Читать книгу Güclü olmaq istəyirəm - Сергей Довлатов, Сергей Донатович Довлатов - Страница 2
Mənim yazıçım
ОглавлениеSergey Dovlatov 1941-ci il sentyabrın 3-də Rusi-yanın Ufa şəhərində anadan olub. Atası yəhudi, anası erməni əsilli olub. Dovlatov anasının soyadı ilə tanı-nır. Atası teatr rejissoru, anası isə bədii korrektor idi.
Dovlatov özü elə də böyük bədii istedadının olma-sına baxmayaraq, Leninqrad Dövlət Universitetinin fin dili filologiyası fakültəsinə 1959-cu ildə qəbul olur, lakin iki ildən sonra pis oxuduğuna görə universitet-dən qovulur.
Üç il orduda qulluq edir və Dovlatovun yaxın dos-tu nobelçi şair İosif Brodskinin dediyinə görə: “Tols-toy Krımdan dönəntək Dovlatov da ordudan qoltu-ğunda bir yığın hekayə, gözlərində isə çaşqın ifadə ilə qayıdır”.
Dovlatov bu dəfə qovulduğu universitetin jurnalis-tika fakültəsinə qəbul olunur, həmin vaxt hekayələr yazmağa başlayır.
1972-ci ildən 1975-ci ilədək Estoniyada yaşayır və orada qəzetlərdə çalışmağa başlayır. “Sovet Estoniya-sı” qəzetində işlədiyi müddətdə rastlaşdığı və qeydə aldığı maraqlı məqamlar sonradan “Kompromis” kita-bına daxil olur.
İlk kitabı olan “Beş künc” əsəri KQB-nin əmri ilə elə nəşriyyatdaca məhv edilir.
1975-ci ildə Leninqrada dönür və orada qəzetdə iş-ləyib, eyni vaxtda da yaradıcılığını davam etdirir. Am-ma heç bir qəzet-jurnal, ya da nəşriyyat onun yazıları-nı qəbul etmir. Dovlatov hekayələrini emiqrant jur-nallarına yollamağa başlayır, həmin vaxt onu SSRİ Jurnalistlər Birliyindən xaric edirlər.
Sergey Dovlatov həmin vaxtdan həyatının sonuna-dək Nyu-Yorkda yaşayır – 1990-cı il 24 avqustadək.
“Amerika, Amerika”
Əvvəlcə arvadı Yelena və qızı Yekaterina, 1978-ci ildə isə Dovlatov özü SSRİ-ni tərk edərək Amerikaya miqrasiya edir. Bu çox asan baş verir. Həmin vaxt dis-sidentlərin çoxu heç bir çətinlik çəkmədən SSRİ-ni tərk edə bilirdi.
“Dağılmaz” ittifaqa bu sərf edirdi. Çünki narazılar ölkədən çıxır, bu yolla da dinc və həyat tərzindən razı olan əhalinin fikrinə təsir edə bilmirdilər.
Amerika isə bir söz və məfhum olaraq xoş səslənsə də, çoxları oraya can atsa da, oraya gedib çıxa bilən hər dissidenti xoşbəxt edə bilməmişdi. Gedənlərin ək-səriyyəti yeni ölkədə ya öz yerini tapmır, ya da heç də zənn etdiyi qədər dahi olmadıqlarını anlayırdı.
Amma Dovlatovun bəxti gətirdi. Onun hekayələri “Nyu-Yorker” jurnalında çap olunmağa başladı, illər boyu yazıb-yaratdığı, amma kitab şəklinə düşə bilmə-miş əsərləri, nəhayət ki, çap olundu. Əsərləri ingiliscə-yə tərcümə olundu. “Yeni amerikalı” qəzetinin baş re-daktoru oldu və bu qəzet emiqrantlar arasında çox məşhurlaşdı.
Dovlatov və onun nəsri
Elə yazıçılar var ki, onları oxuyursan, izaholunmaz zövq alırsan yazdıqlarından, düşüncələrindən, amma təəssüratlarını bölüşməyə söz tapmırsan. Çünki hər bir sözdən ehtiyat edirsən. Qorxursan ki, söz azlıq edə. Hislərinin miqyasını əks etdirə bilməyə.
