Читать книгу İsa Muğanna yaradıcılığı İDEAL işığında - Шамиль Садиг - Страница 1

Оглавление


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


MÜNDƏRİCAT


I fəsil

Tarixilik və mistika dini-mifoloji aspektdə

Ön söz ............................................................................................... 6

Giriş ................................................................................................. 12

1.1. İsa Muğanna romanlarında vahid

din konsepsiyası ......................................................................... 32

1.2. İsa Muğannanın "Cəhənnəm" romanı dini-mifoloji

kontekstdə .................................................................................... 54

1.3. İsa Muğannanın "İlan dərəsi" silsiləsində tarixilik və

mistika............................................................................................ 83

1.4. Magik realizm və “GurÜn” romanı .............................. 99

3

1.5. Yarımçıq əlyazma və bütöv ədəbi və əbədi

dünya ........................................................................................... 124


II fəsil

İsa Muğanna yaradıcılığına müqayisəli baxış

2.1. İsa Muğanna həqiqəti Hüseyn Cavid işığında ...... 148

2.2. İsa Muğanna yaradıcılığının "Ün" poemasındakı

poetik təhlili .............................................................................. 169

2.3. Postmodern Azərbaycan romanında “Kitabi-Dədə

Qorqud” dastanı və təhrif edilmiş tarix ......................... 183


Müsahibələr

İsa Muğanna ilə ilk tanışlıq ................................................. 201

İsa Muğanna ilə son söhbətim.. ........................................ 225

Zəlimxan Yaqub Tənhalıqdan tənhalığa ........................ 248

İsasız Firuzə Muğanna ilə söhbət ..................................... 275

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ................... 284



İsa Muğanna yaradıcılığı “İdeal” işığında


4


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


Əsər Ruhani sədaları altında ustad sənətkarın

5

90 illik

yubileyinə ithaf edilir


Firuzə xanım:

Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə

etibar edə bilmərəm.


İsa Muğanna:

– Onda gərək əbədi yaşayasan!



İsa Muğanna yaradıcılığı “İdeal” işığında


6


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


Ön söz

“Ədəbi döyüşlər cəngavəri” Mehdi Hüseyn hələ

ilk əsərlərini yazıb nəşr etdirdiyi illərdə İsa Hüseynovu zarafatla “etiraf olunmamış dahi” adlandırar, onun ədəbiyyata təsadüfən deyil, xüsusi missiya ilə

gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək çətindir

ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi-ədəbiyyatşünas belə İsa Hüseynovun dünyaya İsa Muğanna olaraq yenidən gələcəyini təsəvvür eləmiş

olsun.

“Yanar ürək”dən “İdeal”a, İsa Hüseynovdan İsa

7

Muğannaya yüksəlişin səbəbləri, yəqin ki, XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai təfəkkürünün üzərində ən çox düşündüyü, ancaq əsas-

lı bir nəticəyə gələ bilmədiyi mövzulardandır. Və

məsələni daha da mürəkkəbləşdirən cəhətlərdən biri, heç şübhəsiz, böyük yazıçı-mütəfəkkirin özünün vaxtaşırı olaraq söylədiyi mülahizələr olmuşdur ki, həmin mülahizələrdə yaradıcılığın bir dövründən di-gərinə keçmək kimi, əslində, tamamilə təbii (və qa-nunauyğun) qəbul edilməli olan bir proses xeyli dərəcədə mistikləşdirilərək o həddə çatdırılır ki, gu-ya müəllif “İdeal”dan başlayaraq “ün” eşitmiş və bütün sonrakı əsərlərini həmin ilahi “ün”ün diqtəsilə

qələmə almışdır.

Əlbəttə, məsələnin bu cür qoyuluşuna bizim adət

etdiyimiz normativ şüur (və yaradıcılıq) təcrübəsi baxımından interpretasiya vermək, prinsip etibarilə,


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


mümkün deyil. Ancaq ortada hansı enerjidən gəlib-gəlməməsindən asılı olmayaraq yüksək sənətkarlıqla seçilən mükəmməl yaradıcılıq məhsulları var… Və

onların adət etdiyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə mümkündür.

İsa Muğanna yaradıcılığını yeni rakursdan –

“İdeal” işığında araşdıran tanınmış yazıçı, ədəbiyyatşünas və redaktor-naşir Şəmil Sadıq qarşısına kifayət qədər cəsarətli (və çətin) bir vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta demək olar ki, İsa Hüseynov – Muğanna yaradıcılığı barədə indiyə qədər deyilmiş ən müxtəlif (çox hallarda isə pərakəndə) fikirlərin fövqünə qalxaraq sistemli bir “muğannaşünaslığ”ın əsaslarını müəyyənləşdir-8

mişdir.

“İsa Muğanna yaradıcılığı” “İdeal” işığında”

müəllifi yazır:

“… İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal”

silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də

qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i,

“GurÜn”ü, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i,

“Qəbiristan”ı əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün”.

Və əlavə edir:

“ … Bu tədqiqat işində Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq”.

Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir,

lakin nəzərə alsaq ki, Şəmil Sadıq uzun illər İsa Muğanna ilə sıx-sıx görüşmüş, onun nəinki əsərlərinin, bütövlükdə ruhunun dərinliklərinə bələd olmuş, hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, on-da miqyası bu qədər geniş götürməyə müəllifin həm mənəvi, həm də peşəkar səlahiyyəti olduğuna şübhə

yeri qalmır.

9

İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəx-

siyyət kimi nə qədər yüksək intellektual səviyyədə

dayanırdısa, o qədər də pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini öz geniş (və kifayət qədər mistik) dünyagörüşünə tabe eləmək fikrindən də

uzaqdır. Az-çox ağıllı mülahizə eşidəndə onun müəllifini layiq olduğundan da artıq qiymətləndirir, da-xildən (ruhunun lap dərinliklərindən) gələn bir məhəbbətlə tərifləməkdən çəkinmirdi. Və mən heç şüb-hə etmirəm ki, bu, İsa müəllimin mənəvi zənginli-yinin tükənməzliyindən qaynaqlanırdı…

“İdeal”a qədərki yaradıcılığını hərdən özü kəskin tənqid edir, “Yanar ürəy”i elə də dəyərli əsər saymırdı. Görüşlərin birində xalq yazıçısı Anar İsa müəllimə dedi ki, “belə bir fikrim var: İsanın özünü özündən müdafiə cəmiyyəti yaradaq… İmkan vermək olmaz ki, ədəbiyyatımızın “Yanar ürək” kimi


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


qiymətli əsəri onun tərəfindən bu qədər haqsız tənqidə məruz qalsın”… Anar müəllimin haqlı sözü hamının ürəyindən oldu. Hətta İsa müəllimin də…

Bir söz demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən güldü…

Həm İsa Hüseynov, həm də İsa Muğanna haq-

qında mən də bir sıra yazılar yazmışam, televiziya-larda, müxtəlif yığıncaqlarda çıxışlar eləmişəm. Ancaq bunların çoxunda elmi təhlil azdır. Sadəcə olaraq, dərinliyinə lazımi qədər vara bilmədiyim möhtəşəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmişəm.

Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kita-

bında İsa Muğanna dünyasının dərinliklərinə enir. O

10

məqamlara (məsələn, mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünyagörüşünün fəlsəfi mahiyyətini, metafizik

poetikasını anlamağa əhəmiyyətli kömək göstərir.

Müəyyən mübahisəli tərəfləri olsa da, ümumiləş-dirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas da odur ki, Şəmil Sadıq İsa Muğanna “mətn”ini həm bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi-tənqidi təfəkkür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır.

Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də

ədəbi tənqid İsa Muğannanın müasir dövrün qlobal problemlərini dərk etməkdə, doğrudan da, çox fay-


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


dalı olan əsərlərinə az maraq göstərirlər… Elə bilirəm ki, haqlıdır…

Təsəllimiz isə ondadır ki, əvvəla, böyük əsərlər (və ideyalar) bütün dövrlər və zamanlar üçündür, ikincisi isə bizim günlərdə “İsa Muğanna yaradıcılığı

“İdeal” işığında” kimi dəyərli bir əsər meydana çıxır-sa, görünür, elə də bədbin olmağa dəyməz…


Akademik Nizami Cəfərov

11


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


12


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


Giriş


Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər

“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliyevin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağırlığı hiss etmədim. Dünyagörüşü yeni formalaş-maqda olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirməyən, sadə kənd uşağının dünya sirlərini özündə daşıyan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı quruya-quruya oxuması ona bir istiqamət verdi. Həyat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin altında gizlənən tarixi, dildəki 13

kodlu sözlərdə yaradılışın sirlərinin necə gizlədildi-yini araşdırmağı, öyrənməyi mənə “İdeal” əsəri öyrətdi. Hər cümlədən sonra kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ardıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə…

“İdeal” romanını oxuduğum gündən müsahibim

olan, kitabı sevən, milli qürurunun olduğunu hiss etdiyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyan-lardan “sağ ol” aldım. Sonra da özüm üçün də üs-tüörtülü qalan suallara cavab verməyim istənildi.

Çıxılmazlara girirdim bəzən və sonda bir gün bu

“Sirr qoxuyan kişi”nin özü ilə görüşüb bu suallara cavab alacağımı düşünürdüm həmişə.

Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-

madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün çox cəhd etdim. Bütün yazıçı dostlarımdan, ona


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


yaxın olacaq bir neçə başqa şəxslərdən də xahiş etdim. Amma mümkün olmurdu ki, olmurdu. Adətən

də, səhhətinin yaxşı olmadığı üçün bu görüş baş tut-murdu.

Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, səni İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə

muştuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə

üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö-rüşməyin mənim üçün ən şad xəbər olduğunu bilir-

di.

Və beləcə, İsa Muğannanın əlini sıxmaq və o əllərdən öpmək şərəfinə nail oldum. Qapalı dün-yamdakı bütün suallara Muğannanın özündən cavab

aldım. Bu sirli insanın təvazökarlığı və məntiqi məni 14

əsərlərində olduğundan daha çox heyran etdi.

