Uşaqların səlib yürüşü
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Марсель Швоб. Uşaqların səlib yürüşü
Sərsərinin hekayəsi
Cüzamlının hekayəsi
Papa III İnnokentinin hekayəsi
Üç balaca oğlanın hekayəsi
Fransua Lonqjunun hekayəsi
Qələndərin hekayəsi
Balaca Allisin hekayəsi
Papa IX Qriqorinin hekayəsi
Qərbin qorxulu yuxusu: uşaqların səlib yürüşü
Отрывок из книги
Əgər sizə dediklərimi başa düşmək istəyirsinizsə, onda bilin ki, başım ağ örtüklə örtülüb. Artıq üzümün nə vəziyyətdə olduğunu bilmirəm, amma əllərimdən qorxuram. Əllərim xallı, bozumtul-göyümtül heyvan kimi qabağımca qaçır. Onları kəsmək istəyərdim. Əllərimin toxunduğu əşyalardan utanıram. Mənə belə gəlir ki, əllərim dərdiyi qırmızı meyvələri ağarmağa, yerdən qopartdığım göyərtiləri solmağa məcbur edir.
Domine ceterorum, libera me!1
.....
Domine ceterorum, libera me!1
Xilaskar mənim günahlarımı bağışlamadı. Mən qiyamətə qədər unudulmuşam. Başqaları öz aydın və təmiz bədənləri ilə diriləndə, mən qara daşın üstündə oturub soyuq Ay işığına bürünmüş qurbağa kimi iyrənc dərimə məhkum qalacağam. Domine ceterorum, fac me liberum: leprosus sum.
.....