Həyat sandığı

Həyat sandığı
Автор книги: id книги: 2533637     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 328,45 руб.     (3,2$) Читать книгу Купить и скачать книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: Köhlən Nəşriyyatı Дата добавления в каталог КнигаЛит: ISBN: 9789952833157 Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 16+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Üçlüyün ölümündən artıq beş il keçib. Çöküşdən sonra baş qaldıran qazza üsyanı, Elion tərəfindən basdırılsa da, Draqzin və Zeldan gizlənə bilmişdi. İndi isə, hər kəsi gündən-günə daha dərin qorxuya salan bir həqiqət var idi. Əsrlərdir tanınan ən qəddar düşmən, az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi. Elionun yaratdığı yeni dəstəyə daxil olan Eçso, dəstə üzvləri ilə birgə Draqzini öldürmə tapşırığı alır. Lakin yola çıxmazdan əvvəl, təxmin belə etmədiyi həqiqətləri öyrənir. Elionun illərdir onu hər kəsdən qorumağının, hətta onun özündən gizli saxladığı bir səbəbi var idi. Hansı ki, Draqzin də bilirdi bunu. İlk görüşlərində “Etibar etdiklərinin əsl üzünü görən zaman, səni gözləyəcəm,” demişdi qaranlıq şahzadə.

Оглавление

Zaur Pənahov. Həyat sandığı

Başlanğıcda

1. Oringen sınağı

2. Qaydaları poz və yaşa

3. Həqiqət yoxsa yuxu

4. Eliondan məktub

5. Keçmişin izləri

6. Qovulmuş nakra yoxsa metha

7. Daha çox mara

8. Qarlı qış

9. Draqzinin ruhu

10. Dəyərli döyüşçü

11. Qaranlıq ruhlar mağarası

12. Qorxu çayı

13. Arxamdakı kölgə

14. Quduz vidralar

15. On bir adanın ruhu

16. Tanrıların qəzəbi

17. Cənnət keşişləri

18. Şərabdan sonrakı gün

19. Gizli müqavilə

20. Amun Ranın intiqamı

21. Fəaliyyət azadlığı

22. İnsan üçün ölüm, yeni bir başlanğıcdır

23. İllüziya dairəsi

24. Yaşıl ulduz

25. Mühafizəçi arpafinlər

26. Kor döyüşçü

27. Ölüm sandığı

Отрывок из книги

Eçso, ağrı içində dizləri üzərinə qalxıb ağzını dolduran qanı daddı. Nəfəs almaqda çətinlik çəkirdi. Bir neçə uğursuz cəhddən sonra çətinliklə də olsa ayağa qalxdı. Qaranlıq çökmüş gözləri hələ yeni görməyə başlamışdı. Dərin bir səssizlik çökmüşdü qaranlıq meşəyə. Nə göy üzü görünürdü, nə də bir neçə qurumuş ağacdan sonra meşənin qalanı. Yalnız o vardı… o və Eçso.

"Özünə bir bax," deyirdi o, üzü örtülmüşdü, səsi tanış deyildi. "Nə etdiyini özün də bilmirsən. Nə üçün mübarizə apardığını, nə üçün… seçildiyini."

.....

Gəldiyi yolla geri qayıdan Eçso, bir neçə küçə uzaqlıqdan gələn səslərə qulaq verdi. Səslər heç şübhəsiz boğuşan iki vidradan gəlirdi. Ara küçələrlə yaxınlaşaraq işıq kürəciyini söndürdü və ehtiyatla evlərdən birinin arxasında gizləndi. Gözləri qaranlığa hələ öyrəşmədiyi üçün demək olar ki, heç nə görmürdü, yenə də səsin gəldiyi yerə işıq tuta bilməzdi. Ehmalca başını çıxarıb səsin gəldiyi boş qaranlığa baxdı. Ara-bir parıldayan selikli vidra bədəni və ağaran dişləri xaricində heç nə görmürdü.

Vidralar şiddətlə boğuşur, keçən hər dəqiqə daha qudurğan səslər çıxarırdılar. Eçso gözünü çəkib geri söykəndi. Çox yaxınlaşdığını hiss edirdi. Heç şübhə yoxdur ki, burdakı vidralar kanalizasiya sistemində yaşayırdılar və ora gedən yolu ən yaxşı onlar bilirdi. Silahlarını tapmaq üçün yuvasına gedən bir vidranı təqib etmək kifayət idi. Boğuşma səsləri vidralardan birinin şiddətlə zingildəməyindən sonra azaldı. Eçso evin arxasından ehtiyatla başını çıxararaq yenidən baxdı. Nisbətən daha yaxşı görürdü. Vidralardan biri yerə çöküb sanki mərhəmət diləyirdi, qalib gələn məxluq isə yuxarıdan aşağı təhdidlə mırıldayırdı.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Həyat sandığı
Подняться наверх