Albaniya və Azərbaycandakı Albanlar
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Əli Şamil. Albaniya və Azərbaycandakı Albanlar
Əli Şamilin vətəndaş-ziyalı hesabatı
Qısaltmalar haqqında
Tanıtma
Albaniya: bildiklərim, gördüklərim
Albaniyaya getməyə nədən can atırdım
Tiranaya yolçuluğum
Tomor baba necə Abbas Əli pirinə çevrilib
Ənənə və müasirlik arasında: İmam Əli dünyası mövzusunda simpozium
Simpoziumda tanış olduğum Əli Heydər Bayat
Məzahir Avşarla görüş
Entela Muço ilə tanışlıq
Entela Muçonun ömür yolundan bəzi səhifələr
Entela Muçonun Azərbaycanla bağlılığı
Tiranada Novruz bayramı
Təbrizli operatorun tutulması
Albaniyada dinə münasibət
Təbrizli operatoru qurtarmaq üçün cəhd
Əkrəm Kokalarinin xatirələri və Entela xanımın verdiyi tarixi bilgilər
Osmanlı dövlətində məşhurlaşan albanlar
Albaniyanın azadlığı: qazancları və itkiləri
Tiranadan Yorga Kostriota – Skender bəyin Krujaya qalasına yolçuluğumuz
Dıraç şəhərinin abidələri
Arnavut Əhməd Triniç özkeçmişində nələri gizlədib?
Rəsul Rza hansı şeirində kürəndən söz açıb?
Əhməd Triniç haqqında oxuduqlarım, eşitdiklərim
Əhməd Triniçin KGB arxivindəki istintaq işi
Uşaqlığı və gəncliyi
Hərbi xidməti və əsirliyi
Əhməd Triniç Bakıya gələnədək Azərbaycanın ictimai-siyasi durumu
Əhməd Triniç və Məhəmmədəmin Rəsulzadə
Müsəlman hərbi məktəbinin müəllimi
Əhməd Triniçi giritli Həsən Ruşeni Barkın nədən öldürmək istəyirmiş?
Quba qəzası
Əli bəy Zizikski niyə Əhməd Triniçi ölümdən qurtarıb?
Əhməd Triniç Bakı Sovetinin əsgəri birliklərinə qarşı
Gelovaninin cəza dəstəsi Quba qəzasında
Qubada Hamazasp (Amazasp) Srvandzyanın törətdiyi qırğın
Əhməd Triniç və Qarabəy Qarabəyov
Əhməd Triniç Gəncədə
Əhməd Triniç ikincə dəfə Qubada
Əhməd Şükrü Paşa Əhməd Triniçdirmi?
Quba-Xaçmazın təmizlənməsində Əhməd Triniçin rolu
Əhməd Triniç və Levan Qoqoberidze
Əhməd Triniç və Lazar Biçeraxov
Əhməd Triniç və Viktor Naneyşvili
Əhməd Triniç və Lavrenti Beriya
Əhməd Triniç və Mir Cəfər Bağırov
Muhittin Birgen Əhməd Triniç haqqında
Əhməd Triniçin jurnalistlik fəaliyyəti
Əhməd Triniç rəhbər vəzifələrdə
Partiyadaxili qruplaşmaların Əhməd Triniçə təsiri
Əhməd Triniç və bacısı Nemət Kamal
Əhməd Triniçn ailəsi
Əhməd Triniçin həyatına son qoyan həbs
İ.K.Əfəndiyev Əhməd Triniç haqqında
İsmail Hikmet Ertaylan
Halil Fikret Kanad
İ.K.Əfəndiyevin Əhməd Triniç haqqındakı ittihamları
Əhməd Triniç intihar edib, yoxsa onu öldürüblər?
Sonuç
Qaynaqlar
Nafiə Abid-Tanurun amerikadaki və türkiyədəki nəvələri
Amerikadan gələn məktub
Əmin Abid haqqında ilk bilgim
Hüseyn Nəcdətin ailəsindəki arxiv
Arxivin dövlət təşkilatına aparılmasında Qulam Məmmədlinin rolu
Əmin Abidin qohumlarının axtarışında
Əzizə Cəfərzadənin xatirələri
Qasım İsmailov küçəsində, Əmin Abidin yaşadığı evdə
İnna ilə görüş
Əmin Abidin ilk dövr yaradıcılığı haqqında qısa bilgi
Əmin Abidin Sovet dövrü yaradıcılığı
Nafi ə Abidlə bağlı axtarışlarım
Nafiə Abidin həbsi və sənədlərdə onun ömür yolu
KQB müstəntiqi nədən Nafiə Abidin qohumu, Türkiyə Milli Məclisinin rəhbəri Abdulhaluk Renda ilə maraqlanırmış?
Abdulhaluk Renda haqqında qısa bilgi
Akmola repressiya muzeyindən Aida Eyvazlının bir məqaləsi
Əmin Abidlə Nafiə xanımın evlilik tarixi
Nafiə Abidin bədii yaradıcılığı
Türkiyədə Nafiə Abidlə bağlı axtarışlarım
Nafiə Abidin nəvəsi Kutay Aslantürklə yazışma
Nafiə xanımın nəvəsi Çağatay Tanurla yazışma
“Savablarımızı və günahlarımızı yazan” sosial şəbəkə
Amerikada da “525-ci qəzet”i izləyirlər
Simpoziumlara getmə səbəbləri
Doğumunun 120 illiyində Əmin Abidin xatırlanması
Kutay Aslantürkün İstanbula gəlişi
Nafiə Abidin gəlini
Gəlininin Nafiə Abid haqqında söylədikləri
Süleyman Sabunçuoğlunun şam yeməyinə dəvəti
Kutay Aslantürk atası ilə anasının ayrılması haqqında
Kutay Aslantürk ailələrinin xarici ölkədə yaşamağa getmələri haqqında
Kutay Arslantürk atası Altayla keçirdiyi günlər haqqında
Seyid Yahya Bakuvinin davamçıları sayılan cerrahilər təriqəti
Kutay Arslantürkün Amerikadan Türkiyəyə köçmək istəyi
Qaynaqlar:
İsmail Farka haqqın qalib gələcəyini görmədən dünyasını dəyişdi
Hökumətlərarası münasibətlərin pisləşməsinin insanların taleyinə təsiri
Alban İsmail Farka nı KQB necə Şəmsəddin Mehdiyevə çevirir
Alban İsmail Farka Bakıdakı Respublika Ruhi Xəstəxanasında
İsmail Farka və Azərbaycan dissidentləri
Azərbaycanda Milli Azadlıq mübarizəsi İsmail Farkanı dəlixanadan çıxardı, lakin…
Onu ölməyə qoymayan ümid
Qaynaqlar:
Nəşr edilmiş kitabları
Tərtib etdiyi kitablar
ƏLİ ŞAMİL HÜSEYN OĞLU (ŞAMİLOV)
Отрывок из книги
Daima yeni axtarışlar və tapıntılarla müşayiət olunan Əli Şamilin tədqiqatçılıq fəaliyyəti yalnız Azərbaycanın deyil, bütövlükdə türk xalqlarının ədəbiyyatşünaslıq tarixinin inkişafına təkan verir. Onun son illərdə yazdığı “Tanıdığım insanlar” (2000), “Dastanlaşmış ömürlər” (2001), “Quzey Kıbrıs” (2001), “Burulğandan çıxmaq mümkündürmü” (2001), “Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı” (2011), “Qırım sevgisi” (2012), “Axısqalı Xəstə Hasan” (2012), “Türkçülüyün qurbanları” (2013), “Colan türkmanları” (2014) və başqa bu kimi fundamental kitabları, eləcə də beş yüzdən çox elmi-publisistik məqaləsi sözün əsil mənasında fədəkarlıq nümunəsidir. Fikrimizcə, bütün bunlar Əli Şamilin yalnız Azərbaycan oxucuları qarşısında deyil, həm də ümumtürk ziyalıları qarşısında verdiyi vətəndaş-ziyalı hesabatıdır. Cəsarətlə demək olar ki, onun türk xalqlarının ədəbi-mədəni irsinin öyrənilməsi, tədqiqi, nəşri və tanıdılması istiqamətində gördüyü işlər bir institutun gördüyü işlərə bərabərdir.
