Читать книгу Qu quşunun yuvası - Talib İbrahimov - Страница 1

Оглавление

Qu quşunun yuvası

Talib İbrahimov

Tərcüməçi: Aslan Quliyev

Hər dəfə sən kitab oxuyanda

əlindəki kitaba görə ağaclar sevinir və

ölümdən sonrakı həyata inanırlar.

Köhlən nəşriyyatı


Buraxılışa məsul:       Nizami Əlisoy

Əsərin orijinal adı:      Гнездо кукушки

Tərcüməçi:             Aslan Quliyev

Redaktor:             Günel Haşımlı

Yekun oxunuş:      Soltan Səmidli


Talib İbrahimov. Qu quşunun yuvası.

Bakı, “Köhlən” nəşriyaytı, 2019, 65 səh.

Qırğız yazıçısı Talib İbrahimov 1940-cı ilin 27 dekabrında Bişkek şəhərində anadan olub. Qırğızıstan Dövlət universitetini və Moskvadakı Ali Ssenari kurslarını bitirib. Əsasən kino sahəsində fə-aliyyət göstərib. Ssenariləri əsasında bir neçə film ekranlaşdırılıb. Həmçinin özü də bir neçə filmə quruluş verib. Yazıçılığa yaşlı vax-tında, təqaüdə çıxandan sonra başlayıb. 2006-cı ildə rusdilli yazıçı-lar arasında keçirilən “Русская Премия” mükafatının laureatı olub (“Qoca və mələk” povestlər toplusuna görə). 2016-cı ilin 25 mayında vəfat edib.

© Köhlən Nəşriyyatı / 2019 ISBN

facebook.com/kohlanpress

instagram.com/kohlanpress

twitter.com/kohlanpress

kohlanpress@gmail.com

055 3599923 / 050 2229511


.

Qu quşunun yuvası

Həmin gün mən vərdiş elədiyim kimi günəş doğ-mamışdan xeyli əvvəl yuxudan oyandım. Səssizcə otaq-dan sivişib çıxdım, hiss olunmadan dəhlizlə keçib, qapı-nı ehtiyatla taybatay açaraq, təbiətin səsləri ilə gicəllən-miş halda artırmada donub qaldım. Gah tez-tez, həris-liklə, gah da tədricən yalnız uzaqdan nəvazişlə və ismət-lə bir-birinə toxunaraq, gah da yenidən bir-birinə to-xunmağa tələsərək, təlaşla, bütün gücləriylə budaqları gövdədən qoparmaq ehtirasıyla alışıb yanaraq, yarpaq-lar ağaclarda lərzəyə gəlir, otlar güclə eşidiləcək tərzdə, nəfəsini tutaraq xışıldayır, sərçələr şənlənərək səsləri gəldikcə şirin-şirin və fədakarcasına cikkildəşirdilər.

İlahi, bəlkə də mən sübhdən oyanıb, otağın darıs-qallığından göyün hüdudsuzluğunun altına çıxmaq və artırmada bir anlığa günəş şəfəqləri kimi parlaq sevinclə donub qalmaqdan ötrü yaşayıram. Yalnız bir anlığa. Sonra isə səslərin müxtəlifliyi, səslərin çoxluğu, günəşin ovsunlayıcı hərəkəti və günün sakitcə sona çatması. Sonra isə mənim sabaha qədərki boz, fərəhsiz həyatım. Mən gərginliklə dartınmış boynumu fırlayıb sərçələri təqlid eləyərək cikkildədim. Əlbəttə, mənim səssiz ürə-yim və boğazım yalnız yeməyi içəri ötürmək üçün yara-dılıb, daha səs çıxartmaq üçün yox, amma sübhün bol səslərinə öz səsini qatmağı təsəvvür eləmək necə də şi-rindir. Əgər kimsə mənim gücsüz gücənmələrimi görər-sə gülməli görünməyim deyə özümü cuşə gətirmədim. Mən sadəcə gülümsədim – mənə belə yaxşı idi.

Arxacı açdım, gecə ərzində yorulub əldən düşmüş qoyunlar həyətə səpələndilər. Mən onları dağın ətəyinə doğru qovdum, adəti üzrə çoban ordan sürünü otlağa aparırdı.

