ATAMIN BAVULU

ATAMIN BAVULU
Автор книги: id книги: 2602526     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 159,28 руб.     (1,56$) Читать книгу Купить и скачать книгу Купить бумажную книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Qanun nəşriyyat Дата добавления в каталог КнигаЛит: ISBN: 9789952265743 Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 16+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

“Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi”. Orxan Pamuk 2006-cı ilin dekabr ayında, İsveçin paytaxtı Stokholm şəhərində Nobel ədəbiyyat mükafatını alarkən “Atamın bavulu” adlı nitqlə çıxış etdi. Pamukun otuz ilik yazıçılıq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu duyğusal çıxış bütün dünyada böyük əks-sədaya səbəb oldu. Yazmaq və yaşamaq mövzusunda köklü bir mətn olan “Atamın bavulu”nu eyni mövzuları və dərdləri fərqli prizmadan toxunduğu iki başqa mükafat nitqi ilə birlikdə nəşr edirik. Pamukun ABŞ-da çıxan World Literature (“Dünya ədəbiyyatı”) jurnalı tərəfindən verilən “Puterbaugh mükafatı”nı alarkən 2006-cı ilin aprel ayında etdiyi çıxış – “Nəzərdə tutulan yazar” – yazarlıq psixologiyasının Pamuk tərəfindən izahıdır. Pamukun “Alman Kitabçılar Birliyi” tərəfindən verilən “Sülh mükafatı”nı 2005-ci ilin oktyabr ayında alarkən etdiyi “Qarsda və Frankfurtda” adlı çıxışı isə roman yazarının özünü başqalarının yerinə qoyma gücünü və bu insani bacarığın siyasi nəticələrini özündə əks etdirir. Kitaba yazıçının bütöv gördüyü bu üç çıxışdan başqa, 2008-ci ilin oktyabr ayında Türkiyədə çıxan “Milliyyət” qəzetində nəşr olunmuş “Mənim türk kitabxanam” adlı maraqlı yazısı da əlavə olunub. “Atamın bavulu” yazarlıq nədir, nə üçün yazırıq, həyat və yazmaq, yazarlıq səbri və roman sənətinin sirləri üzərinə yazılmış dəyərli bir kitabdır.

Оглавление

Орхан Памук. ATAMIN BAVULU

Atamın bavulu

Nəzərdə tutulan yazar

Qarsda və Frankfurtda

Orxan Pamukun kitabxanası

Mənim türk kitabxanam

Отрывок из книги

Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi. Həmişəki zarafatcıl ədası ilə məndən onları ölümündən sonra oxumağımı xahiş etdi. Utanaraq belə dedi: “Bir bax bəlkə gələcəkdə işinə yarayacaq nəsə olar bavulda. Bəlkə məndən sonra seçər və nəşr etdirərsən”.

Yazı otağımda, kitabların arasında söhbət edirdik. Atam sanki ona əzab verən bir yükdən qurtulmaq istərmiş kimi bavulu hara qoyacağını bilmədən yazı otağında dolaşmağa başladı. Sonra əlindəki bavulu gözə çarpmayan bir yerə qoydu. Bizi utandıran bu unudulmaz an bitər-bitməz ikimiz də hər zamankı rollarımıza, həyatı daha yüngül qəbul edən, zarafatcıl ədamıza geri dönərək rahatlaşdıq. Həmişəki kimi havadan, sudan, həyatdan, Türkiyənin bitib-tükənməz siyasi dərdlərindən və atamın çoxu müvəffəqiyyətsizliklə nəticələnənişlərindən çox da kədərlənmədən danışdıq.

.....

Ailəmdəki yerim məsələsində isə həyatda olduğu kimi ədəbiyyatda da o zamanlar hiss etdiyim əsas duyğu bu “mərkəzdə olmama” duyğusu idi. Dünyanın mərkəzində bizim yaşadığımızdan daha zəngin və cəzbedici bir həyat var idi. Mən və bütün İstanbulda yaşayanlar Türkiyə ilə birlikdə bu həyatın kənarındaydıq.

Bu hissi dünyanın böyük bir hissəsi ilə bölüşdüyümü bu gün də düşünürəm. Eyni zamanda bir dünya ədəbiyyatı mövcud idi və o da məndən çox uzaq idi. Əslində düşündüyüm Qərb ədəbiyyatı idi və biz türklər bunun da kənarında idik. Atamın kitabxanası da bunun doğru olduğunu göstərirdi. Bir tərəfdə çox sevdiyim və sevməkdən əl çəkmədiyim yerli dünyamız İstanbulun kitabları və ədəbiyyatı, digər tərəfdə isə ona heç oxşamayan, oxşamaması bizə həm kədər, həm də ümid verən Qərb dünyasının kitabları. Yazmaq, oxumaq sanki bir dünyadan çıxıb, digərinin fərqliliyi, qəribəliyi və gözəl xəyalları ilə təsəlli tapmaqdı.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу ATAMIN BAVULU
Подняться наверх