Matilda

Matilda
Автор книги: id книги: 3821042 Правообладателям     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 90,12 руб.     (1,1$) Купить и читать книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Qanun Nəşriyyat evi Дата публикации, год издания: 2022 Дата добавления в каталог КнигаЛит: ISBN: 9789952360387 Возрастное ограничение: 0+

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Trunçbul qışqırdı, stuldan dik atıldı... Xanım Trunçbul su bardağını qaldırdı və stəkana su tökdü. Elə bu zaman qəflətən nazik, uzun triton da şappıltıyla stəkanın içinə düşdü. Trunçbul qışqırdı, stuldan dik atıldı – lap fişəng sürətiylə.Trunçbul – bu yekəpər, nəhəng, yaşıl corablı qadın kənarda dayanıb nanə yarpağı kimi əsirdi. Onu ən çox qəzəbləndirən o idi ki, kimsə istədiyinə nail olmuşdu. Bu yekəlikdə qadın stuldan tullanmışdı. O, stəkanın içində burula-burula üzən bu iyrənc məxluqa baxdı. – Matilda! – xanım Trunçbul “hürdü. – Ayağa dur! – Kim? Mən? – Matilda dedi. – Mən nə etmişəm ki? – Sən, balaca tarakansan, yalançısan! – Trunçbul bağırdı. – Sən bu məktəbə layiq deyilsən. Sənin yerin bardır! Sən elə yerdə olmalısan! Mən səni bu məktəbdən rədd edəcəm! Səni hokkey ağaclarıyla məktəb darvazasından çölə tullamaq lazımdır! Sənin yaşadığın evin ətrafına mühafizə dəstəsi yerləşdirmək lazımdır! Səni ən azı 40 il müddətinə cinayətkarların islahedici müəssisəsinə yollamaq lazımdır! Trunçbul o qədər qəzəblə danışırdı ki, ağzının kənarlarından köpük daşırdı. Amma sinifdə qəzəblənən, özündən çıxan təkcə o deyildi. Matildanın da sifəti getdikcə qızarırdı. Etmədiyi hərəkət üçün günahlandırılması ona çox pis təsir edirdi. O bilirdi ki, bu ədalətsizlikdir. Etmədiyi cinayətdə günahlandırılmaq onun üçün yeni bir təcrübə idi. O, yaxşı bilirdi ki, stəkanın içindəki məxluqun ona heç bir dəxli yoxdur. Ürəyində fikirləşirdi ki, Trunçbul bu dəqiqə stəkanın içindəki məxluqu onun təpəsinə sancaqlayacaq.

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Matilda
Подняться наверх