Parçalanmış Türküstanı gəzərkən
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Əli Şamil. Parçalanmış Türküstanı gəzərkən
TÜRKÜSTAN YAŞANTILARI
ÖN SÖZ
ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?
Göyçə gölünün oxşarı Isık göl
Yaxın keçmişimizdən unuda bilmədiklərim
Viza rejimi Türkmənistana nə qazandırır?
Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb
Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu
Qazaxıstan sərhəddində Qırğız paytaxtı
Ata-Beyit memorial kompleksi
Balasaqun xarabalıqlarını və Burana minarəsini ziyarət
Isık göl vilayəti
Isık göl əfsanəsi
Isık gölün gizlinləri
Ornekdən Almatıya gedən yol
Ruh Orda muzey kompleksində
Karakola doğru
Karakol şəhəri
Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu
Sayılı daş – səma altında açıq muzey
Geri dönüş
Hava limanında
SÜRGÜN OLUNANLARIN SORAĞI İLƏ
Xəstə Qasımın birbağlamasının doğurduğu mübahisə
40 il Xəstə Hasan axtarışında
Almatıda Jeltoksan üsyanı
Bakıda və Almatıda çap olunan Xəstə Hasan kitabları
Ədəbiyyat və İncəsənət İnstitutunda
Toyda kitab təqdimatı
“Qızıl adam”ın ziyarətində
Qazaxıstan səfərinin sonu və ya “Son söz” əvəzi
ƏHMƏD YƏSƏVİ YURDUNDA TÜRKOLOJİ KONQRES
Filipp Qoloşyokin və onun “Kiçik Oktyabr inqilabı” planı
Uzun yolçuluğumuz
Konqrenin ilk günü
Əhməd Yəsəvini tanıdan Əmin Abid
Əhməd Yəsəvi və onun türbəsi haqqında rəvayətlər
Konqrenin ikinci günü
Özbək dilini ortaq türk dilinə çevirmək istəyən ideoloq
Çimkəndli Axısqa türkləri
Türküstanda Xocalı soyqırımı abidəsi
Sırdərya (Seyhun) sahilində
Sırdərya sahilində
“KOROĞLU” DASTANI MÖVZUSUNDA SİMPOZİUM İSTƏYİM
Daşoğuzda “Koroğlu” konfransı
Özbəkistana yolçuluq planım
Azərbaycanın Türküstanda mədəniyyət elçisi
Til və Ədəbiyyat İnstitutunda
Şərqşünaslıq İnstitutunda
Köhnə tanışla ilk görüş
Ğulam Kariminin evində
Koşkurqan qışlağına doğru
Xalid Səid Xocayevin kəndində
Xalid Səid Xocayevin ata ocağında
Repressiya qurbanı Elbəyin qışlağına doğru
Ürgəncdə “toxum” yeyib “dəmlən”dim
Xivədə Nəsiminin “cəlladı” ilə görüş
“Koruntayaq” – qarın ayaq. Bizim baş-ayaq dediyimiz xörəyin oxşarıdır
Köhnə və Yeni Ürgənc haqqında Jumaboyın söhbəti
Xarəzm dastanları mövzusunda Saparbayla söhbət
Çəmənzəminlinin işlədiyi universiteti görmək həvəsim
Hoteldə qala bilmədim
Rektorla açıq söhbət
Qarpızın pulunu çora verdim
Sərhəd-keçid məntəqəsində qalmaqal
Bizi arağa qonaq edən kənd imamı
Aşqabaddan gələnlərin qarşılanması
Plenar iclas
Bölmə iclasları
Təhlükəsizliyimizə cavabdehlər, yoxsa bizi güdənlər
Köhnə Ürgəncə gedə bilmədik
Hakimin Elçibəyin adını çəkməsinə heyrətləndim
Bu dəfə də Özbəkistan sərhəddində…
Daşkənd bazarında qurud
Tapçanda çay içə-içə şairlərlə söhbət
Daşkənddə Qarabağ komitəsi
Jurnalist-tərcüməçi Rüstəm Cabbarovla görüş
Özbəklərin toy plovu
Daşkənddəki qohumum
“Jahon adabiyoti” jurnalında
“Düşmən”lərinə heykəl qoyan özbəklər
Milli lider, mətin siyasətçi həbsxanada yetişir
Gömrük işçiləri ilə mübahisə
Boluda Koroğlu simpoziumunda
QƏDİM MƏDƏNİYYƏT BEŞİYİ TERMEZİN BU GÜNÜ
Termez deyiləndə yadıma düşənlər
Termezin məşhur alimləri
Əbu İsa Məhəmməd Tirmizi
Hakem ət-Tirmizi
Seyyid Burhanəddin
Termezdə baxşı-aşıq sənəti festivalı
Surxandərya vilayəti
Dostlarla görüş
Simpoziumun gedişi
Fayaz təpə Budda məbədi
Taşkul Cumayev: Siz bizim qardaşımızsınız
Metin Ekici “Kitabi-Dədə Qorqud” dastanının yeni boyu haqqında
Hakem ət-Tirmizi parkının tikanlı məftilləri
Todur Zanetlə birlikdə səfər
Yaltaqlığı qanunla da aradan qaldırmaq olmur
Qırx qız qalası
Narbənd ağacı yalnız Naxçıvandamı bitir?
