atəş açıblar… Mən əməkdaşlarımızı “Ekselsior” mehmanxanasına göndərdim.
Meqreninsə beynində eyni sözlər fırlanır:
“Yazıqları öldürmürlər…”
Həm də ikinəfərlik çarpayının qırağında, əynində alt paltarı oturub ağrıyan pəncəsini qaşıyan yazıqları!
– Orda nəsə aşkarlaya bildiniz?
Meqre diqqətlə “Ekselsior” mehmanxanasının pən-cərəsinə baxırdı. Aşağıda asılmış qara lövhədə yazılmış-dı: “Aylıq, həftəlik, günlük nömrələr. İsti və soyuq su.”
Yazıqlıq orda da var idi. Eynilə Tramblenin evində, yaşadığı mənzildəki kimi. Amma bu hər hansı dram üçün əlverişli yazıqlıq deyildi.
– Mən dördüncü mərtəbədən başladım, ordakılar yatmışdılar. Onları narahat etməli olduq. Təsəvvür edirsiniz, necə səs-küy yarandı? Oranın sahibi bizi təh-did edirdi ki, şikayət edəcək. Bu vaxt ağlıma gəldi ki, beşinci mərtəbəyə də baxım, o üzbəüz pəncərəyə. Orda heç kim yox idi, amma otaq bir həftədir ki, Jozef Dam-bua adlı biri tərəfindən kirayələnib. Qapıçıdan soruşan-da dedi ki, gecəyarısından bir az əvvəl qapıdan birini buraxıb. Amma kim olduğunu bilmir…
Meqre nəhayət ki, yataq otağına girmək qərarına gəldi. Meyit hələ də yerdə idi, başı xalçanın üstündə, ayaqları boş döşəmədə…
– Belə görünür, güllə düz ürəyinə dəyib və dəyən kimi də ölüb… Məncə həkimi gözləmək daha yaxşı olar, gülləni o çıxartmalıdır. O prokuraturanın əməkdaşları ilə deyilən vaxtda gəlməlidir…
– Saat on birdə… – Meqre hirslə dilləndi. Hələ on birə on beş dəqiqə işləyirdi.
Küçədə alverçilər alver eləyirdi, bürkülü havada isə meyvə və göyərti iyi hiss olunurdu.
“Yazıqları…”
– Ciblərini yoxlamısınız?
Onsuz da görünürdü ki, yoxlayıb – stolun üstünə səliqəsiz şəkildə kişi paltarları tökülmüşdü, amma arva-dı deyirdi ki, o öz əşyaları ilə səliqəli davranırdı.
– Hər şey burdadır… Portmanat… Siqaret… Alış-qan… Açarlar… Portmanatda yüz frank və uşaqların şəkli var…
– Qonşular nə deyir?
– Uşaqlar evdəkilərin hamısını sorğu-sual ediblər… Tramblelər bu mənzildə iyirmi altı ildir ki, yaşayırlar… Uşaqlar olandan sonra daha iki otaq tutublar… Başqa deməli heç nə yoxdur da… Adi, sakit həyat sürüblər… Heç bir əhəmiyyətli hadisə olmayıb… Hər il məzuniy-yətdə iki həftəlik Tramblenin vətəninə, Kantala gedib-lər… Tramblenin bacısının nadir gəlişləri sayılmazsa, onlara heç kim gəlib getmirmiş… Tramble evdən hər gün eyni vaxtda çıxırdı. İşə metronun Vilyer stansiya-sından gedirdi. Birin yarısı qayıdırdı, bir saat sonra yenə gedirdi və axşam yeddinin yarısı qayıdırdı…
– Yalandır! – Meqre istəmədən dedi. Doğrudan da yalandır. Heç bir mənası olmayan cinayət. Heç nə oğur-lamayıblar… Heç oğurlamağa da çalışmayıblar… Amma təsadüfi ölüm də deyildi. Əksinə. Onu dəqiqliklə hazır-layıblar: üzbəüz mehmanxanada otaq kirayələyiblər, sil-ah tapıblar, çox güman ki, pnevmatik silah…
Bu təsadüf deyildi. Və heç bir yazığa görə belə işə getmirlər… Hə, amma Tramble elə yazıqlardan idi ki, haqqında danışanda adını da çəkmirlər, “kimsə” deyir-lər…
– Siz prokuraturadan gələn adamları gözləmirsiniz?
