Описание книги
Görkəmli türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyə” romanında Türkiyə həyatının 30 – 50-ci illər üçün səciyyəvi olan ən yarıtmaz cəhətləri böyük sənətkarlıqla açılıb göstərilmiş, yoxsulluq, səfillik və cinayətkarlığı doğuran səbəblər bədii boyalarla təsvir edilmişdir. Suat Dərvişin qəhrəmanları səfil həyatı keçirsələr də mənəviyyatlarını itirməmiş, səmimi və həqiqətpərəst adamlardır. Romanda insanın çətinliyə sinə gərməsi, onun mənəvi təkamülü problemi qoyulur. Bu romanda təsvir olunan hadisələr yalnız bir ölkəyə, bir xalqa, bir millətə aid olmadığı üçün bir məmləkət çərçivəsindən kənara çıxır və bəşəri əhəmiyyət kəsb edir.