Günahsız günahkar. Roman. Hissə – 4
Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.
Отрывок из книги
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Fatma Nabieva
.....
Nazlı gülümsəməyə çalışdı yaşarmış gözləriylə, -Aylına: o mənim canım anamdır, gedəcəm çətin olsada. Bahar anamın ona qaçmışam deməsini heç istəməzdim. Dilqəm – Nazlıya: canım anam o an başqa bir şey düşünə bilməmiş, nə etsin yazıq? hamımız şokdaydıq bilirsən. Nazlı dərindən nəfəs alıb ayağa qalxdı, Dilqəm Nazlının çantasını götürüb otaqdan çıxdılar.
Aylın yerində qalmışdı donub baxa, Nazlının dediyi söz çox təsir etmişdi Aylına, Ramizədə Nazlının elə deməsi çox qəribə gəlmişdi. Nazlı Aylını anasına qısqanırdımı? Ramiz – Aylına: gedək canım, Aylın Ramizə baxdı. Ramiz – Aylına: sən fikir vermə, Nazlı ağır bir xəstəlikdən döndü bilirsən, şokdan hələ yazıq özünə gəlməyib. Aylın əliylə üzünə çəkib baxdı, deməyə söz tapmadı, Ramizə çıxdılar otaqdan getdilər.
.....