Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 49

əzab

Оглавление

ayrılmaq nə qədər çətin

sənə doğma səsdən, sözdən, üzdən…

ayrılmaq nə qədər çətin

səni axtaracaq baxışlardan, gözdən…

ayrılmaq nə qədər çətin

günəşindən, ayından,

qışından, baharından…

ayrılmaq nə qədər çətin

özündən ayrılan kimi…

ayrılmaq nə qədər çətin

hətta səni itirən

lal gecədən belə.


26.10.2012

Gecə xəyalları

Подняться наверх