Читать книгу İşdən çıxarmaq - Коллектив авторов, Ю. Д. Земенков, Koostaja: Ajakiri New Scientist - Страница 1

Оглавление

HARVARD BİZNES MƏKTƏBİNİN NƏŞRLƏRİ


İŞDƏN ÇIXARMAQ

Məsləhət kitabı


1


Hər gün qarşılaşdığınız

problemlərə mütəxəssis baxışı


1


İÇİNDƏKİLƏR


Təlimçinin məsləhəti: İşdən çıxarmağa ustalıqla

yanaşmaq ...............................................................................................................................

İşdən çıxarmaq haqqında niyə informasiya almalıyıq? ...................................

İşdən çıxarmalar nə zaman baş verir? ....................................................................

İşdən çıxarmalarla bağlı duyğular hansılardır? ..................................................

İşdən çıxarmaların hüquqi tərəfləri nədir? ..........................................................

Duyğusal təsirlər haqda məlumatlı olmaq .............................................................

İşdən çıxarmanın əsaslarını başa düşmək .............................................................

İşçini nə zaman dərhal işdən çıxara bilərsiniz? ...................................................

Prosesi nə zaman sənədləşdirib əməliyyatı həyata keçirə bilərsiniz? .....

İşçini nə zaman işdən çıxara bilməzsiniz? ............................................................

Qərara gəlmək ......................................................................................................................

Tədbirli hərəkət etmək ....................................................................................................

İşdən çıxarmağa variantlar axtarmaq ......................................................................

İşdən çıxarmağı peşəkar şəkildə izah etmək ........................................................

İşdən çıxarma ilə bağlı qəbula hazırlaşmaq ..........................................................

İşçinin performans problemlərini sənədləşdirmək üçün atılacaq yeddi addım Qəbul necə təşkil edilməlidir? ......................................................................................

Qəbul əsnasında nəyi deməli, nəyi deməməlisiniz? ..........................................

İşdən çıxarma ilə bağlı görüşdən dərs almaq .......................................................

İşdən çıxardıqdan sonra hüquqi detalları həll etmək .......................................

Əmək müqaviləsini gözdən keçirmək ......................................................................

İşdən çıxarma səbəblərini sənədləşdirmək ...........................................................

Şəxsin etibarına ziyan vurmaqdan yayının ............................................................

İşdən çıxarma prosesindən sonra komandanıza

liderlik etmək .......................................................................................................................

İş yükünü yenidən bölüşdürmək ................................................................................

İşdən çıxarma təcrübəsindən dərs almaq ..............................................................

Fərdi və peşəkar inkişafınızı gücləndirmək ..........................................................

Daha geniş baxış imkanları qazanmaq .....................................................................

İpucları və vasitələr ...........................................................................................................


1


Təlimçinin məsləhəti:

İşdən çıxarmağa ustalıqla yanaşmaq

Hansısa işçinin işinə son vermək bir çox idarəçilərin qarşılaşdığı ən çətin və ağır qərarlardan biridir. Belə hallarda hislərə hakim olmaq çətinləşir. Təbii olaraq, idarəçi xoş olmayan bu qərarın hüquqi nəticələrinin necə ola biləcəyi haqda narahatlıq keçirir. Eyni zamanda, işdən çıxarılan işçinin məsləkdaşlarının bu məsələyə necə reaksiya verəcəyi və onun gördüyü işlə kimin məşğul olacağı da idarəçini dərindən düşündürən problemlərdir. İdarəçilər həmçinin bu işdən çıxarılmanın öz performans və davranışlarıyla əlaqəli olub-olmadığı ilə bağlı da narahat olurlar.

Ancaq hansısa işçinin işinə son verilən zaman hiss edilən ciddi narahatlığa baxmayaraq, qərarınızı düzgün şəkildə izah etməyinizin çox faydası var. Bacarıqsız şəkildə tətbiq edilən işdən çıxarma prosesi gözlənilməz nəticələrə səbəb ola bilər. Məsələn, bu vəziyyət ilk növbədə şirkətin etibarına xələl gətirə bilər. Digər tərəfdən də bacarıqlı işçiləri işə cəlb etmək məsələsində öz işinizi də, digər idarəçilərin işini də çətinləşdirə bilərsiniz. Bu hərəkət təşkilat içindəki işçilər arasında güvən və

etibarınızı zədələyər və narazılıqlara səbəb olar. Bütün bu səbəblərə görə, işçilərin işinə son verməyi peşəkar və doğru şəkildə həyata keçirdiyinizdən əmin olmalı, bu istiqamətdə bəzi vacib addımlar atmalısınız. Bunun üçünsə işdən çıxarmaq prosesini hərtərəfli bilməlisiniz. Qərarı necə verəcəyiniz, işdən çıxarmaq üçün görüşə necə hazırlaşmağınızdan tutmuş, görüşdə nələr deyəcəyinizdən və

görüşdən sonra komandanıza necə liderlik edəcəyinizə qədər.


