Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 7

Yaradan aparar mənİ

Оглавление

Günlərim qar tək əriyir,

illərim özündən gedir,

ümidim tək işığaydı

o da ki gözümdən gedir.


Özümmü sevim özümü

həsrət məni yoranacan,

zalım fələk, dəymə mənə

qoy yaşayım doyanacan.


Məni görüb hara qaçdın-

qorxma məndən, qorxma, adam,

neyləyim, sizlik olmadım

bu dünyaya tamam yadam.


Daş atmadım özgəsinə,

kor şeytanla ilişkim yox,

Yaradan qoruyar məni

bu yer ilə bir işim yox.


05.03.2011

Gecə xəyalları

Подняться наверх