Parma monastırı
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Отрывок из книги
1796-cı il may ayının 15-də general Bonapartın Milana girməsi bütün dünyaya nümayiş etdirdi ki, İtaliyada Sezarın[1] varisi peyda olub.
Buna qədər italyanlar fransızlara imperator ordusunda xidmətdən yayınan quldur dəstəsi kimi baxırdılar. İtalyan rahiblər bütün günü fransızların qaniçənliyi barədə moizələr oxuyurdular. Amma onların bu gözləntiləri tezliklə puç oldu. Cındırından cin ürkən fransız əsgərləri bütün günü əylənir, mahnı oxuyurdular. Bir sözlə, onlar Lombardiyaya özləri ilə bərabər şadyanalıq gətirmişdilər.
.....
– Ay uşaq, dayan! – arxadan kimsə onu səslədi.
Fabrisio dayandı və yalnız indi generallardan iyirmi addım irəlidə olduğunun fərqinə vardı. Atının başını geri döndərdi ki, ən arxada yerini tutsun. Elə bu vaxt generallardan birinin digərinin qulağına nəsə dediyini sezdi. Marağını boğa bilməyən gənc fransızca yanındakından soruşdu:
.....