Читать книгу Ləlin nağılı - Народное творчество, Народное творчество (Фольклор), Олег Петрович Котельников - Страница 1

Оглавление

Ləlin nağılı

Azərbaycan nağılları

LƏLİN NAĞILI

Biri var idi, biri yox idi, bir padah var idi. Bu padşah günlərin bir günündə bərk xəstələndi. Bir gün, beş gün, on gün, beləcə, padşah böyük oğlunu çağırıb dedi:

– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, onu bağışladım sənə.

Böyük oğlunu belə yola saldı. Sonra çağırtdırıb ortancıl oğluna dedi:

– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, gedib götürərsən, dar günündə satıb xərcləyərsən.

Bunu da belə yola saldı. Lap axırda çağırtdırıb kiçik oğlunu dedi:

– Oğul, mən ölürəm, balaca mücrüdə bir ləl var, götürərsən.

Bu da belə getdi. Axşam xəbər çıxdı ki, padşah ömrün bağışladı oğlanlarına. Padşahın kiçik oğlu tez mücrünü açdı, ləli götürüb qoydu cibinə. Padşahı aparıb basdırdılar. Böyük oğlu getdi mücrünü açsın, ləli götürsün. Bu dəmdə padşahın ortancıl oğlu gəlib gördü ki, böyük qardaşı mücrünü açıb, dedi:

– Ləli atam mənə veribdi.

Böyük qardaş dedi:

– Yox, atam mənə verib.

Kiçik qardaş gəlib gördü ki, qardaşlar ləl üstündə dava edirlər. Bu da dedi:

– Xeyr, atam ləli mənə verib.

Savaşa-savaşa mücrünü açıb gördülər ki, burda ləl-zad yoxdu. O dedi, ləl səndədi, bu dedi, ləl səndədi. Başladılar vuruşmağa.

Ortancıl qardaş dedi:

– Gəlin, gedək Yəmən padşahının yanına. O bu işi ayırd eləsin.

Bunlar yola düşüb, padşahın yanına gedirdilər, yolda gördülər ki, bir dəvəçi gedir. Dəvəçiyə dedilər:

– Hara gedirsən?

Dəvəçi dedi:

– Dəvəm itib, axtarıram, tapa bilmirəm.

Böyük qardaş dedi:

– Dəvən harada otlayırdı?

Dəvəçi dəvəsinin otlayan yerini göstərib dedi:

– Dəvəm elə burda otlayırdı.

Böyük qardaş dedi:

– Yəqin, dəvənin yükünün bir tayı bal, bir tayı yağ imiş.

O biri qardaş dedi:

– Özü də dəvə kor imiş.

Kiçik qardaş dedi:

– Dəvə boğaz imiş.

Kişi gördü ki, bunlar dəvənin bütün nişanlarını bilirlər. Odu ki, dedi:

– Dəvəmi siz oğurlamısız.

Bunlar dedi, bu dedi, gedib çatdılar padşahın yanına. Padşah üç qardaşdan xəbər aldı:

– Niyə gəlmisiniz?

Üç qardaş dedi:

– Biz filan padşahın oğluyuq. Aramızda bir ləl itib, gəlmişik ki, ləli tapasız. Yolda gələndə biz bu dəvəçiyə rast gəldik, dedik: “Ay dəvəçi, hara gedirsən? Kişi dedi ki, dəvəm itib. Biz dəvəsinin nişanın ağılnan dedik. Bu da yapışdı bizim yaxamızdan ki, dəvəm sizdədi”.

Padşah dedi:

– Danışın, görək, nə cür ağılnan dediniz?

Böyük qardaş dedi:

– Biz bu dəvəçiyə rast gəldik. Dəvənin yatdığı yerə baxıb gördük ki, bir yanına milçək yığılıb, bir yanına da qarışqa. Onun üçün dedim ki, dəvənin yükünün bir tayı baldı, bir tayı yağ. Çünki qarışqa yağa yığılar, milçəklər də şirəyə.

Padşah ortancılına dedi:

– De, görüm, sən necə dedin və nədən bildin ki, bu kişinin dəvəsi kordu?

Ortancıl qardaş dedi:

– Mən gördüm ki, dəvə yatdığı yerin sol tərəfini qoyub, sağ tərəfini otlayıb. Ona görə dedim, dəvə sol gözdən şikəstdi.

Padşah kiçiklərindən soruşdu:

– Bəs sən nədən bildin ki, bu kişinin dəvəsi boğazdı?

Kiçik qardaş dedi:

– Mən dəvənin yatan yerinə baxdım, gördüm ki, dəvə çox zərbinən yeri eşələyib. Ona görə dedim ki, bu kişinin dəvəsi boğazdı.

Padşah dedi:

– Bir məcməyi gətirin, üstü örtülü olsun.

Padşahın əmrini yerinə yetirib, məcmeyi gətirdilər.

Ləlin nağılı

Подняться наверх