Qəhrəmanım sənsən
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Оглавление
Natiq Məmmədli. Qəhrəmanım sənsən
Qəhrəmanım sənsən
Sevgi məbədində qətl
Yiyəsiz baş
Sarı dana
Kloun
Şuşa dumanı
Dolma
Kişilər ağlamasın
Mən də hamı kimi
Tiflis yolçuları
Xəlbir
Babamın ordenləri
Bizə ürək göndərin
Yaxşı anaların oğulları
Bekketə salam
Molyerin öldürüldüyü gün
Günah
Tütək çalan oğlanın kitabı
Arzuların qənimi
Professor və samuraylar
Ləyaqət düsturu
Korun gördüyü gələcək
Mənim birinci yalanım
Balaca məmurun təbriki
Beş atanın ögey oğlu
Yük
Taclı mələklər
Bir daha ədəbiyyat haqqında və ya mən necə yazıçı oldum?
Отрывок из книги
Əziz oxucum, səni bu kitabı oxumağa və ümumiyyətlə oxumağa inandırmaq üçün sözlər fikirləşirəm. Mənim sözlərim sehrli və ya həyatını dəyişəcək qədər qeyri-adi gücə malik deyil, hər gün eşitdiyin, hər gün söylədiyin adicə sözlərdir. Yalnız bizim birgə inamımız sadə kəlmələri möcüzəyə çevirib bizi başqalarından fərqli və daha güclü edə bilər.
Kitabı tək özümə yox, həm də sənə inanaraq yazıram. Bütün əsərlərimin qəhrəmanı sənsən – sənin duyğuların, təklənməyin, özünü ifadə eləmək üçün gündəlik mübarizən, ürəyinin döyüntüləri, tarıma çəkilmiş əsəblərin və nəhayət sabaha inamın. Oxumağa başlasan görəcəksən ki, sətirlərin arasında gizlənmiş Səni tapmaq elə də çətin olmayacaq. Həyatının bütün rəngləriylə birgə özünlə tanış olmağa hazırsansa, özündən ehtiyat eləmirsənsə, onda buyura bilərsən, bu, sənin kitabındır!
.....
“Toy nə vaxtdı?” – qeyri-ixtiyarı soruşdum. Həm də hiss edirdim ki, artıq çək-çevir etməyin, zəhlə tökməyin yeri deyildi. Necə deyərlər, “püşk atılmışdır”.
“Anam nə vaxt desə. Məndən olsa lap tez, təki onun ürəyi yerinə gəlsin. Bilirsən, anamın başından bir tük əskik olsa mən yaşaya bilmərəm. Ömrü boyu günahkar kimi yaşamaq mənlik deyil. Nə qədər tez olsa yaxşıdı. Dost-tanışdan ancaq səni dəvət edəcəm. İstəmirəm qələbəlik olsun”, – dedi.
.....