Əli Şamil istər Azərbaycan, istərsə də türk-müsəlman xalqlarının ədəbiyyat və mədəniyyət tarixinin əsasən arxivlərdə, qəzet və mətbuat səhifələrində, cünglərdə qalan geniş kütlənin əli çatmayan materialları üzə çıxarıb, təhlil edərək oxucuya çatdırır. O, bir çox məsləkdaşları kimi türkdilli xalqların intellekt düşüncə tərzini əlyazma kitabdan çap kitaba çevirməklə onlar arasındakı elmi-ədəbi, mədəni bağların daha da möhkəmlənməsinə yardım edir. Bütün bunlar əsas verir deyək ki, o, ədəbiyatşünaslığa internetdən və kabinetdən deyil, ictimai həyatın özündən, müxtəlif xalqların kitabxanalarından, dövlət və ailə arxivlərindən gəlir. Maraqlıdır ki, Əli Şamil tədqiqatlarında arxiv yaddaşı ilə ictimai yaddaş (xatirələr) arasında bir əlaqə yaradır. Lakin buna baxmayaraq o, bu materialları mütləq həqiqət və ya ehkam kimi təqdim etmir. Onları bir neçə mənbə, eləcə də ünsüyətdə olduğu ziyalılardan əldə etdiyi bilgilərlə tutuşdurduqdan, təqdim edəcəyi fikirlərin (hətta faktların) doğruluğuna tam əmin olduqdan sonra oxucunun ixtiyarına verir. Başqa sözlə desək, Əli Şamil tədqiqatlarının predmetinə çevirdiyi hər hansı bir mövzunu dərindən öyrəndikdən, problemi faktlı, predmetli və konseptual şəkildə təhlil sücgəcindən kecirdikdən sonra oxucunun mühakiməsinə verir. Elə bu səbəbdən də, onun coxillik elmi yaradıcılığı, həmişə və hər yerdə, sanballı (həm də etibarlı) bir mənbə kimi tədqiqatçıların diqqətini cəlb edir.
.....
Filmdə bəktaşilərin bütün din və inaclara qarşı xeyirxah, açıqürəkli, səmimi və comərd olduqları təbliğ edilir.
Sənədli filmdən sonra Dünya Bəktaşilərinin Baş Dədəsi Edmond Brahimay (İbrahim) simpozium iştirakçılarını, qonaqları, nazirləri və prezidenti salamladı. Dünyadakı bəktaşilərin bugünkü vəziyyətindən, onların Həzrət Əliyə olan sevgisindən, Həzrət Əli ideyalarını yaşatmalarından, bu ideyanın dünyaya sülh və əminamanlıq, bolluq və bərəkət gətirəcəyindən söz açdı. Sonra ATƏT-in Albaniyadakı böyük elçisi Bernard Borcharda, Albaniya Müsəlmanları Komitəsinin sədri Skendern (Biz “İskəndər” kimi tələffüz edir və yazırıq – Ə.Ş.) Bruçaya, Albaniya Dini Qurumlarla İş Komitəsinin sədri Loreta Arikaya çıxış etdi. Açılış toplantısının sonunda Albaniya prezidenti İlir Meta danışdı. Bu mənim diqqətimi çəkdi. Çünki keçmiş Sovetlər Birliyində daha yüksək vəzifəlilərə toplantının önündə söz verilməsi bir protokol qaydasına çevrilmişdi.
.....