Həyat yoldaşı Firuzə xanımla münasibətləri və

bu yaşda insanların bir-birinə necə hörmət və səda-qətlə yanaşmaları adamı onlara qibtə etməyə məcbur edirdi.

İlk görüşümüz elə Əli İbrahimbəyli ilə birgə baş

tutmuşdu. Elmə, incəsənətə və mədəniyyətə böyük qiymət verən Əli müəllimin və mənim suallarım Muğannanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci illərin Yazıçılar Birliyinə, ordan bu günə və gələcəyə

aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az nəfəs al, yavaş-yavaş danış” deyərək keçirdiyi nara-hatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi.

Ustad sənətkar söhbət əsnasında indiki gənclikdən şikayətini də dilə gətirdi. Əsərlərinin oxunma-masından və yenidən nəşr olunmamasından danışdı.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


Elə bil neçə illərdir, arzusunda olduğum fikrimi səs-ləndirmək üçün kömək etdi mənə. Və söz verdim:

“85 illik yubileyinizə “İdeal” silsiləsindən, SafAğ elminin əsasları olan 6 əsəri müasir tələblərə uyğun çap edəcəyik”. Və belə də oldu: “İdeal”, “Məhşər”,

“Qəbiristan”,

“Cəhənnəm”,

“İsahəq-Musahəq”,

“GurÜn”, “İlan Dərəsi” əsərlərini redaktorluğumla çap etdik. Həftədə bir dəfə İsa müəllimi görməyə

getdim, qeydlərimizi, dizaynlarımızı ona göstərdim, kitabın formatı haqqında fikirlərini öyrəndim, düzə-lişlərini götürdüm. iki eynəyi üst-üstə qoyub oxuma-sına baxmayaraq, ustad sənətkar hər bir kitabının korrektə səhvinə belə diqqət yetirirdi. Ən çox üstün-15

də işlədiyimiz əsər isə “İdeal” oldu. Çünki həmin əsərə iki ayrıca bölmə yazmış, bəzi hissələrə isə xeyli əlavələr etmişdi. Digər tərəfdən də “Yanar ürək”dən bu tərəfə “heç kəsin anlamadığı bədbəxt OdƏr”in yazdığı bu əsər hər işarəsində böyük bir məna daşıyır, hər bir hərfi bir körpüdür. İsa Muğannanın xətti də o qədər mistikdir ki, bəzən elə olurdu ki, zəng edib filan sözdəki filan hərfdən sonra gələn hərf nədir deyə soruşmasaq olmurdu.

Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı.

İstər Firuzə xanım, istərsə də qızı Sevinc xanım qərb bölgəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə

əyləşməyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, o qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz etməyə belə adam utanırdı. Firuzə xanım əsl azərbaycanlı ağbirçək təcəssüməsidir.

Firuzə xanımın İsa müəllimə qayğısı hər an diq-


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


qəti çəkir, bir Azərbaycan qadınının timsalında onunla fəxr edirdim. Söhbətlərin birində Firuzə xanım dedi ki, Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm. İsa müəllim özünəməxsus tərzdə güldü və dedi: – “Onda gərək əbədi yaşayasan!”

Bəli, İsa Muğanna əbədi yaşamağa haqqı çatan bir şəxsiyyətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta kimi yaşayacaq ki, işıq gəmisi Olama-Yerə ensin və

bu dünyanı bir ideya altında birləşdirsin, sülhü, əmi-namanlığı bərqərar etsin. Bağ Atanın OdƏrləri ağ

günə çıxsın!

Bir gün demək olar ki, redaktoru olduğum bu əsərlərin hamısının çapı bitdi. Ən son əlimə aldığım 16

əsər isə “İdeal” romanı oldu. 750 səhifəlik bu əsər möcüzəvi bir görünüşlə ruhumun və kitab rəfimin şahı oldu. Sanki arzusunu belə qəlbimə gətirməyə

çəkindiyim bir iş baş tutdu.

Mənim də ustad sənətkarımıza bir töhfəm oldu.

“OdƏrlər” romanım. Roman haqqında İsa Muğanna-

ya danışdım. Kişinin elə bil çiçəyi çırtladı. “Nə vaxt verirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhətinin o qədər də yaxşı olmadığını görürdüm. Bunu oxumasını ondan istəməzdim. Amma israrla çap edib göndərməyimi istədi. Kitabı verdim. Üç gündən sonra zəng etdi:

– Ya Allah! Ya Allah! Necəsən? Əsərini oxudum,

ürəyimə çox yatdı. Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təbrik edirəm. Böyüksən, amma daha böyük gələcəyini gözləyirəm… Xahiş


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd ol-ma… Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxtlikdir…

Məncə, heç bir azərbaycanlı “İdeal”ı oxumadan, Azərbaycan ədəbiyyatı ilə tanışam deyə bilməz.

