Слушать аудиокнигу Molla Nəsrəddinin lətifələri - Народное творчество, Народное творчество (Фольклор), Олег Петрович Котельников

Molla Nəsrəddinin lətifələri

Описание книги

Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır. Molla Nəsrəddin lətifələri dövrün haqsızlığına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna, ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur…