Читать книгу Azan gəmilər limanı - Яшар Буньяд - Страница 3
ОглавлениеYaşar Bünyad 1956-cı ildə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. S.M.Qənizadə adına 5 saylı orta məktəbi bitirəndən sonra, təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirib.
1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb. “Azan gəmilər limanı” müəllifin üçüncü kitabıdır. Bundan qabaq “İblis busəsi” (roman) və “Miqrant” (hekayələr) kitabları çap olunub.
Romanda Qismət adlı gəncin taleyindən bəhs olunur. Atası Qisməti müharibədən qurtarmaq üçün Rusiyaya qaçırdır. Müəllif Qismətin timsalında, doxsanıncı illərdə dolanışıq dalınca Rusiyaya gedən minlərlə azərbaycanlının həyat yoluna işıq salır.