– Onlar gələnəcən mütləq qayıdacağam. Xahiş edi-rəm qalın, onları işlə tanış edin…
Divarın dalında yenə qışqırdılar, təxmin etmək çə-tin deyildi: madam Tramble uşaqlarıyla mübarizə apa-rırdı.
– Onun neçə uşağı var?
– Beş… Üç oğlan, iki qız… Oğlanlardan biri bu qış plevrit olmuşdu, indi kənddədir, babasıgildə… Onun bu yaxınlarda on dörd yaşı olacaq…
– Gedək, Lüka?
Meqre indi madam Trambleni görməyi və “belə şey ancaq mənim başıma gələ bilərdi” sözlərini eşitməyi heç istəmirdi.
Meqre bir-birinin dalınca açılan və pıçıltı eşidilən qapıların yanından keçə-keçə ağır-ağır pilləkanları dü-şürdü. Meqre istədi ki, tindəki bara girib şərab içsin, amma ora prokurorluqdan gələcək məmurları maraqla gözləyən adamlarla dolu idi və o, Batinol küçəsinə get-məyi üstün tutdu, orda hələ heç kim gecəki hadisədən xəbərdar deyildi.
– Nə içəcəksən?
– Sən “Ekselsior”dakı adamla maraqlan… Yəqin ki, orda çox şey öyrənə bilməyəcəksən, çünki belə hadisəni onun törətdiyi kimi törətmək, bu… Ey, taksi!..
Mühasibatlıqda daha pisdir. Metroda bişmək və ya dayanacaqda avtobus gözləmək üçün çox isti idi.
– De-Dam küçəsində görüşərik… Ya da, yaxşısı na-hardan sonra sahil küçəsində…
Yazıqları öldürmürlər, lənət şeytana! Öldürəndə də tək-tək yox, dəstə-dəstə, müharibə və ya qırğın törət-məklə öldürürlər. Əgər yazıq biri intihar etmək istəsə, çətin ki, bunun üçün pnevmatik silah tapar və özünü əynində alt paltarı, çarpayıda oturub pəncəsini qaşıyan-da vurar.
Əgər Tramble Kantaldan olmasaydı, hansısa çoxiş-lədilən xarici adlardan birini daşısaydı, onda fikirləşmək olardı ki, o, hansısa təxribat qrupunun üzvüdür…
Amma o öldürülməli adama da oxşamırdı. Siması uyğun deyil, tapmaca da elə bundadır! Bəs quruluş? Bu mənzil, arvad, beş uşaq, əynində alt paltarı olan ər, “f-r-r-f-r-r” səsiylə uçan güllə…
Taksinin üstü açıq idi və Meqre hərdənbir çiyinləri-ni çəkə-çəkə qəlyanını tüstülədirdi. Bir anlıq madam Meqreni fikirləşdi. “Yazıq!” deyəcək və köks ötürəcək. Kişi öləndə qadın qadının halına acıyır.
– Yox, nömrəni bilmirəm… Hə, Santye küçəsi… “Kuvrer və Belşas”…
Yəqin ki, gözəgəlimli bina olar. Min səkkiz yüz ne-çənci ildəsə tikilmiş ticarət evi…
O başa düşə bilmirdi və bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi…
Santye küçəsi adamlarla və maşınlarla dolu idi. Sü-rücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızı-lı hərflərlə yazılmış “Kuvrer və Belşas” sözlərini gördü.
– Məni gözləyin. Tez qayıdacağam.
Əslində heç bilmirdi tez qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının mə-zuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş tutmadığı halda necə də çaşdır-mayaydı!