Günahsız günahkar. Roman. Hissə – 3
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Отрывок из книги
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Fatma Nabieva
.....
Sərdar gördü Dilqəmlə Ramiz gəlirlər. Tez özünə tərəf qolundan çəkib Aylını öpdü dodaqlarından. Dilqəmlə Ramiz gördülər Sərdarın Aylını öpdüyünü. Dilqəm görməməzliyinə vursada, Ramizin olara necə əsəblə baxdığını görürdü. Dilqəm başını qatmaqçün – Ramizə: qardaşım mən zəng edib həll etdim o işi, Ramizin gözü olarda idi. Aylın Sərdarı özündən qırağa çəkib dodaqlarını sildi qoluyla, – Sərdara: nə edirsən sən? Sərdar özünü elə apardı ki, güya Ramizi görməyib. Sərdar – Aylına: canım öpməyə olmazmı sevgililmi? Aylın əsəbləşdi – Sərdara: olmaz, səninlə heç nişanlıda deyilik. Burda məni tanıyan bilən var, görən olsa nəfikirləşərlər. Sərdar – Aylına: yaxında nişanda olacaq canım, kimə nə? biz sevgili deyilikmi? Aylın maşından düşərkən özünə baxan Ramizlə, Dilqəmi gördü.
Qapını örtüb Sərdara baxdı əsəblə, Sərdar öpücük göndərib gülümsəyərək, maşının qazına basaraq, əl yelləyərək getdi. Aylın Dilqəmin qarşısında utandı. Ramizi özünə çox yaxın hesab edirdi, ondan gizlin söhbəti sirri yox idi. Dilqəm əli ilə Aylına salam işarəsi etdi, Ramiz Aylına tərəf gəldi. Aylın – Ramizə: bir neçə işim vardı oları həll etdim. Ramiz – Aylına: görürəm canım deməyə gərək yoxdur, həll edirsiniz o tiplə birgə işinizi. Aylın bilirdi Ramizin Sərdarı sevmədiyini, dərindən nəfəs alıb – Ramizə: bax birdənəm bilirəm sən. Ramiz Aylının sözünü bitirməyə imkan vermədi – Aylına: sən heçnəyi bilmirsən canım, heçnəyi bilmirsən, anladınmı? getdi əsəbləşib. Aylın anlamadı Ramizin nə dediyini, Dilqəmə baxdı. Dilqəm Ramizin ardınca getdi evə tərəf. Aylının axlına başqa heçnə gəlmirdi, əlinin üstüylə burnunu silib getdi evə tərəf.
.....