Yer üzündə axırıncı gecə

Yer üzündə axırıncı gecə
Автор книги: id книги: 2451091     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 186,12 руб.     (2,02$) Читать книгу Купить и скачать книгу Купить бумажную книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Köhlən Nəşriyyatı Дата добавления в каталог КнигаЛит: Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 0+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət kitablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç-iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm. Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…

Оглавление

Həmid Piriyev. Yer üzündə axırıncı gecə

Abşeron hekayələri

Sərçələr üçün poema

Qanadlarım ağrıyır

Nəlbəkidə üzər kağız gəmilər

Ölüm və başqa xoşbəxtliklər

Göyqurşağında balıq ovu

Əllərində göyüzü

Qarğalar oturub üzü qibləyə

Və başqa hekayələr

Bağışlayın, Rənanı tanımırsınız?

Qurbağalı gölün sahilləri

Qarışqa tapdalamayan

Məryəm xalanın oğlu

Yer üzündə axırıncı gecə

Отрывок из книги

Sübh ayazı hələ özü görünməyən günəşin ilk şüalarıyla dabanbasma özünü çatdırmışdı. Dekabr acı üzünü göstərirdi…

Mirzə gözlərini açıb yerinin içində dikəldi, ən əvvəl çarpayının sağ tərəfindəki stulun üstündən dəftəri götürdü. Yaşıl üzlü, on iki vərəqli birmil məktəbli dəftəriydi, ortasından bir qoşavərəq çıxartmışdılar, indi onu qalmışdı. Mirzənin şairliyi də vardı və bir də görürdün gecə yatdığı yerdə birdən-birə durub otururdu, başlayırdı şeir yazmağa. Nabat uzun illərdi onun çarpayısının yanına stul, stulun üstünə dəftər-qələm, bir stəkan da su qoyurdu gecələr. Mirzə dəftəri vərəqlədi. Dəftər boş idi. Bu gecə də heç nə yazmamışdı. Mirzənin şairliyi həvəsdi, heç kənddə çox adam bilmirdi ki, şeir yazır. Özü dəmiryolçuydu, üç il qabaq təqaüdə çıxmışdı. Belə çox şeir yazmışdı, onların da çoxusu itib-batmışdı. Əldə-ovucda qalanı yığıb balaca kitabça çap etdirmişdi beş-altı il qabaq. İçində iyirmi üç dənə şeir, bir dənə də kiçik poema. Satış üçün nəzərdə tutulmayan, ancaq yaxın qohum-qardaşa payladığı əl boyda kitabça…

.....

– Toyuqların dəni qurtarıb. Bir az buğda alım.

– Pis deyil. Özümüzə çatır. Sən hardan gəlirsən?

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Yer üzündə axırıncı gecə
Подняться наверх