Читать книгу Tarix müəlliminin etirafları - Meyxoş Abdullah - Страница 1

Оглавление

Meyxoş Abdullah


Tarix müəlliminin

etirafları

Hekayələr


1

2


Buraxılışa məsul:


Nizami Əlisoy

Mətn tərtibatı:


Yusif Əsgər


Yekun oxunuş:


Günel Haşımlı


Meyxoş Abdullah. Tarix müəlliminin etirafları.

Bakı, “Köhlən” nəşriyyatı, 2022, 82 səh.


© Meyxoş Abdullah / 2022

© Köhlən Nəşriyyatı / 2022

İSBN: 978-9952-****-*-

*


Müəl ifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsul a surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəl iflik hüququ qanunvericiliyinə əsasən qadağandır!


3

Tarix müəlliminin etirafı…

(hekayə)


Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə, ağır addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı, canındakı o müdhiş

ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı bu uzun yolu xəstə canıyla piyada getmək ona zor gələrdi.

Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.

Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı.

Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində

yığılıb qalmış sözləri ona elə əzab verirdi ki…

Qəbristanlığın qapısına çatanda bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü.

Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.

Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından, soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.

4

O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi.

Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.

– Hə… Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.

İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər, onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.

Mərmər daşın parıltısı igid əsgərin çöhvrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə

bənzər

şüalar

müəllimənin

gözlərini

qamaşdırdı.

Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:

– Xoş gördük səni, oğlum… Şəhid adın mübarək!..

Sonra o, titrək əlləriylə qara mərmərin üzərində

həkk olunmuş şəkili sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.

Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş

5

şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.

– Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə

titrək səslə dilləndi. – Şəhadətə qovuşduğunu bir müddət

bundan

qabaq

eşitdim.

Onda

bərk

xəstələnmişdim, yataqdan qalxmağa hey-hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə

sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. – Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta, bir az da nadinclik edərdin, elə

deyilmi?! – deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.

Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi; – hə, elədir müəllimə!… – demək istəyirdi.

– Mən onda əsəbləşirdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, – deyə, müəllimə astaca sözlərinə

davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: 6

– Bunlara baxın və onlardan ibrət götürün! – söylərdim.

Deyərdim ki, bu yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. – Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. -

Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə

belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim.

Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!

Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş… Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular.

Onların arasında mənim davamçılarım da var. Amma 7

fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də

öyrətdin.

Mən orta məktəbi qızıl medalla, universiteti isə

qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm.

Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; – buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımış, sənin kimi, oğul.

Bağışla məni, oğlum, bilirsən, necə peşimanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.

Kaş, bu həyata bir də dönə biləydik… Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!

8

… Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı.

Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər baş daşının aşağı tərəfində, ona heç vaxt vermədiyi "5"(əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə asta-asta oradan uzaqlaşdı…

Soyuq mərmər daşlardan boylanan bircüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı…

9

Əsgər anasının borc dəftəri…

(hekayə)


Əsgərin cənazasi axşamçağı, gün qürbə enəndə, hərbiçi yoldaşlarının çiynində evlərinə gətirildi.

Qapı ağzında oturmuş anası oturduğu yerdən dartınıb ayağa qalxmaq istədi, amma bacarmadı.

Çiyinlərinə ağır bir yük qoyulmuş adamlar kimi inlədi.

Oğlunun ölüm xəbərini eşidəndən sonra bədəninin taqətiylə yanaşı, elə bil, ürəyinin təpəri də çəkilmişdi, canında hey-hərəkət qalmamışdı onun. O, havadan aslı qalmış titrək əllərini irəli uzadaraq: – Gəldinmi, oğlum?!.. Sənin hələ xidmətinin bitməyinə üç ay qalıb axı… Sən payızda, hava sərinnəşəndə qayıdacaqdın.

Niyə səni belə tez buraxdılar? Beləmi qayıtdın üstümə, ay insafsız? Mən səni beləmi yola salmışdım?!

Ana başını dizlərinə söykəyib hönkürdü.

Əsgər dostları şəhid olmuş döyüşçünün tabutunu həyətin ortasına qoyub, farağat vəziyyət aldılar. Onlar müharibə görmüş döyüşçülər idi. Bu müharibədə çoxlu əsgər dostlarını itirmişdilər. Əslində, şəhid olmuş

döyüşçü dostlarının itkisi nə qədər ağır olsa da, onların ata-analarıyla belə vəziyyətdə qarşılaşmaq bir o qədər də ağır gəlirdi onlara. Sanki şəhid olmuş əsgərin 10

yaxınları gözlərini onların gözlərinin içinə dikərək: -

Axı, bizim oğlumuz da, sənin kimi bir əsgər idi. Ona nə

oldu? Niyə o öldü?.. Bəs, sən niyə sağsan? – soruşmaq istəyirdilər.

Bu çox dəhşətli və cavabı tapılmayan bir sual idi onlar üçün. Belə anlarda, nə qədər ağır da olsa, onların ürəyindən bir istək keçirdi; – Kaş, mən də şəhid olaydım, bu sual mənə verilməyəydi.

Əsgərlər bir-bir ananın əllərindən öpərək ona təsəlli verməyə çalışırdılar. Od-alov görmüş, heç nədən qorxub-çəkinməyən bu döyüşçülər, nədənsə, ananın gözlərinin içinə baxmağa çətinlik çəkirdilər. Bu ölümdə

sanki özlərini də günahkar bilirdilər.

Ana sakit görünürdü. Amma əslinə baxsan, dünən axşam oğlunun ölüm xəbərini alandan sonra dünyası dağılmış, ürəyi param-parça olmuşdu. Oğlunun şəhid olması xəbərini televizorda demişdilər. Dünən birdən-birə qonum-qonşunun onun həyətinə axışması və

Tarix müəlliminin etirafları

Подняться наверх