Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Камал Абдулла. Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi
Ön söz
Laokoon… Laokoon…
Tanış və yad sonsuz lüğət
“Xətircəm gedin, Vaqif müəllim”
Bənövşəyi şarf
Sayrışmanın tərəfləri
Laokoon… Laokoon…
Vaqif və qırx quldur
Zoğal mürəbbəsi
“Fotoqraf adam deyil?!”
Sevilya. “Əlqəzər” qəsri
Boşluqlardakı Beyrək
Zərif kəpənəklər
Yenə tanış “Şəbəkə”
“Gecən xeyrə, Buğacım…”
“Heç kim… heç kim… heç kim…”
Sevgi var isə, deməli, qısqanclıq da var imiş…
“Nisə xala dəli olub…”
Qısqanclıq və sevgi
Təpəgözün etirafı
“Kafirin casusu casusladı…”
Şah-bənzər (Xızır)-Lələ
“Qızların yanına getmək istərəm!”
“Qara başım qurban olsun sənə…”
Отрывок из книги
Umberto Eko (Yazıçı, filosof, ədəbiyyatşünas, İtaliya): “Yarımçıq əlyazma” romanı cəlbedicidir, amma onu çimərlikdə oxumaq olmaz.
Franko Kardini (Filosof, ədəbiyyatşünas, İtaliya): “Sehrbazlar dərəsi” əsərini birinci səhifədən sonuncu səhifəyə qədər dayanmadan oxudum. Romanı oxuduqdan sonra bütün gecəni nə gözümü, nə də ruhumu kitabdan ayıra bilmədim. Bu roman sanki hər birimizin dəruni avtobioqrafiyasıdır.
.....
Tehran Əlişanoğlu (Ədəbiyyatşünas, tənqidçi): Sözsüz ki, Kamal Abdulla özünün “Bermud üçbucağı” adlandırdığı “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanları ilə ədəbiyyatımıza yeni roman tipi gətirmişdir. Müasir tematikada yazdığı son iki: “Sirlərin sərgüzəşti” və “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanlarını yazıçının “Bermud üçbucağı”nı daha da dərinləşdirmək, əlavələr, şərhlər yazmaq, oxucunu daha da sirlər aləminə çəkmək cəhdi kimi dəyərləndirirəm. “Laokoon…”da özü işarə verir: “bir romanın “gerçək” yazılma tarixçəsi”; və baxıb-görürük ki, söhbət “Yarımçıq əlyazma”nın ərsəyə gəlməsindən gedir. Əlbəttə, düşünmürəm ki, bu roman “Yarımçıq əlyazma”ya aparan yeganə yolu göstərir; olsa-olsa “tarixçə” yazıçının təklif etdiyi versiyadır və bu ətrafda oxucunu “Bermud üçbucağı”nın daha da dərinlərinə çəkmək üsuludur. Prinsipcə, “Laokoon…” müasir sevgi romanı kimi də maraqla qarşılana bilər; Vaqif adlı bir alim-yazıçının Firəngiz adlı bir xanımla psixoloji çalarlarla zəngin münasibətləri üzərində qurulmuş sevgi romanı. Amma yazıçı sadəcə belletristika nümunəsi ilə kifayətlənməyib, oxucunu qəhrəmanı Vaqifin antika ilə çulğalaşmış alim və yazıçı dünyasına şərik etmək niyyəti güdür; çünki özünü də bu sirli-sehrli dünya çox məşğul edir…
Məncə, Kamal Abdulla Laokoon motivini heç də təsadüfən romana kodlardan biri kimi daxil etməyib. Bu, sadəcə Vaqifin dərk etməyə çalışdığı və Dədə Qorqud dünyasında da paradiqmlərini axtardığı düyün nöqtəsi deyil, həm də Kamal Abdullanın sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə məqamıdır. Lessinqin məşhur “Laokoon, yaxud təsviri sənətlə poeziyanın sərhədləri” əsərindən də bilirik ki, bu antik mif hər dövrdə sənətin izahı, sənət görüşlərinin ifadəsinə bir vəsilə olubdur.
.....