Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 35
Переводы на азербайджанский язык
Anamın dolması
ОглавлениеDünyada ən dadlı xörək anamın dolmasıdır. Onu anam kimi və yaxud ondan yaxşı heç kim hazırlaya bilməz, çünki, bunun üçün anamın əlləri və ürəkdən gələn həvəsi lazımdır. Odur ki, hamının hətta, mənim də hazırlaya biləcəyim adi dolmaya keçək. Bunun üçün nələr lazımdır? Әvvəla təzə üzüm yarpağı. Anam mənə belə üzüm yarpaqlarını büküb, plastik butılkalara ağzına qədər doldurub, sonra kip bağlayıb göndərib. Onları açmaq üçün əvvəlcə yarpaqları qazana düzüb üstündən qəhvədandan qaynar su tökürəm. Belə onları açmaq asan olur. Әgər təzə üzüm yarpaqlarının mövsümü deyilsə, onda marinadda (yəni sirkəli turşuda) saxlanan yarpaqlardan istifadə etmək olar.. Әgər sizin sizin şəhərdə bazar varsa, orada onlar mütləq olmalıdır.
Yaxşı olar ki, əti özün seçib, məti də özün hazırlayasan. Mənim buna nə səbrim, nə də vaxtım çatmadığından, mən hazır, piysiz mal ətindən hazırlanmış mət aldım. Baxanda təzəyə oxşayır. Mən piyli dolmanı sevmirəm. Bəlkə də kiminsə piyli xoşuna gəlir, amma bu mən deyiləm. Piyin dadı bütün dadları itirir. Ona görə də piyli olanda hətta, dolma belə məndə maraq oyatmır. Baxmayaraq ki, hələ çoxdan, mən məktəbdə oxuyanda anam mənə deyətdi: «Oğlum, mənə belə gəlir ki, mən ilin 365 günü dolma bişirsəm belə, sən sakitcə yeyəcəksən və başqa heç bir yemək istəməyəcəksən.» Bu həqiqətdir. Anam bilir ki, mən onun bişirdiyi, məhz onun bişirdiyi dolmanı necə sevirəm.
Әtin mətinə bir az düyü qatmaq lazımdır. Mən bunu gözəyarı edirəm. Amma deyəsən yaxşı alındı. Düyü də yarma yox, başqa cür deyil, məhs düyü olmalıdır ki, dolmanın içində plovda olduğu kimi düyü düyüdən seçilsin, bir-birinə yapışmış kütlə alınmasın. Sonra mətə lap xırda doğranmış baş soğan, nanə və ya reyhan (əgər varsa hər ikisindən) əlavə edirik. Әlbəttə üyüdülmüş qara istiot və adi xörək duzu da öz yerində. Hazır məti üzüm yarpaqlarına bükürük və çiy dolma alınır. Qazanın dibinə əvvəlcədən iki, üç kiçik sümüklü ətdən qoyuruq. Mən dolmanı mal ətindən hazırladığıma görə sümüklər də mal sümüyü olmalıdır. Sonra isə üstündən dolma düzülür. Dolma hazır olanda mən qatıq və sarımsaqdan sous hazırlayıram. Bunun üçün qatığa öz zövqümə üyğun əzilmiş sarımdaq qatıb, qarışdırıram ki, yaxşı həll olsun. Bəssalam.
Dolmanın üstünə sous əlavə edib yemək olar. Mən bu gün belə elədim. Mən dolmanı yeyə-yeyə anamın hazırladığı cürbəcür, ləziz, ətirli xörəkləri xatırlayıram- içində qurudulmuş bütöv qara gavalı olan, böyük ət kürəciklərindən bişirilmiş iri noxudlu küftə-bozbaş, ətli, şabalıdlı plov, qovurma plov, qovurma səbzə plov, kələm dolması, göyərtidən hazırlanmış sərin dovğa, piti, düşpərə, ləvəngi, əsasən də kütüm-ləvəngi və nəhayət, şirnijjatlar.
Aman tanrım! Təəssüf ki mənə bu şirniyyatları yemək olmaz. Sadə ləb-ləbidən (qoz ləpəsi ilə kişmiş qarışığ), kətəyə, şəkərburaya, paxlavaya, hətta şor-qoğalına qədər. Duzlu olduğundan şor-qoğalından mənə yəqin ki, bir az yemək olar. Sonra isə mən musiqini isə salıram. «Yanıq kərəmi» havası səslənir, çün ki, bu havanı mən uşaqlıqdan sevirəm. Qulaq asıram və kədərlənirəm. Nəyə görə mən tox ola-ola isti yerimdə kədərlənirəm? Özüm də bilmirəm. Bəlkə anam kimi dolma bişirə bilmədiyimə görə? Xeyr, bu belə də deyil. Bəs onda nəyə görə? Deməyəcəm. Sadəcə demək istəmirəm. Bu mənə aiddir. Bağışlayın!..
Ruscadan tərcümə Әlviz Әliyev