Məhz bu səbəbdən də mənim üçün İsa Muğanna

yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal” silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də qorxmadan, çəkinmədən

“İsahəqq, Musahəqq”i, “GurÜnü”, “Türfə”ni, “İlan 17

dərəsi”ni, “Cəhənnəm”i, “Qəbiristanı” əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün.

Giriş bir az uzun olsa da, bu tədqiqat işində Mu-

ğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini, İsa Muğannanın bir psotmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq.


***

İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı

çap olanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif belə qərara gəldi ki, bütün ömrünü bir kitaba həsr edəsi olsa da, “örtüyü” qaldırıb əcdadının hikmətin-


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


dən xəbər tutmalıdır1. Bəli, belə də oldu, o, 70-ci illərdən başlayaraq ömrünü sadəcə bir kitaba “İdeal”a, və idealın şərhinə həsr etdi. 1970-ci illərdə İsa Hüseynovu İsa Muğannaya çevirən “İdeal” romanından

başlanan ədəbi-fəlsəfi yol 2014-cü ildə “Mənim məhəbbətim” adlı yarımçıq əlyazması ilə dayandı.

İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini

bu cür izah edir: “Ulularımızdan irs qalmış tərkidün-yalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş

qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı”

familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzab-keşlərimin şərəfinə “Muğanna” oldum”. 2

18

“İdeal” əsəri ilk dəfə “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə nəşr edilmişdir. Ona qədər isə bu roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazılmış, 1965 və 1979-cu illərdə çap edilmişdir. “Yanar ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatımdan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir gün dərin sükut içərisində, balaca stolumun arxasında oturub “Yanar ürək” romanının yeni variantı üzərində işləyirdim. Birdən başımda səs eşitdim: “Nə

yazırsan?” Bu səsi sarsıntılar içində, sükunətli çar-daqda tək-tənha oturmağımla bağladım; güman etdim ki, beynimdə nə isə qeyri-adi dəyişiklik olub.

Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan – qeybdən gəlir. İstər-istə-1 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5.

2 Yenə orda, s 6.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


məz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai-siyasi fəsadlar yalnız siyasi quruluşda, kommunist partiyasının siyasəti ilə bağlı olsaydı, mən sənin “Yanar ürək” romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi çox qədimdir. Yer planetində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sananan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçüncüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu tarix-lərdə Yer planetində baş vermiş hadisələri danışa-cam, bu məlumat əsasında “İdeal” adında roman ya-

zacaqsan”.3

19

Əslində, İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır.

Bu isə XX əsrin 60-cı illərinin sonuna təsadüf edir.

Düzdür, “Məhşər” romanı ilk dəfə 1978-ci ildə

“Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun əsası 1971-ci ildə Heydər Əliyev tərəfindən “Nəsimi”

filminin ssenarisinin yazılması sifarişi ilə qoyulmuşdur. İsa Muğanna həmin hadisəni bu cür izah edir:

“1971-ci ildə mənə Mərkəzi Komitədən zəng vurul-du, dedilər: – “Heydər Əliyev səni çağırır.” Sevincək getdim və qəbul otağına girəndə sevincim daha da artdı: Ulu öndər məni gülər üzlə qarşıladı və dərhal mətləbə keçib:

– Nəsimi haqqında ssenarini sənə tapşırıram, –

dedi. Sonra əlavə etdi: – Bilirsən də, bu, dövlət sifari-şidir. Filmin çəkilişinə nə qədər lazımdı, o qədər pul 3 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 78.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


buraxılacaq.

Mən bir qədər fikrə getdim, dedim:

Mən Nəsimi haqqında heç nə bilmirəm.

Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb

şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada mövcud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hələbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öyrənməyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını filmin rejissoru Həsən Seyid-20

bəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, –

dedi. Bundan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Hə-səndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.4

“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi.

Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun

müddət çap olunmasında problem yaşanan “Türfə”

romanının nəşrə təqdim olunması üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik.

İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri 4 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik.

Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi:

“Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə

bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə

qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir). Otelə qayıtdıq.

Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda

oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-21

mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox ol-du. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu.

İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” –

Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar –

uca hökmdar deməkdir. Bu Od – həqiqət qədim türk

dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


yerdə, heç kəsə məlum olmayan məlumatlar vermə-

yə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir”.5

Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci

ildə “Məhşər” romanını bitirdikdə bundan sonra ya-zacağı əsərləri “Karvan”6 silsiləsi adlandırır və yerdəki ömrünün sonuna qədər bu karvanın mənzilə

çatması üçün bir anlıq da yolundan sapmır. Ötən əsrin 80-ci illərindən bu tərəfə həm ölkənin həyatında baş verən ictimai-siyası, həm də özünün həyatın-da baş verən iki infarkt onu bu idealdan ayırmır.

