Читать книгу Dissident sorağında (1956-1986) - Əli Şamil - Страница 2
ОглавлениеAzərbərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 1980 – 1988-ci illərdə sədri olmuş general Ziya Yusifzadənin 1999-cu ilin noyabrında ANS televiziyasındakı çıxışından:
“Niyə sizin verdiyiniz məlumatlarda Azərbaycanda dissident olduğu göstərilmir? Halbuki ölkəni dissidentlər bürü-müşdür. Siz tərəfdənsə hər şey hamar və yaxşı göstərilir”.
Viktor ÇEBRİKOV,
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
(1950-ci ildə Dnepropetrovsk Metallurgiya İnstitutunu bitirən V.Çebrikov bir il sonra rayon partiya komitəsi sənaye şöbəsinin müdiri işləməyə başlamışdır. 1958-ci ildə şəhər partiya komitəsinin ikinci, 1961-63-cü illərdə birinci, 1964-67-ci illərdə vilayət partiya komitəsinin ikinci katibi işləmişdir. 1967-ci ildə onu Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər işə göndərmişlər. 1982-ci ilin yanvarında birinci müavin, dekabrında isə sədr təyin edilmişdir. 1988-ci ildə Sov.İKP MK-ya katib və partiya komissiyasına sədr seçilmişdir. 1991-ci ildən sonra müğənni İosif Kobzona cangüdənlik etmişdir).