Yaza bilmədiyim şeir. Seirlər

Yaza bilmədiyim şeir. Seirlər
Автор книги: id книги: 1004508     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 280 руб.     (2,81$) Читать книгу Купить и скачать книгу Электронная книга Жанр: Поэзия Правообладатель и/или издательство: Издательские решения Дата добавления в каталог КнигаЛит: ISBN: 9785449386519 Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 0+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Şerlərində orijinal üslubu, dili, yeni düşüncə tərzi ilə müasir ədəbi prosesin diqqətini çəkən gənc şair Roma Xosrov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident mükafatçısıdır.Bakı şəhər Mədəniyyət Baş idarəsi, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin İncəsənət şöbəsinin müdiridir.«Yaza bilmədiyim şer» kitabı müəllifin oxucularla üçüncü görüşüdür ADMİU-nin Sənətşünaslıq fakultəsinin məzunudur.Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Prezident mükafatçısıdır.

Оглавление

Roma Xosrov. Yaza bilmədiyim şeir. Seirlər

«Dan üzünə deyilmiş şeirlər»

SƏNİN BAXIŞLARIN HEÇ OXUNMAYIB

BİR AXŞAM QAPI DÖYÜLƏ

UŞAQ ARZULAR

ÖLSƏM DEYƏRSƏN ACİZDİR

VARLIĞIN ƏLİMDƏ BİR SƏNƏD OLDU

YAŞAMA YALAN YERƏ

ASFALT DÖŞƏMƏDƏ QATAR YERİŞİN

YERDƏ DİRİ QALMAYIB

GƏL GÖRÜŞƏK

ÖGEY BAXIŞLAR

SƏNSİZ SUBAYAM

YAZA BİLMƏDİYİM ŞEİR

BURDA BİR DƏLİ QAŞINIR

DARIXMAĞIN DÖRD HALI

ÖLÜMÜNDƏN SONRA YAŞAYIR ŞAİR

ÖLMƏYƏ DƏ PULUM YOXDUR

BİLİRƏM BU DA BİR UŞAQ AĞLIDIR

QƏRƏNFİLƏ DÖNDÜ BAKI

DAHA BU ŞƏHƏRDƏ ÖLMƏYƏ DƏYMƏZ

MƏNİ GÖZ YAŞIYLA YUYUB BASDIRIN

DENƏN PƏNCƏRƏNİZ BİZƏ BAXMASIN

BU EV HEYİFDİR İLAHİ

GEDİM BİR GƏLİN ALDADIM

BEŞİK BOYDA UŞAQLAR

ÜRƏKLƏR QADININ YAZI LÖVHƏSİ

ÖLÜM XƏBƏRSİZ GƏLİRMİŞ

YAĞIŞ DAMCISI

AĞLA GƏLİM GÖZÜNDƏN

BU GECƏNİN SƏHƏRİ YOX

KİŞİLƏR AĞLAMAZ

QADIN

O DƏNİZ GÖZÜNÜN QAPISIN BAĞLA

AY VƏTƏN

SƏN GÖRÜŞƏ GƏLMƏDİN

HƏSRƏT KÜLƏYİ

SAÇLARIN HAVADA DALĞALANIRDI

QARA BƏXTİN DAĞINIQ CÜMLƏSİ

ÖLÜM GÜNAHLARIN XİTAM YERİDİR

ÇÖLDƏ BİR MƏLƏK ÜŞÜYÜR

VAXTI SAXLAMAQ OLMUR

GƏLMİŞƏM ÖLMƏYƏ ALLAH

SEVGİ HAQDA SUALLAR

SEVGİLİMİN ADIN DƏRDİM QOYMUŞAM

KÜÇƏ QADINI

YADIMA DÜŞÜRSƏN

SƏNİ DÜŞÜNMƏK

BİR DƏQİQƏ VAXTI SAXLA

ƏLİNİ YAD ƏLDƏ GÖRÜB UTANDIM

BU ŞƏHƏR BOĞUR MƏNİ

BİRAZ DA YAŞAYAQ İNSAN İLİNDƏ

SƏN YADIMA DÜŞƏNDƏ

ÖLMƏYƏ VAXTIM YOXDU

HƏLƏ YAŞAYIRAM NARAHAT OLMA

MƏNƏ BU DÜNYANIN ÜZÜNÜ GÖSTƏR

BİR QIZ OLA

MƏN SƏNƏ SIĞINMIŞAM

Отрывок из книги