22

1990-cı illərdə çap olunan yazılarının hamısında oxucuya onun bu silsilədən olan əsərlərini hansı ardıcıllıqla oxumasını israrla tövsiyə edirdi: “Yaxın və

uzaq keçmişimizin tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş romanlarda SafAğ

elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar

– “Məhşər” (Ənşər -mən şər”) “Qəbiristan”

“GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, burada göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin 5 "Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver", Senet.az, (01 aprel 2015)

6 İsa Hüseynov, Məhşər, Bakı: Gənclik 1978, s 3.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


qavranılmasını asanlaşdırmaq məqsədilə fayda versin. Muğanna, 27.01. 2013”.7

Gördüyümüz kimi, müəllif xronoloji baxımdan

“Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsiləsinin başlanğıcı kimi qeyd etsə də, öz sağlığında

“Hədəf” nəşrlərində Şəmil Sadiqin redaktorluğu ilə

çap olunan son əsərlərində “Məhşəri” ideya baxımdan “İdeal”ın izləyicisi hesab edir.

İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini

araşdırarkən xeyli problemlərlə qarşılaşırıq. Bu, əlbəttə ki, müəllifin bir əsərə dəfələrlə yenidən qayıtması, yenidən qayıdandan sonra həmin əsəri artıq yeni bir əsər kimi təqdim etməsindən irəli gəlir. Bu-23

nu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də

görürük, sonrakı əsərlərində də. Ehtimalımıza görə

“İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə

yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə

yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə

ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilmə-mişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta əsərdə hansısa bir redaktor və ya tərtib edən də yoxdur. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır), 2009-cu ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsərləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redak-7 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 8.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


torluğumla hazırlanan nəşrlərdə. Özünün də qeyd etdiyi kimi son nəşr mükəmməl və bitmiş nəşrdir.

Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar Çarmıxda” adlı bölməni əlavə edərək nəşrə təqdim etmişdir. Hətta əvvəlki bölmələrin arasına xeyli əlavələr də etmişdi. “İdeal” romanından sonra həm yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan”

romanı gəlir. Bu əsərin əmələ gəlməsi də mənim bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “Lamartin yazır ki, yazıçı yaşadığı mühitdən yazır.” Doxsan beşinci ildə mən arada infarkt keçirsəm də, demək olar ki, gözlənilmədən ağır xəstələnib reanimasiyaya düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itir-mişdim. Çox uzun – doqquz dəqiqə sürən klinik ölü-24

mün nə olduğunu bildim. Mərhum atam ölümündən

qırx üç il sonra ətrafında beş nəfər adamla ağ geyim-də palataya gəldi, divar dibində, kresloda oturub gözlərini mənə dikdi. Mən, demək olar ki, heç nə

hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü ildə öldürüləndə qırx üç yaşı olan atamın, hesabla, indi səksən beş yaşı olsa da, sifətində, qədd-qamə-tində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə

də, dodaqları tərpənmədi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmilərindi. Biz OdAğÜz Bağ-OdƏrdən heç yana çıxmamışıq. Hamımız canlı insan

qədər canlı işıqdan ibarətik. Sənin beynini sağalt-mağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan sonra təzə roman yazmaq üçün kömək eləməyə gön-dərilmişik. Sən EyƏr planetində bizim BağÜn Ev-Ərimizsən (Bağ Ünü – Ev işığımızsan). “İdeal”


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


romanında SafAğ elminin əsasını yazmısan, amma hələ kifayət qədər geniş izahını verməmisən. Buna görə də romanın davamını “Qəbiristan” adında romanda yazmalısan”.8 Özünün qeydinə görə bu hadisə 1995-ci ildə baş vermişdir. Lakin “Qəbiristan”

romanının yazılma tarixini son nəşrində9 2004-2005

yazdı. Diqqət çəkən məqamlardan biri də bu əsərin yazılma tarixini və xronoloji ardıcıllığını fərqli göstərməsidir. Biz “Məhşər” romanını “İdeal”dan sonra oxunmasını tövsiyə etməsində də görmüşdük bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha öncə yazılmışdır. “Həyatımdan səhifələr” adlı bib-lioqrafiyasında isə biz görürük ki, “GurÜn” və

25

“Cəhənnəm” romanları “Qəbiristan romanından ön-

cə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlədiyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir.

“Qəbiristan” romanından sonra mən 1993-cü ildə

“Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhənnəm” əsərlərini yenidən işləməyə başladım. Daha sonra köhnə əsərlərə yenidən qayıtmaq vərdişimi davam etdirə-rək “Doğma və yad adamlar” romanının da yeni variantını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlan-dırdım.10 Gördüyümüz kimi, həm 93-cü ildə ilk variantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanla-

rını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə

baxmayaraq, hələ 1958-1960-cı illərdə “Doğma və

yad adamlar” adı ilə yazılan “İsahəq, Musahəq” romanlarını xronoloji ardıcıllıq baxımından birinci Qa-8 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri. 2013, s 90.

9 İsa Muğanna, Qəbiristan, Bakı: Hədəf nəşrləri, 2013, s 6.

10 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 92.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


rabağ müharibəsinə həsr etdiyi “Qəbiristan” romanından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir çox əsərlərinin yazılma tarixi bu qarma-qarışıqlıqda it-bata düşdüyündən izi tam istədiyimiz kimi apara bilmirik.

