Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 23

Переводы на азербайджанский язык
Qar yağır

Оглавление

Yadımda dəqiq deyil,

Hansı il, hansı gündə,

«Qar yağır» qışqırardıq,

Pəncərənin önündə.

  Külək nəsə qopardı,

  Qar yağırdı ahəstə.

  Gülə-gülə tutardın,

  Məni qolların üstə.

Qışqırardıq «qar yağır»,

Uşaq sevinci ilə.

Qarsa sakit yağardı,

Beləcə, ildən ilə.

  Hər il qış ərəfəsi,

  Baxıb qara, borana,

  Mənə elə gəlir ki,

  Səs salırıq hər yana.

Bir gün, bir sakit səhər

Ürək sancdı bir təhər.

Sən dünyadan köçmüsən,

Bacım çatdırdı xəbər.

  Telefon susan andan,

   Yenə də qar yağırdı,

    Qışqırmaq istəyirdim,

    Səsimsə çıxmayırdı…

Qış gəldi, qara baxsan,

Ürəyim səni andı.

Kim deyir ki, sən yoxsan,

Yox, yox, bu ki, yalandı.

  Qəlbimdə, canımdasan,

  Sən mənimləsən axır,

  Әzizim, yanımdasan,

  Bax, gör necə qar yağır…


Ruscadan tərcümə Әlviz Әliyev

На семнадцати языках. Переводы произведений Ахадова

Подняться наверх