İldırım Bəyazid

İldırım Bəyazid
Авторы книги: id книги: 2558293     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 465,8 руб.     (5,08$) Слушать книгу Купить и слушать аудиокнигу Аудиокнига Жанр: Правообладатель и/или издательство: Аудиокитаб ООО Дата добавления в каталог КнигаЛит: Возрастное ограничение: 0+

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

İldırım Bəyazid – Osmanlı sultanı I Muradın oğludur, atasının taxta çıxdığı 1360-cı ildə anadan olan Bəyazidin anası Gülçiçək xatundur. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da səlib ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi. Hərbi əməliyatlar zamanı sürətli hərəkət etdiyinə görə «İldırım» ləqəbin almışdır. Kosova savaşı zamanı Rumeli əsgərləri ilə sağ qanada rəhbərlik etmişdir. Savaşın qazanılmağındada böyük rol oynamışdır. Bəyazid hələdə düşməni təqib edən qardaşı Yaqubu çağırtdıraraq taxta ortaq olar şübhəsi ilə edam etdirdi. I Muradın ölümü ilə meydana gələn səltənət dəyişikliyi Anadolu bəyliklərinin xüsusilədə, özünü Səlcuqların varisi hesab edən Qaramanlıların unudulmuş sanılan düşmənliyini yenidən ortaya çıxardı. Şahzadə Yaqubun qətl olunmasını bəhanə edərək sözdə onun intiqamını almaq üçün müharibə elan edib hər tərəfdən hücuma keçdilər. Qaramanoğulu Ələddin bəy tərəfindən təşviq edilən bu bəyliklər Aydın, Saruhan, Gərmiyan, Məntəşə və Həmidəli bəylikləri idi. Gərmiyanoğullarından Şah Çələbi oğlu Yaqub bəy daha əvvəl Osmanlıların əlinə keçmiş olan Gərmiyan bəyliyinin ərazisini geri aldılar. Bununla bərabər Qaramanlılar Bəyşəhri işğal etdilər. Anadoludada Qara Tatar adlandırılan monqolların rəisi Mürvət bəydə Qırşəhri işğal edib Sivas əmiri Qadı Bürhanəddinə təslim etdi. Digər bəyliklərdə bu qarışıqlıqdan istifadə edərək bəzi yerlərin işğalına cəhd göstərdilər. Bu hadisələr Osmanlı dövlətini çox ağır vəziyytə salmışdı. Atası tərəfindən qurulmağa çalışılan Anadolu birliyi təhlükəyə girmişdi. Sultan İldırım Bəyazid bu vəziyyətə sürətli şəkildə çarə tapmalı və işləri qaydasına salmalı idi. Bunun üçün Anadoluya keçməzdən əvvəl umelidəki vəziyyəti qaydaya salmaq lazım olduğunu düşünərək ona qarşı müxalifətdə olan əmir və əsgərləri yenidən öznə tabe etdi. Sonra Serb kralı Lazarın hələ kiçik yaşdakı oğlu Stefan Lazaroviçin himayədarı olan anası ilə razılaşdı. Bu serb despotu da vergi ödəmək və lazım olduğu zaman Sultanın ordusuna əsgərlə kömək göstərməyi qəbul etməklə bərabər hər il Sultanın yanına gəlməyidə qəbul elədi. İldırım Bəyazid Balkanlarda güclü qalmaq üçün axınçı təşkilatını yenidən canlandırmaq ehtiyacı hiss eləyərək Evrenos bəy, Paşa İgid bəy və Firuz bəy kimi paşalarlına başda Bosniya olmaq üzərə Əflak və Tunanın şimal tərəfinə axınlar etməyi əmr etdi. Bu axınlar nəticəsində Skopye alınaraq şəhərə türk əhali yerləşdirildi. Bəyazid Bursaya qayıtmamışdan əvvəl şəhər-dövlət halına gəlmiş Bizansıda işğal etmək istəyirdi. Bunu həyata keçirmək üçün Bizansdakı taxt davasından istifadə etmək istəyirdi. Bununla da Anadoluda aparacağı müharibə zamanı Bizans tərəfindən gələ biləcək təhlükəni aradan qaldırmaq istəyirdi. Bəyazid Balkanlarda vəziyyəti nəzarət altına alandan sonra köhnə paytaxt olan Bursaya gəldi. Rumeli və Bizansda vəziyəti nəzarət altına alan Bəyazid serb karalını ordusuyla bərabər Anadoluya çağıraraq hərəkətə keçmək istəyirdi. Bizans İmperatorunun oğlu Manueldə ordusuyla birgə Bəyazidin yanına gəlmişdi. Sultan bundan sonra Kastamonu əmiri Candarlıoğullarından Kötürüm Bəyazidin oğlu Süleyman Paşanıda ittifaqa çağırmışdı. Bu sırada Ədirnədə taxt naibi olaraq qalan Bəylərbəyi Qara Timurtaş paşanıda qüvvələri ilə birgə Anadoluya gətirtmişdi. Bu qədər böyük qüvvə toplamış olan Bəyazid bir tərəfdən Bizans vəliəhdi Rum qüvvələri ilə Alaşəhərə göndərərək Bizans İmperatorluğuna tabe olan bu şəhəri işğal elətdirmişdi. Saruhana hücum edən Bəyazid buranı müqavimətsiz tutmuş və Əmir Xıdır Şah ilə qardaşı Orxanı Bursaya göndərərək həbs etdirmişdi. Sultan Bəyazid daha sonra qaynı olan Gərmiyanoğlu Yaqub bəyə hücum edərək başda paytaxt Kütahya olmaq üzərə bütün ölkəni ələ keçirmişdi. Sultan Bəyazid Qərbi Anadoludakı bütün bəylikləri özünə tabe etdikdən sonra Qaramanoğullarına keçdi. Sultan Bəyazid əvvəlcə Həmidəliyə sonra Təkə yəni Antalya tərəflərə keçdi. 1391-ci ildə baş verən bu hadisələrdən sonra Osmanlılarla müttəfiq olan Candaroğlu II Süleyman artıq Osmanlıları özünə qarşı təhlükəli hesab edərək Sivasda hökmranlıq edən Qadı Bürhanəddin ilə görüşlərə başladı. Bəyazid Qaramanoğullarının ərazisinə girərkən Qaramanoğlu Ələddin bəy Osmanlılara qarşı döyüşmək üçün Qadı Bürhanəddin ilə Candaroğlu Süleymandan kömək istədi. Lakin Bəyazid bu birlik və yardımların birləşməsinə imkan vermədən Qaramanoğullarına aid bəzi əraziləri tabe etdi və Konyanı mühasirəyə aldı. Bu zaman Bəyazid ilə mübarizə apara bilməyəcəyini başa düşən Ələddin Əli bəy Daşəliyə çəkilmişdi. Ələddin Əli bəy Qadı Bürhanəddindən və Candaroğlu Süleymandan kömək gəlmədiyini görüb qaynı Bəyaziddən sülh istəmək məcburiyətində qaldı. Bununla razılaşan İldırım Bəyazid onsuzda Osmanlılara aid olan Bəyşəhri, Akşəhri və başqa yerləri Qaramanoğullarından geri almaq şərti ilə sülh bağladı.

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу İldırım Bəyazid
Подняться наверх