“Qəbiristan” romanın ilk mətbu variantına 2006-

cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast gəlirik.

Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək də, təəssüflər olsun ki, “Həyatımdan səhifələrdə”

1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı qeyddən sonra nə vaxt tamamlandığı haqqında dəqiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki altı 26

cildliyində, nə də “Hədəf” nəşrlərinin sağlığında çap etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında məlumat yoxdur. Ola bilsin hansısa mətbu orqanda çap edilib və ya məlumat gedib, lakin biz əldə edə

bilmədiyimizdən, düşünür ki, son və tam variantı 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır.

1958-1960-cı illərdə yazılan “Doğma və Yad

adamlar” romanının müəllif xatirələrində “İsahəq, Musahəq” adı ilə yenidən işlədiyini qeyd edir: –

“Mən “İsahəq, Musahəq” romanına da, “Qəbiristan”-

dakı, “GurÜn”dəki, “Cəhənnəm”dəki kimi təzə əsər həvəsi ilə girişdim və nəticəsini gördüm”.11 Halbuki ilk dəfə

birinci hissəsi 1962-ci ildə və sonra “Yanar ürək”lə

birgə 1979-cu ildə çap edilmişdir. Bu əsərində yazıl-11 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 16.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


ma tarixi 90-cı illər olsa da, ilk dəfə kitab şəklində

çapı 2009-cu ildə 6 cildliyində görünür.

Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-

ci il 2-ci sayında “Cəhənnəm” romanının çapını görürük. Romanın ilk variantının 1993-cü ildə “Dünya”

jurnalında çap edildiyini qeyd etmişdik. Ondan son-ra isə deyəsən, sadəcə Azərbaycan jurnalında nəşr edilmişdir. Müəllifin əsərlərinin çapının bu cür ara ilə çap olunmasının səbəblərindən biri də 90-cı illər hadisələri olmuşdur, əlbəttə ki. “Cəhənnəm” romanı da 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır ki, burda da əsərin tarixini müəllifdən dəqiqləşdirərək yazmaq diqqətdən 27

qaçmışdır.

Nədənsə müəllif heç bir müsahibəsində, çıxışında son yazdığı povest və romanları “İdeal” silsi-ləsinə aid etməmişdir. Halbuki “İdeal” romanına ön sözü 2013-cü ildə yenidən işləmişdir ki, bu zaman həm “Türfə” romanı (müəllif povest adlandırır), həm də “Qırx kisə qızıl”, “İlan Dərəsi”, “Söz yarası” po-vestlərini həmin zaman yazıb yekunlaşdırmışdır.

Həmin bu adını çəkdiyimiz əsərlər də SafAğ elmi əsasları üzərində qurulmuş, “İdeal” romanında verilmiş tezis xarakterli fikirlərin izahı verilmişdir.

“Türfə” romanının yazılması tarixini müəllif öz əli ilə 2009-cu ilin fevral ayının 20-si qeyd edir. Bəzi müsahibələrində bu romanın çap olunmamasından gileylənsə də, nədənsə əsərinin çapına sanki özü də

tərəddüdlü idi. Hətta söhbətlərimizdə bu romana görə fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


da qorxduğunu qeyd edirdi. Nizami Cəfərova inan-dığından və hörmət etdiyindən, onun “hələ vaxtı deyil” deməsi də müəllifin bir az geri çəkilməsinə

səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015-ci ildə

ölümündən bir il sonra “Hədəf” nəşrləri tərəfindən mənim redaktorluğumla çap edilmişdir.12

Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və

ya Peyğəmbərin taleyi” və “Söz yarası” isə müxtəlif zamanlarda “Azərbaycan” jurnalında nəşr edildik-dən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur.

Müəllifin “İdeal”dan sonra bədii əsər adına beş

romanı: “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”,

“Cəhənnəm”, “Türfə”, üç povesti; “Qırx kisə qızıl”, 28

“İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı simvolik romanı və bir də bir səhifəlik yarımçıq əlyazması oxuculara bəxş edilmişdir. Maraqlıdır ki, İsa Muğanna son və “Yarımçıq əlyazma”sı haqqında danışarkən deyirdi ki, “EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir… Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az.” 27.03.2014.”13

27 mart tarixində onunla son görüşümüzdə

demişdi yuxarıda qeyd etdiyim fikirləri. Və 31 mart 12 İsa Muğanna, Türfə, Bakı: Hədəf nəşrləri, 2015, s 7.

13 İsa Muğanna, Türfə, Bakı: Hədəf nəşrləri, 2015, s 14.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


2014-cü il 1 aprel tarixinə keçən gecə dünyasını dəyişdi. Mistik bir hadisə isə burda baş verir – “Sirr qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü dövrünü başlayacağını demişdi ona EySar… O, doğrudan da, yeni yaradıcılığa başladı, amma bu dünyadan çox-çox uzaqda…

Muğannanın müstəqillik dövrü ədəbiyyatımıza

gətirdiyi yeni üslub, yeni era, yeni məktəb təkcə

onun bədii əsərlərində deyil, publisistik yazılarında və müsahibələrində də davam edirdi.

