Читать книгу İzabel üçün mandala - Antonio Tabukki - Страница 6

Qeyd şəklində əsaslandırma

Оглавление

Bu kitabın başlıca hərəkətverici qüvvəsi özəl vəsvəsələr, çay sularının öz çınqıllarını aşıladığıtək zamanın gəmirdiyi, ancaq dəyişdirmədiyi şəxsi təəssüflər, həqiqətə uymayan xəyallar və reallığın qeyri-adekvatlığıdır. Ancaq bir yay gecəsi gördüyüm, öz rəngli tozları ilə çılpaq daş üzərində mənim üçün Şüur mandalası çəkən qırmızı geyimli rahibin də buna təsiri olduğunu inkar edə bilmərəm. Həmin gecə Hölderlinin mütaliəsinə vaxt ayıra bilmədiyim üçün bir aydan bəri çamadanımda gəzdirdiyim qısa yazısını oxumağa fürsət tapdım. O gecə – ay sonuncu mərhələsini başa vurmazdan öncə Hölderlindən oxuyub altından xətt çəkdiyim sözlər bunlar idi: “Əslində, hədəfi ürək üçün maraqlı olmayan zamanın faciəvi, üzücü gedişi zamanın sürəkli ruhunu son dərəcə ifratçılıqla izləyərək özünü sonra vəhşicəsinə göstərir; çünki o, insanlara günün ruhu kimi rəhm etmir, özünü qəzəbin əbədiyaşar və yazılmamış ruhutək, ölülər səltənətinin ruhu kimi təqdim edir”[4].

Yaşı əllini adlamış bir yazıçının bu qədər kitab çap etdirdikdən sonra yazılarındakı macəralara haqq qazandırmağa ehtiyac duyması qəribə görünə bilər. Bu mənim özüm üçün də maraqlıdır. Və əgər söhbət dünya qarşısındakı hansısa günah hissindən və ya, sadəcə, dərin bir hüznün məhrumiyyətindən gedirsə, onda, yəqin ki, mən bu problemi hələ həll etməmişəm. Təbii, digər fərziyyələr də mümkündür. Qeyd etmək istəyirəm ki, həmin o yay gecəsi xəyallarımda Napoliyə uçmaq mənə qismət oldu. Çünki o uzaq göy üzündə bədirlənmiş Ay var idi. Özü də qırmızı Ay.

A.T.

4

Yohann Xristian Fridrix Hölderlinin (1770–1843) “Empedoklesin səbəbi” mətnindən (alm.).

İzabel üçün mandala

Подняться наверх