Balaca təpənin üstündə iki qoca oturmuşdu, yanla-rında qoyunlar otlayırdı. Onlar da sürünü gözləyirdilər. Həmişə olduğu kimi gözlərini mənə zillədilər. Mən baş əydim, baxışlarımı endirdim, onların bütün sonrakı da-nışıqlarını eşitməyə məhkum edilmiş halda gözləyirdim.

– Salam, əzizim! – qocalardan biri cavab verdi.

– Salam, gözəlçə! – digəri dilləndi.

– Sən necə də şuxsan!

– Ona da olmasa, kimə şirin söz lazımdır…

– Bizim hər birimizə şirin söz lazımdır.

– Ona məxsusən, – ikinci qoca köks ötürdü.

– Niyə? – birinci qoca gözlərini qıydı.

– Onu Allah cəzalandırıb – laldır… Doğrudu, eşi-dir, amma hər halda dərdi böyükdür…

– Bəs bizim çərənləməyi bacarmağımızın nə faydası var?

– Sən qəribə adamsan…

– İnsanların başına bəla öz dillərindən gəlir, – bi-rinci qoca gülümsədi. – Belə ki, yaxşı düşünsən, onun xoşbəxt adam olduğunu görərsən.

– Sən də belə xoşbəxt olsaydın.

Birinci qoca sözünü deyərkən çeçəyib öskürdü. Sonra onlar səssizcə oturdular, bəd dillərin insanın başı-na gətirdiyi bəlalar haqqında kədərli xatirələrə daldılar.

– Mən bilirəm sən onunla niyə mehriban rəftar elə-yirsən, – birinci qoca hiyləgərcəsinə gözlərini qıydı. Gö-rünür revanş hərisliyi onun qocalmaq bilməyən heysiy-yatına rahatlıq vermirdi.

– Çərənləmə!

– Bilirəm. Bilirəm, niyə ah çəkirsən… – birinci qoca mənalı tərzdə sözünü uzatdı.

– Niyə? – ikinci qoca sadəlövhcəsinə soruşdu.

– Sən onu yoldan çıxartmaq istəyirsən! – ikinci qo-ca qalib halda səsləndi.

– Ox!… Utanmaz it!.. Sən necə belə danışa bilər-sən?.. – ikinci qoca hirslə dedi və ayağa qalxaraq kənara çəkilib, nifrətlə tüpürdü.

Artıq sürü yaxınlaşırdı, çobanın səsi, qırmancının şaqqıltısı eşidilirdi. Mən qoyunlarımı sürüyə qoşdum və evə qayıtdım. Bir-birlərindən bir qədər aralıda dayan-mış qocalar arxamca boylanırdılar.

Mən evə yaxınlaşanda qardaşım Qasım yoncanı ça-lırdı. O mənə ötəri gülümsədi, mən də ona. Çardağın altına gedib quru çırpılardan sındırdım, ocağa hazırladı-ğım gözlükləri yığaraq kibriti alışdırdım. Çırpılar alov-lanıb yanmağa başladı.

Yanan ocağa baxmağı xoşlayıram. Əvvəlcə alışıb yanan çırpılar gücləri tükəndiyindən sanki sönür, amma iki-üç nazik çırpı alovlanır, çırpıların ətrafından qatı tüstü qalxır, sobanın girişini tutur və birdən alov sevin-cək, qarşısıalınmaz bir güclə çatırdayaraq, sarı-qırmızı rəngli dillərini göstərməyə başlayır, hər şeyə qalib gələn əsl alov. Mənə bu proses həmişə nəyisə xatırladır, amma nəyi – başa düşə bilmirəm.

Birdən ququ quşu quqquldadı. Bir, iki, üç… Sonsu-za qədər.

Şəfqətlə və qüssəli bir uzaqlıqda sanki əlçatmayan bir müdrikliyin zirvəsindən artıq açılan səhərə şəfəq sa-çan günün reallığında diqqətini cəlb eləməyəcək hansı-sa qüssəli həqiqəti xatırladır. Mən quqquldamağa başla-dım, əvvəlcə cəsarətsiz halda, utanaraq, amma özümü mənasız insanlıq xüsusiyyətlərindən ayırmadan, tədri-cən, alışıb yanaraq, fədakarcasına, bütün varlığımla uç-mağa çalışaraq, cəld, gözəl, lap elə kəsilmiş budaqların arasındakı özünü ifadə eləməyi də elə nəfəs almaq kimi bir xoşbəxtlik hesab edən quşa dönürəm.

Qu quşunun yuvası

Подняться наверх