Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Ələsgər Siyablı. Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan
GİRİŞ
I FƏSİL. Turan və Türklər
II FƏSİL. Tarixdə İran-Turan savaşları və İran dövlətinin mənşəyi məsəlsi
III FƏSİL. Fars və Ərəb dilli qaynaqlarda Əfrasiyab
IV FƏSİL. Firdovsi Türkinin Süleymannaməsi və Əfrasiyaba həsr olunmuş “Destani Cengi Ahengi Efrasiyabi Türk” əsəri
V FƏSİL. Avesta və Şahnamədəki əfsanələrin Turani mənşəyi haqqında
VI FƏSİL. Zərdüşt Peyğəmbər və Turan
VII FƏSİL. Sakistan Sakları və Farslar arasında mübarizə
VIII FƏSİL. Əfrasiyab-Alp Ər Tonqa tarixi şəxsiyyət kimi
IX FƏSİL. Əfrasiyab adının mənası və Əfrasiyabın qurduğu şəhərlər
X FƏSİL. Turan və Türk adlarının izahı
XI FƏSİL. Sak etnoniminin izahı və Türk Saklar
XII FƏSİL. Əfrasiyab və Sak Dövləti
XIII FƏSİL. Oğuz Xan, Saklar və Əfrasiyab
XIV FƏSİL. Qədim Oğuzlar və Ön Asiyadaki izləri
XV FƏSİL. Əfrasiyab, Oğuz Xan və Azərbaycan
XVI FƏSİL. Madaylar və Əfrasiyab
1. Madayların etnik mənşəyi, dilləri və tarixi haqqında
2. Əfrasiyab Midiya turan dövlətinin hökmdarı kimi
XVII FƏSİL. Əfrasiyab və Uyğur Türkləri
XVIII FƏSİL. Oğuz Xan, Əfrasiyab və Hunlar
Son söz əvəzi
İstifadə olunmuş ədəbiyyat siyahısı
Отрывок из книги
Turan ön türklərin təşəkkül taparaq tarix səhnəsinə qədəm qoyduqları ata yurdları, onların ölkəsi və bu ərazidə yaratdıqları qüdrətli dövlətin adıdır. Turan tarixi təkcə türklərin deyil, bütövlükdə bəşər tarixinin ən qədim və əzəmətli dövrünü təşkil edir.
Ölkə və dövlət adı olaraq Turan anlayışını yalnız Avesta, Firdovsi və onun Şahnaməsi və digər irandilli əsərlərdə öz ifadəsini tapmış əfsanələrlə əlaqələndirilməsi nə elmi, nə də ki tarixi gerçəkliyi əks etdirmir. Tarix, dilçilik, antropologiya elmlərinin inkişafının geniş imkanlar yaratdığı müasir dövrdə bir çox bilim adamları hələ də avropasentrist ideologiyasının təsirindən xilas ola bilməyərək qədim Turanı və öntürk turanlıların mövcudluğu haqqında tarixi gerçəkliyi qəbul etməkdə tərəddüd edir və tariximizin bu şanlı səhifələrini gerçəkliklə əlaqəsi olmayan irandilli əfsanələr şəklində dəyərləndirirlər. Halbuki İrandilli dastan və əfsanələrdə Turan və turlar haqqında bəhs olunan qəhrəmanlıq hekayətləri və onlarla əlaqədar hadisələrin kökü Ön Asiyada və Mərkəzi Asiyadakı turanlı xalqların gerçək tarixi hadisələrilə bağlıdır.
.....
Pumpelli Turan dövlətinin paytaxtı hesab olunan Səmərqənd şəhəri yaxınlığındakı qədim Əfrasiyab şəhəri qalıqlarında da qazıntı işləri aparmışdır. O araşdırmalar nəticəsində belə nəticəyə gəlmişdir ki, çox qədim dövrə aid olan bu şəhərin əsası iddia edildiyi kimi Makedoniyalı İsgəndər tərəfindən deyil, tarixi ənənəyə uyğun olaraq məhz Əfrasiyabın özü tərəfindən qoyulmuşdur. (Pumpelly, Səh. 320)
Anauda arxeoloji mədəniyyətinin türklərin tarixi üçün ən böyük əhəmiyyəti orda aşkar edilən qafa taslarının monqoloid irqə aid olmadığıdır. Bu kəllə sümükləri türklərin ən mühüm antropoloji özəlliklərini təşkil edən dolixokefal və Aralıq dənizi tipidir. Ön Asiyada aşkar edilən qədim insanlara məxsus qafa tasları da yumrubaş braxikefal samilərdən fərqli olaraq dolixokefaldırlar. (Pumpelly, Səh. 446)
.....