Hansısa işçinin işinə son vermək heç zaman asan olmamışdır və hər işə son vermə prosesi ciddi nəticələr çıxarmaq üçün fürsət yaradır. Ancaq bu bələdçidə təklif edilən təcrübələri istifadə edərək, həmçinin şirkətinizin insan resursları departamentinin və hüquq məsləhətçisinin tövsiyələrinə

əsaslanaraq ən yaxşı nəticə əldə etmək şansınız olacaq. İşdən çıxarma prosesini ustalıqla idarə

etdiyiniz zaman firmanızın nüfuzuna xələl gəlmir və siz vəziyyətin sıxıntılı olmasına baxmayaraq, komandanızı irəliyə istiqamətləndirə, həmçinin şirkətinizi hüquqi məsuliyyətdən qoruya bilərsiniz.

Bu isə rəqabət dolu bazar mühitində uğurun arxasınca düşən hər bir təşkilat üçün olduqca ciddi nəticələrdir.


Suzan Alvey, Təlimçi

Doktor Alvey Massaçuset Kembricdə təşkilati inkişaf və liderlik inkişafı məsləhətçisidir. Doktor Alvey insan strategiyalarının ticari strategiyaları dəstəkləməsini təmin etmək, təşkilati prosesləri ən düzgün şəkildə

istiqamətləndirmək, quruluş, rol və təşviqləri eyni səviyyədə saxlamaq üçün idarəçilərlə iş aparır. Əvvəllər

“Harvard Business School Publishing”in tərkibində təhsil və təşkilati inkişaf mövzularında liderlik etmişdir və

indiyə qədər də Babson Kollecinin MBA proqramında təhsil verməklə məşğuldur.


1


Stever Robbins, Təlimçi

Stever Robbins son otuz ildə doqquz yüksək böyüməli yeni başlanğıc və üç böyük xalqla iş təcrübəsi yaşamış

alimdir. Harvard Biznes Məktəbinin liderlik və Təhsil proqramlarının yenidən layihələndirilməsi ilə bağlı layihə

komandasında çalışıb və hələ də maliyyə xidmətləri, yüksək texnologiya və sağlam qidalanma kimi müxtəlif sektorlardakı idarəçilərə məsləhətçilik edir. Entrepreneur. com və “HBS Working Knowledege”da köşələri dərc olunan Stever radio, televiziya və yazılı mətbuatda da tez-tez görünür.

1


İŞDƏN ÇIXARMA PROSESİ:

ƏSAS MƏLUMATLAR

1


ÇƏTİN AN


1


Heç kəs bəd xəbəri çatdıran tərəf olmaq istəməsə də, idarəçilər bəzən performansı normal səviyyədə olmayan hansısa işçini işdən çıxarmaq məcburiyyətində qalırlar.

Bu, bir idarəçinin həyatında ən çətin və ağır vəzifələrdən biri ola bilər. Əslində bununla bağlı keçirilən hisslər, aparılan ciddi hüquqi prosedurlar idarəçilərin çoxunun müzakirə etmək istəməyəcəyi qarışıq və gərgin məsələlərdir.


İŞDƏN ÇIXARMAQ HAQQINDA NİYƏ İNFORMASİYA ALMALIYIQ?


Təəssüf ki, işdən çıxarılma prosesi iş həyatının ayrılmaz faktlarından biridir. İşdən çıxarmaq haqqında müəyyən şeylər öyrənmək istəməyən idarəçilər bu vəziyyəti düzgün izah edə bilməmək riskinə girirlər. Və uğursuz şəkildə həll edilən işdən çıxarılma prosesi aşağıdakılara səbəb ola bilər:


 İdarəçinin etibarına və peşəkar nüfuzuna qalıcı şəkildə zərər verə bilir;

 Peşəkar işçilərin diqqətini çəkib işə götürməyi çətinləşdirəcək şəkildə şirkətin sektordakı etibarını zədələyir;

 Məhkəmə proseslərinə yol açır;

 Təşkilat daxili etibarı və ovqatı zədələyir;

 Bazarda asanlıqla iş tapa biləcəklərini bilən yüksək performanslı şəxsləri şirkətdən çıxmağa təşviq edir.


İşçilərin işinə son vermək mövzusunda nə qədər çox şey bilsəniz, bu vəziyyət ortaya çıxdığı təqdirdə onu izah etmək üçün bir o qədər hazırlıqlı olursunuz.


TERMİNİ İZAH ETMƏK

İşdən çıxarmaq işindəki performans, davranışındakı çatışmazlıqlar, ya da problemlər səbəbi ilə

hansısa şəxsin şirkətdəki vəzifənsinə son verməkdir.

“İşdən çıxarmaqla bağlı istiqamətlər” adlı cədvəl işdən çıxarmaların başlıca xüsusiyyətlərinin xülasəsidir.


İŞDƏN ÇIXARMAQ

İşdən çıxarmaq

Подняться наверх