Ağ diş

Ağ diş
Авторы книги: id книги: 2524515     Оценка: 0.0     Голосов: 0     Отзывы, комментарии: 0 167 руб.     (1,63$) Читать книгу Купить и скачать книгу Купить бумажную книгу Электронная книга Жанр: Правообладатель и/или издательство: JekaPrint Дата добавления в каталог КнигаЛит: ISBN: 978-9952-8252-9-9 Скачать фрагмент в формате   fb2   fb2.zip Возрастное ограничение: 16+ Оглавление Отрывок из книги

Реклама. ООО «ЛитРес», ИНН: 7719571260.

Описание книги

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir..

Оглавление

Джек Лондон. Ağ diş

Birinci hissə. VƏHŞİ

1. YEMƏK HƏSRƏTİNDƏ

2. DİŞİ CANAVAR

3. ACLIQ HARAYI

İkinci hissə. VƏHŞİNİN DOĞULMASI

1. CANAVAR DÖYÜŞÜ

2. YUVA

3. BOZ CANAVAR BALASI

4. DÜNYANIN DİVARI

5. OV QANUNU

Üçüncü hissə. VƏHŞİNİN ALLAHLARI

OD YANDIRANLAR

2. KÖLƏLİK

3. TƏNHALIQ

4. ALLAHLARIN DALINCA

SAZİŞ

6. ACLIQ

Dördüncü hissə. QADİR ALLAHLAR

1. DÜŞMƏN

2. DƏLİ ALLAH

3. NİFRƏT

4. CAYNAQLI ÖLÜM

5. İNADKAR

6. MƏHƏBBƏT DƏRSİ

Beşinci hissə. ƏHLİLƏŞMİŞ CANAVAR

1. UZAQ SƏYAHƏT

2. CƏNUB TORPAĞINDA

3. ALLAHIN MÜLKÜ

4. XEYİRXAHLIQ ÇAĞIRIŞI

5. YATMIŞ CANAVAR

Отрывок из книги

Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındakı qarı çırpmışdı və indi onlar bir-birinə söykənərək ala-toranlıqda daha məşum görünürdülər. Ətrafı dərin sükut bürümüşdü. Heç bir həyat nişanəsi yox idi. Hava soyuq, şaxtalıydı və bu tənha səhralıqda hökm sürən sükutu kədərli adlandırmaq olmazdı. Ən dəhşətlisi bu idi ki, qulağa qaqqıltı səsi dəyirdi. Yaman qorxunc səs idi. Fərəhsiz səs elə bil qədim sfinkslərin şaqqanağına bənzəyir, buz kimi adamı dondururdu. Dünyanın ətəyindən sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndlə gülürdü; həyatın mənasız, mübarizənin faydasız olduğuna gülürdü. Bura kimsəsiz, tənha bir yer idi, qəlbi də, iliyi də donmuş uzaq şimal çölləriydi. Lakin belə şaxtalı, tənha çöllərdə də canlılar gözə dəyirdi. Minik itləri qoşulmuş kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pırtlaşıq tüklərini qırov basmışdı. Nəfəsləri buxarlanıb havada donur, sonra büllur dənəciklərə dönüb yerə tökülürdü. İtlərin boynuna dəri xaltalar keçirilmişdi, qoşquya bağlanmış qayışlarla onlar kirşəni dartırdılar. Tozağacının qalın qabıqlarından düzəldilmiş kirşə qarın içinə otururdu. Kirşənin qozlası yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu ona görə etmişdilər ki, o, qabağına çıxan yüngül qar təpəciklərini basıb əzsin. Kirşədə qayışlarla möhkəm bağlanmış uzunsov bir yeşik gözə dəyirdi. Orada pal-paltar, balta, qəhvədan, tava da vardı. Amma kirşənin yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox cəlb edirdi.

İtlərin qabağında xizəkli adam zorla addımlayırdı. Lap arxadan ikinci adam gedirdi. Üçüncü adam da vardı. Amma o, kirşənin içindəki həmin ensiz, uzunsov yeşikdə uzanmışdı və onun üçün dünyanın bütün məşəqqətləri birdəfəlik qurtarmışdı. Çünki şimalın tənha hikməti onu məğlub etmişdi. Elə əyib sındırmışdı ki, hərəkətsiz uzanmış, döyüşü mübarizəsiz dayandırmışdı. Soyuq şimal hərəkəti sevmir. O, həyatın əleyhinədir, çünki həyat hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir; dənizə axmaq istəyən suları dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sındırır. Çünki insan dünyanın ən yırtıcı məxluqudur! Çünki insan – bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır.

.....

– Bill, sən lap dəymədüşər olmusan. Əvvəllər belə deyildin. Az danış, yat, səhər onsuz da durub deyəcəksən ki, heç nə olmayıb. Vallah, mədən ağrıyır sənin, ona görə narahatsan…

Onlar ağır-ağır nəfəs alaraq bir yorğan altında yanaşı yatmışdılar, Ocaq öləzimişdi və işıldayan gözlərin dairəsi adamların gecələdiyi düşərgəyə tuşlanaraq getdikcə daha da yaxınlaşırdı.

.....

Добавление нового отзыва

Комментарий Поле, отмеченное звёздочкой  — обязательно к заполнению

Отзывы и комментарии читателей

Нет рецензий. Будьте первым, кто напишет рецензию на книгу Ağ diş
Подняться наверх