Xeyrin çöküşü

Xeyrin çöküşü
Автор книги: id книги: 2533636     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 218,97 руб.     (2,46$) Читать книгу Купить и скачать книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Köhlən Nəşriyyatı Дата добавления в каталог КнигаЛит: Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 16+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

İnsan irqinin onlarla ilk görüşü o qədər qədimlərə gedir ki, bunu yalnız onlar xatırlayır… Bir vaxtlar özlərinə tanrı deyən uzun ömrlü canlıları düşünün… İki böyük ordunun bir gecəlik qanlı döyüşünü… Günəşin kölgəsində gizlənən düşməni, gecənin qaranlığında görünən qanlı ölümü düşünün… Və bütün bunların ardında öz növbəsini gözləyən Qaranlıq Hökümdarı gözləyin… Hadisələr tarixə, tarix miflərə, miflər kitablara dönüşdü… heç kimin inanmadığı kitablara…

Оглавление

Zaur Pənahov. Xeyrin çöküşü

Başlanğıcda

1. Tərk edİlmİş sığınacaq

2. Sİrlİ qoca

3. Qatİl

4. Üçüncü göz

5. Nakra cİnayətİ

6. Qarətçİlər

7. Xarp şəhərİ

8. Şübhə

9. Ekro sİrlərİ

10. Nəfəs qədər yaxın

11. Qaçış

12. Ağ vİdra

13. Təlİm

14. Kölgə ovçuları

15. Yarımqan qatİlİ

16. Qara atəş

17. Xarabalıq

18. Naməlum döyüşçü

19. Sərhəddən 8 gün uzaq

20. Aqrenİn yuxusu

21. Müəmmalı atlılar

22. Bəzən düşmən daha səmİmİdİr

23. Vİdra hücumu

24. İzakelemİn

25. Yeraltı Şəhər

26. Hədəfə son addım

27. Tanrıların erası

Отрывок из книги

Nəm çəmənlikdə uzanaraq ulduzlara baxırdı. Böcəklərin nəğməsi gözəl bir ahənglə bütün ovalıqda əks olunurdu. Arabir üzərindən əsən sərin meh, qısa otları qulağına və üzünə vurur, belini isladan şeh bəzən üşüməyinə səbəb olurdu. Sonra kiçik, dolu əllərini qaldırıb onlara baxdı. Bədən ona aid deyildi. Sanki başqa bir nəfərin, bir uşağın bədəni ilə hiss edir, ətrafını onun gözləri ilə görürdü. Böyük bir ovalığın ortasında heç bir müdafiəsi olmayan evin on addımlığında uzanmışdı. İçində qəribə bir hiss vardı. Amma onu daha çox ulduzlar maraqlandırırdı. Qısa müddət sonra bir qadın onu çağırdı. "Akun!" deyirdi qadın təlaşla, "Akun, bura gəl, tez ol!"

Ayağa qalxaraq qadına doğru, bir neçə addım atdı və dayandı. Aqren içində olduğu bədəni idarə edə bilmirdi. Nə qədər çalışsa da qadına tərəf qaça bilmirdi. Bu gecənin nə ilə nəticələnəcəyini bilsə də içində olduğu bədən yalnız gülümsəyirdi. Birdən həmin səs yüksəldi. Ac vidranın ulama səsi. Səsləri ilə qulaq batıran böcəklər artıq susmuşdu. Sanki, küləklər də yaxınlaşan təhlükədən qorxaraq sakitləşmişdilər. Qadın qorxu ilə Aqrenə doğru qaçaraq onu qucağına aldı. Ancaq artıq çox gec idi. Aqren qadının qollarından yıxılan an gözlərinə ani qaranlıq çökdü ancaq ayağa qalxmağı çox çəkmədi. Gözlərinin gördüyü reallığa inanmaq çətin olsa da vidralar qadını tutmuşdular. Qadın nəfəsinin imkan verdiyi qədər möhkəm çığırırdı: "QAÇ, OĞLUM!.. QAÇ!" Ancaq Aqren yerindəcə dayanmışdı. Qorxudan ayaqları tutulmuşdu. Qadının vəhşicəsinə diri-diri necə parçalandığına baxırdı. Onun qanının vidraların ağız və pəncələrini necə boyadığına baxırdı. Qısa müddətdə qadının səsi tamam kəsildi. O artıq ölmüşdü. Vidralardan biri Aqrenə baxdı…

.....

“Narahat olma. Sənə istiqamət verərəm.”

Aqren mübahisə etməyin bir mənası olmadığını anlayıb “Yaxşı,” dedi. Girişə yaxınlaşaraq gözlərini yumub fikrini cəmlədi. Yalnız, onun kimilərin sahib olduğu bu bənzərsiz gücdən istifadə etmək Aqrenin heç vaxt xoşuna gəlmirdi. Ruhunu bədənindən ayırmaq həm yorucu, həm də təhlükəli idi.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Xeyrin çöküşü
Подняться наверх