Konsertdə Azərbaycan bayrağı
Bələdçimiz Cəlal Rəhimov
Əkbər Qoşalının dostları
Azərbaycandan gedən kollektivin ikinci yeri tutması bizi sevindirdi
AŞQABADA: MƏDƏNİ İRS KONFRANSINA
Tələbə elmi cəmiyyətindən başlanan yol
“Türkmənistanını qara gətirərəm”
İpək yolu Türkmənistansız işləməz
Xəzərdən doğan günəş
Şahların həsəd aparacağı taxt
Xor oxuyan nazirlər
Plenar iclasın ikinci hissəsi
Konfransda Rusiyanın ağırlığı
Konservatoriyanın prorektorunun evində qonaqlıq
İşsizliyin aradan qaldırılmasının Türkmən variantı
Mənim türkmən qardaşım
Türkmən televiziyasında
Dil və Ədəbiyyat İnstitutunda
Konfrans günlərində tanış olduğum alimlər
Folklor şöbəsində
Aşqabaddakı azərbaycanlılar
Türkmən və Azərbaycan məscidlərində
Memar Arif Zeynalovun narazılığı
Türkmənbaşının hədiyyələri
Göytəpə faciəsi
Geri dönüş
Türkmənistan haqqında düçüncələrim və ya yazıma son söz
Отрывок из книги
Bir zamanlar yer üzünün böyük bir coğrafiyasına hakim olmuş, çoxlu sayda imperatorluqlar, dövlətlər, xaqanlıqlar yaratmış türklərin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, gələnəkləri, çağdaş həyatı ilə bağlı məsələlərin araşdırılması, təhlil edilməsi, çeşidli yönlərdən dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Ancaq nə yazıqlar ki, bunca zəngin tarix yaratmış türk soyunun yüzillər boyu özünə qarşı sərgilədiyi biganəlik bu gün də davam etməkdədir.
Türk xalqlarının ağrılarını, dərdlərini öz araşdırmalarında daim gündəmə gətirən Əli Şamilin “Parçalanmış Türküstanı gəzərkən” adlı kitabı böyük zəhmət hesabına yaranmış bir əsərdir. Çünki bu kimi əsərlər sadəcə kitabxanalarda, arxivlərdə, bəlli qaynaqlar əsasında yazılmır, tarixinə, soykökünə sevgi, özəl bilgilərə yiyələnmək ehtiyacı doğurur, həmçinin tədqiqat obyektinə çevrilən hadisələrin canlı şahidi olmaq tələb olunur.
.....
Mədəni maarifdən söz düşmüşkən, onu da deyim ki, bu gün Qırğızıstan universitetlər ölkəsinə çevrilib. Yalnız Bişkek şəhərində 52 universitet var. Onlardan 31-i dövlət tərəfindən maliyyələşir, 21-i özəldir. İlk baxışda təəccüblü görünür: kasıb və kiçik bir ölkədə bu qədər universitet nəyə lazımdır? Axı ölkədə bu qədər tələbə ola bilməz! Universitetlərdə qırğız tələbələrlə yanaşı, Əfqanıstan, Pakistan, Banqladeş, hətta Vyetnamdan və başqa yoxsul ölkələrdən gəlmiş minlərlə gənc təhsil alır. Təhsil haqqı da elə ucuz deyil. Tələbələrin böyük əksəriyyətinin ailəsi o qədər pulu ödəyə bilməz. Ona görə də imkansız tələbələrin xərclərini beynəlxalq təşkilatlar ödəyir.
Xarici tələbələrlə əhalinin müəyyən təbəqəsi arasında hərdən xırda ziddiyyətlər olsa da, gəlmələrin ölkədə dinc və rahat yaşamasına normal şərait yaradılıb. Bu da kasıb ölkənin iqtisadiyyatına kömək olmaqla yanaşı, elmi potensialın güclənməsinə də təkan verir. Xarici ölkələrdən gələn tələbələr tibb universitetlərində oxumağa meyllidirlər. Onların istəyinin reallaşması üçün ölkədə tibb sahəsində çalışan alim-pedaqoqların sayı artırılıb. Bu da yaxın gələcəkdə Qırğızıstanda tibb sahəsində böyük irəliləyişlər olacağından xəbər verir.
.....