Описание книги
1920-ci il hadisələrindən sonra xaricə mühacirət etmiş bir sıra siyasət adamları (eləcə də İkinci Cahan hərbindən sonra siyasi motivlərlə Avropada qalmış soydaşlarımızdan bəziləri) özlərindən sonra milli tarixçiliyimiz üçün dəyərli xatirə yazıları qoyub getmişlər. Bu qaynaqların heç də hamısı Anavətəndə işıq üzü görərək ictimaiyyətə çatdırılmayıb. Görkəmli siyasətçi, parlamentin deputatı, sağ eser Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyovun xatirələrini bu kitabda gənclərimizə çatdırmağı özümüzə borc bilirik.