Harada «laçın» sözü varsa, orda bir ayrılıq var. O da olmuş Laçın rayonu işğalda ola, o da olmuş «laçın» sözü gözəl bir gənc şairin həm ilham mənbəyi, həm də həsrəti ola. Roma Xosrov Laçın rayonunun Alxaslı kəndindəndir. İlk dəfə «Pərvanə» ədəbi məclisində gördüm, qürurlu, cəld, çevik, həm də səliqə ilə geyinmiş bu cavan oğlan. Şeirlərini oxudu, diqqətimi çəkdi və sonra «yoxa çıxdı». «Pər – vanə”yə gəlmədi. O vaxtdan mətbuat səhifə – lərində, internet saytlarında ara-sıra imzasını gördüm. Uğurlu misralarına sevindim. Mən «Azərbaycan» jurnalında işlədiyimdən, demək olar ki, şeirin içində itib-batıram. İş ota – ğıma gəlsəniz, şeir qovluqlarının arxasında az qala görünmürəm. Yaxşı bir şeir axtarmaqdayam. Təəssüflər olsun ki, o yaxşı şeirlər də qarşıma azaz çıxır. Boz bir şeir yığını məni ayağının altına almaqdadır. Yaxşı ki, Romanın şeirlərini oxudum. Nəfəsim bir az genişləndi, gözlərim işıqlandı. Təəssüflər olsun ki, bu utancaq cavan oğlan başqalarından fərqli olaraq redaksiyaların qapısını heç vaxt döyməyib. İstedadsızlar redaksiyaların qapısını cəftə – sindən çıxarır, istedadlı adam döyəndə qapının cəftəsi yerinə düşür. Bu mənada Roma laxlayan qapını şeirləri ilə bir az yerinə oturtdu. Gənc şairin fərqli düşüncəsi, hadisələrə yeni münasibəti məni sevindirir. Baxanda şeirlərinin əksəriyyəti heca vəznindədir, amma bu fərqli heca intonasiyasıdır. Ənənəvi heca şeirlərindən, deyək ki, ritmi və səsi ilə fərqlənir. Mənə elə gəlir ki, hər bir şeirin səsi var və bu şeirlər də öz səsi ilə mövcuddur. «Pərvanə”yə gələn Roma ilə indiki Romanın arasında yer-göy qədər fərq var. O vaxt şairin şeirlərinin istiqaməti xoşuma gəlmişdi, məncə, bu, poeziyada əsas şərtdir. Elə şairlər var ki, onun şeirlərinin mənzili gedib şeir tullantılarına çıxır. Amma Romanın şeirlərinin yolu çiçəkli bir dağa və ya insan təfəkkürünün ən dərin qatlarına gedir. Şeirləri müxtəlif mövzulardadır. Ölüm, sevgi, vətən və qadın. Başlıca üslub səmimiyyətdir, fikirlərini misralarda dəqiq ifadə etməkdir.

Burda aşiqin yolunu kəsən əxlaqdır. Hər körpə hər gəlinin qucağında qırmızı yol işarəsidir. Məhz bu körpənin xatirinə «sizin qapınızda nə itim azıb? – deyilir. İstedadsız şair belə deyərdi: «Sizin qapınızda nə işim var?» İt burda fikrin güc – lənməsində mühüm rol oynayır. «Körpənin qa – dının sinəsinə qısılması» da həmin insana və bütövlükdə insanlığa qayğı və hörmət hissini özündə ehtiva edir.

.....

Bəlkə də, ədəbiyyatın bir adı da aldanmaqdır və ya aldatmaqdır. Amma gərək gözəl aldada biləsən. Elə bizim dünyaya gəlişimiz aldanmaqdır. Amma gözəl aldanmaq! Bir qadının belini qollarla aldatmağın özü də bir həyatdır. Əslində «belin» sözü ismin təsirlik halındadır. Burada «i» səsi düşüb. Yaxşı ki, düşüb. Qayda pozulub, yaxşı ki, pozulub. Bu, xalqdan gəlmədir. Xalq isə heç vaxt səhv eləmir.

«Qara bəxtin dağınıq cümləsi» elə həyatın özüdür. Əgər bu cümlə dağınıq yox, səliqəli olsaydı, həyat və sevgi şirin olmazdı. Əsl şairlik də elə bu dağınıq cümlələrdədir.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Yaza bilmədiyim şeir. Seirlər
Подняться наверх