Читать книгу Azərbaycan türklərinin ədəbiyyatı tarixi - Эмин Абид Гюльтекин - Страница 2
AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ
ОглавлениеBirinci kitab
Əmin Abid
İstanbul Darülfununu ilə Darülmüəllimi
Aliyəsindən məzun
Bu gün Azəri türkcəsi dediyimiz ləhcə ilə danışan Qafqaz, İran, Xorasan və İraq türklərinin ədəbi və fikri həyatları haqqında təhlillər
Fehrist
1. Birinci söz
2. Başlanğıc: Azərbaycan-azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq.
3. Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya
Mədxəl
§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış
a – Əski oğuz türklərinin yaşadığı yerlər.
b – İqtisadi həyat
c – Totemçilik
d – Hakim olan dinlər
§ 2. Əski oğuzlarda ədəbi həyat
e – Ağız ədəbiyyatı.
ə – Yazılı ədəbiyyat
f – Vəznli nəsr və heca vəzni
g – İlk heca vəznləri
ğ – Xalq şairləri
Əşirət dövrü
(Birinci parça)
1. Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı
2. Yabançı ədəbiyyatların təsiri
3. Xalq ədəbiyyatının əski dövrləri
4. Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat
a) “Oğuznamə”: mövzusu və mahiyyəti
b) “Oğuz xan” mənqəbəsi
c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”
d) miladi XII əsrdə “Koroğlu” mənqəbəsi
İKİNCİ PARÇA
Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı
1. Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası
2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması
3. İslamlaşmış “Oğuznamə”
4. “Kitab-i Dədə Qorqud əla lisan taifey-i Oğuzan”
a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti.
b) “Qorqud”un şəxsiyyəti və Mavəray-i Xəzər türkləri, başqırd-Qırğız türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu
c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər
d) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti
5. Nəticə
6. Əlavə (mətnlər)
BİRİNCİ SÖZ
Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bütün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qalmamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər yapılmadığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qolay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.