Dovlatov haqqında yazan insanın yazısını oxumaq azdır, onun haqqında danışan adamın gözlərinin içinə də baxmaq lazımdır ki, o sözlə deyilə bilməyəni gözlər desin.
Dovlatovun realizmi sarsıdıcıdır, itidir, aman ver-məyəndir.
Dovlatovun kinayəli gülüşü nəinki təsvir etdiyi ob-razlara, hətta bütün əsərlərində yaratdığı Dovlatov-obraza da qarşı yönəlib.
Dilinin sadəliyi, eyni zamanda, mükəmməl ruscası Dovlatovu oxunaqlı edən səbəblərdən biridir. Ameri-kada qəzetdə onunla birlikdə çalışan Aleksandr Qenis qeyd edir ki, Dovlatovun rus dilini mükəmməl bilmə-si hamını mat qoyurdu. Amma Dovlatovu oxunaqlı edən tək bu deyil. Dovlatov adi həyatdan, sıravi in-sanlardan, hər addımda rastımıza çıxa biləcək hadisə-lərdən, lakin öz fərqli təhkiyəsi ilə danışırdı. O, nə fəl-səfi fikirlər, nə psixoloji yanaşmalar, nə də ibarəli cümlələrdən istifadə edirdi. Dovlatov, sadəcə, yazırdı və bunu kiməsə bənzəməyə çalışmadan, nəyisə sübüt etməyə can atmadan edirdi.
Mən pessimizmə və depressiyaya qapılmış dostları-ma hər zaman məsləhət görürəm ki, Dovlatovu oxu-sunlar. Dovlatov həyata ironiya ilə baxmağı öyrədir. Ən çətin anlarda, ən dəhşətli mənzərələr önündə insa-nın üzündə ironik bir təbəssümün yaranmasına sövq edən yazıçılardandır o…
Onun istənilən əsərində addımbaşı Dovlatov obra-zına rast gəlirsən. O bu obrazı daha çox uğursuzluğa düçar olmuş, içkiyə aludə, ailə və iş həyatında özünə yer tapa bilməyən bir prototip olaraq təsvir edir. “Zo-na”, “Filial”, “Qoruq”, “Kompromis”, “Əcnəbi qa-dın”, “Çamadan”, “Tamaşa”, “Həyat qısadır” və digər istənilən əsərində mütləq həmin Dovlatov-obraza rast gələ bilərik. Oxucu çox vaxt bu fəndə aldanır, elə sa-nır ki, əsl Dovlatovun həyatını oxuyur, əsl Sergeyin iç dünyasını, yaşantılarını görür və duya bilir. Ancaq bu belə deyil.
Dovlatov həyatda olduğundan fərqli olaraq, əsərlə-rində özünü bir sıra mənfi xüsusiyyətlərlə yükləyib. Hər yazıçı bunu etmək iqtidarında deyil. Dovlatov isə öz-özünü, ailəsini, dostlarını asanlıqla yıxıb-sürüyür. Bu da onun özünə qarşı yönəlmiş ironik baxışından irəli gəlir.
Dovlatov və mən
Təxminən dörd il bundan əvvəl qardaşımın mənə yolladığı bir qucaq dolusu kitab içindən diqqətimi ilk çəkən o vaxtadək oxumadığım Sergey Dovlatov oldu. Diqqətimi necə çəkdisə, “Kompromis” kitabı ilə baş-layıb qısa müddətdə Dovlatovun bütün kitablarını, hətta Amerikada baş redaktoru olduğu “Yeni ameri-kalı” qəzetində özünün yazdığı köşə yazıları və məqa-lələrini də oxudum.
Dovlatov təsirindən hələ uzun müddət çıxa bilmə-yəcəyim müəlliflərdəndir.
Dovlatov mənim kumirimdir və kumirimin bu gün 70 illik yubileyidir. Əlimdən gələn isə yalnız se-vimli yazıçıma bu məqaləni ithaf etməkdir.
Hə. Bir də ki, ad günündə mütləq arzu etmək la-zımdır. Mən də edim…
Qoy Sergey Dovlatovun haradasa gizlədilmiş, heç yerdə çap olunmamış, gün üzü görməmiş əlyazmaları tapılsın… əgər varsa.
Çünki onu oxumaqdan heç vaxt doymayacağam.
Svetlana Turan,
3 sentyabr 2011