Описание книги
Evsiz Ben ilbizlər dünyasında digərlərindən fərqlənir. İlbizlərin dünyasında hər kəsin belində daşıdığı bir evi var. Külək əsəndə, yağış yağanda sığına bilirlər. Amma Evsiz Benin evi yoxdur. O niyə belə olduğunu hey özünə sual verir, araşdırır, amma cavabını tapa bilmir. Nəhayət evini axtarmağa başlayır. Bu səyahətdə onu nə gözləyir? Qeyri-adi macəralarla qarşılaşan Ben evini tapa biləcəkmi? Oxucu bu macərada onunla gəzəcək, suallar verəcək və dünyanı kəşf edə biləcək.