Məhz bu səbəbdən araşdırmamızı İsa Muğan-

nanı, İsa Hüseynov yaradıcılığından tam ayrı bir şəkildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məq-29

səd qoyub romanları və povestləri üzərində işləməyi daha vacib sayır, gələcək yazılarımızda və monoq-rafiyada bu məsələləri geniş şəkildə araşdırmağı düşünürəm.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


30




İsa Muğanna yaradıcılığı “İdeal” işığında


I FƏSİL

31

Tarixilik və mistika dini-mifoloji aspektdə



İsa Muğanna yaradıcılığı “İdeal” işığında


32


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


1.1 İsa Muğanna romanlarında vahid din

konsepsiyası


Dinlərin və təriqətlərin yaranma səbəbləri


Bu gün dünyanı bürümüş müharibələr və çax-

naşmaların əksəriyyəti dini zəmində yaranan müna-

qişələrdən doğduğunu hamımız yaxşı bilirik. İnancsız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək,

"din bir inancdır, lakin hər inanc bir din deyil".14 Fikrimizcə, bu inanclar bir ideologiya halına gəldikdə, dinə çevrildikdə böyük bir təhlükə mənbəyi olur.

Hələ ki, bu təhlükə mənbəyinin pultu bir qrup insa-33

nın, imperialistin, dövlətin, xüsusən şər qüvvələrin əlində ola, o zaman daha təhlükəlidir. Düzdür, bu pultun kütlənin öz əlində olması da, təhlükəlidir.

Lakin planlı şəkildə yaradılan ideologiyalar planlaş-dırıldığı üçün insanlığa daha böyük zərbə vurmağa qadirdir. Türkiyə yazıçısı Cemil Meriç dediyi kimi,

"həqiqət tərif edildikcə, təhrif edilir." Təhrif isə insa-lığı yanlış istiqamətlərə aparır. Əgər tarixə nəzər salsaq, insanların kürəsəl dini ayrı-seçkiliyinin hardasa səngidiyi bir vaxtda –erkən orta əsrlərdə dinda-xili münasibətlərin qızışdığını görərik. Bu, sonradan yaradılmış məzhəblər, təriqətlər əsasında özünü göstərdi. Maraqlıdır, əgər bütün dinləri insanlara tək Tanrı göndərmişdisə, tək Tanrının çoxdinli sistem yaratmaqda məqsəd nə idi? Belə çıxır ki, ya hər dini yaradan bir başqa Allahdır, ya da bir deyim olan 14 Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 24.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


" yerdəki dinlərin Tanrıya heç bir aidiyyatı yoxdur. " Və ya tutalım ki, dinin dediyi kimi, dinləri Tanrı insanlara mərhələ-mərhələ göndərib, onları düzgün yola səs-ləyib. Onda belə çıxır ki, Aristotel kimi bir dahini görən dünyaya Xristianlıq və İslam kimi din gərək idimi? Lap gerçək kimi təqdim ediləni qəbul edib düşü-nək ki, İslam Tanrının insanlara göndərdiyi sonuncu dindir. Əgər belədirsə və dinlərin gəlişi sona çatmış-dısa-sonuncu din gəlmişdisə, elə sonuncu dinin içindən təriqətlərin yaranmasına nə ehtiyac var idi?

Məhz ona görə təriqətlər deyirik ki, bütün kitablı dinlər özündən sonra gələnləri ya ümumiyyətlə, din adlandırmır, ya da uydurma din adlandırır. Necə ki Xristianlığın yaradılışında Musəviliyin, İslamın ya-34

radılışında Musəvilik və Xristianlığın əlamətləri var, eləcə də, sonradan yaradılmasına cəhd edilən saxta dinlərin hamısı hansısa dinin təməlləri üzərində

qurulduğundan təriqətlər kimi meydana çıxmışdır.

Marks və Engels bu barədə yazırdılar: “İslam dininin ideya mənbələri iudaizm və xristianlıq, zərdüştlük, Qədim Şərq, xüsusilə ərəb mifologiyası olmuşdur”.15

İranlı alim Hüseyn Tövfiqiyə görə “Alimlərin nəzə-rincə, din cadugərlikdən, təbiətə pərəstişdən və müşriklik-dən tövhid və təkallahlılıq mərhələsinə çatmışdır”.16

Bu məqamda məqalənin gedişatında fikirlərimi-

zin daha aydın anlaşılması üçün diqqətinizə məhz üç böyük səmavi dinin rəsmi və qeyri-rəsmi təriqət və

məzhəblərini çatdırmaq istərdik:


15 Marks K. Və Engels F., Din haqqında, Bakı, 1965, s 99.

16 Hüseyn Töfviqi, Böyük dinlərlər tanışlıq, Bakı:Xəzər Universitesi nəşriyyatı, 2013, s 27.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


İslamda Sünnilikdə  Hənbəlilik, Hənəfilik,  Maliki-

lik, Mötəzililik, Mövlavilik,  Nurçuluq, Qadirilik,  Rü-

failik,  Sələfilik,  Şafeilik,  Şiəlikdə Babilik, Bəhailik, Bə-dailik, Bənanilik, Bəktaşilik, Carudilik, Cəfərilik,

Cənahilik, Dəruzilik, Haşimilik, Keysanilik, İmami-lik, İsmaililik, Kamililik, Mənsurilik, Mehdiyyə, Mü-favvizə, Muğabrilik, Nemətullahilik, Nəsriyyə, Nəza-rilik, Numanilik, Nüsayrilik, Qurabilik, Salihilik, Sə-

bailik, Süleymanilik, Ulyanilik, Vaqifilik,  Xətabilik, Yunusilik, Zərramilik, Zərrarilik, Zeydilik.

