Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 5
Darıxan gecə
ОглавлениеBu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.
Bu gecə qonaq ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
03.01.2011