Читать книгу Uşaqların səlib yürüşü - Марсель Швоб - Страница 2
Cüzamlının hekayəsi
ОглавлениеƏgər sizə dediklərimi başa düşmək istəyirsinizsə, onda bilin ki, başım ağ örtüklə örtülüb. Artıq üzümün nə vəziyyətdə olduğunu bilmirəm, amma əllərimdən qorxuram. Əllərim xallı, bozumtul-göyümtül heyvan kimi qabağımca qaçır. Onları kəsmək istəyərdim. Əllərimin toxunduğu əşyalardan utanıram. Mənə belə gəlir ki, əllərim dərdiyi qırmızı meyvələri ağarmağa, yerdən qopartdığım göyərtiləri solmağa məcbur edir.
Domine ceterorum, libera me!1
Xilaskar mənim günahlarımı bağışlamadı. Mən qiyamətə qədər unudulmuşam. Başqaları öz aydın və təmiz bədənləri ilə diriləndə, mən qara daşın üstündə oturub soyuq Ay işığına bürünmüş qurbağa kimi iyrənc dərimə məhkum qalacağam. Domine ceterorum, fac me liberum: leprosus sum.
1
Başqaların Tanrısı, məni xilas elə! (lat.)