Xristianlıqda Adopsiyanizm, Albigeosler, An-toinizm, Arianizm, Barnabascilar, Benediktinler, Bo-gomilizm, Cizvitlik, Eukhitailer, Flagellanti, Fransis-35

kenler, Hieronymus, Karmalitler, Katarlar Mani-seizm, Markionculuk, Maruniler, Meczuplar, Moli-nosculuk, Montanosculuk, Mormonlar, Nasturiler, Paulusculuk, Pietizm, Presbiteryanizm, Prutenlik, Quakerler, Sabilik, Shakerler, Valdoculuk, Valenti-nizm.

Yəhudi-Musəvilikdəki təriqət və məzhəblər:

Ortodoks Yəhudilik, Modern  Ortodoks Yəhudilik,

Haredi Yəhudiliyi, Hasidik Yəhudilik, Yeniden Yapı-

lanmacı Yəhudilik, Humanist Yəhudilik.

Bu qədər dinin və ya təriqətin yaranma səbəbləri

insanı düşündürməyə bilmir. Fikrimizcə, bu gün dünya insanlarını yönləndirən bu fikir silahları müxtəlif səbəblərdən meydana çıxmış və inkişaf etmişdir.

Tədqiqatçıların dinləri təsnifi müxtəlif cürdür.

Bunlardan diqqət çəkən bölgülər aşağıdakı kimidir:


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


“1. İlk dinlər. Bəzilərinin dini inkişafının ilk addımı olaraq düşündükləri animizm, natürizm, totemizm, feti-şizm kimi sadəcə bir kult olaraq düşünülən nəzəriyyələr, ilk qəbilə dinləri (Nuer, Dinka dinlər )

2. Milli dinlər. Əsasən bir qurucusundan söz edilmə-yən, sadəcə bir millətə aid olan ənənələr çərçivəsindəki fəaliyyət göstərən dinlər (Yunan, Misir, Roman, Türk dinləri kimi)

3. Dünya dinləri: İslam, Xristianlıq, Müsəvilik kimi.17

Bu bölgüyə diqqət etsək və dinlərin bugünkü vəziyyətinə baxsaq, daha çox cəhalət və ayrıseçkiliyi dünya dinləri adlandırılan müəllifli dinlərdə görə

bilərik. Bugünkü bəşəri fəlakətlərin əsas baiskarı elə

məhz müəllifli dinlərdir desək, yanılmarıq.

36

Müəllifli dinlərin daxilindəki parçalanmaların təzahürü kimi Ərəstun Həbibbəyli Sufi cərəyanların yaranma səbələrini dörd amillə qeyd edir:

"1. Sufizm, xüsusilə islamın ilkin dövrlərində bu dinin yeni ərazilərə yayılmasına xidmət etmişdir.

2. Müsəlman dünyası daxilində baş verən siyasi hadisələrə əks-reaksiya.

3. İslamdan əvvəlki elmi dünyagörüşünün dinin imkan verdiyi çərçivədə əksi.

4. Ərəb işğalı hesabına vahid ümmətə çevrilən müsəlman dünyasında ayrı-ayrı milli-etnik, teoloji xüsusiyyət-lərin təzahürü".18

Prof. Dr. Neşet Çağatay və prof. Dr. İbrahim Agih Çubukçu “İslam məzhəbləri tarihi” kitabında 17 Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 26.

18 Ərəstü Həbibəyli, Sivilizasiyaların kəsişməsində türk dünyası, Bakı: Elm və

Təhsil, 2011, s 166.


İsa Muğanna yaradıcılığı “İdeal” işığında


da İslam dinindəki məzhəblərin yaranma səbəbinin dörd olduğu qənaətindədirlər: siyasət, İslam dövlətinin sərhədlərinin genişlənməsi, mənfəət, savadsız-lıq.19

Dinlərin və ya məzhəblərin yaranma səbələrini isə biz bu cür ümumiləşdirə bilərik:

1. Kamil insanın həqiqət axtarışı;

İnsanın dünyanı dərki yolundakı mübarizəsi

şəraitində inanclar sistemi formalaşmağa başladı. Bu inanclar zaman-zaman böyük kütlələri əhatə etdi və

beləcə, tayfa və qəbilələr bu inanc sisteminin gətirdiyi qaydalarla idarə edilməyə başlandı. Sonralar isə

İsa Muğanna yaradıcılığı İDEAL işığında

Подняться наверх