Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 37
Переводы на азербайджанский язык
Poeziya duyğuları
ОглавлениеIki: liFFt və Medelvin (Kolumbiya) festivalları haqqında.
O, Qazaxstan Sovet Sosialist Respublikasının paytaxtı Alma-Ata şəhərində anadan olmuşdu. Hələ uşaqlıqdan dərrakəsi və müstəqil xasiyyəti ilə seçilirdi: heç vaxt ağlamazdı, qaytanlara ilgəklər bağlayardı və qədim şərq ağsaqqalları kimi təsbeh kimi cütləyərdi. Nənəsi dəfələtlə balaca Marqaritanın ev əşyalarından səhnələr tərtib etdiyini müşahidə etmişdi. Hərçənd, onlar hər ikisi bilmirdilər ki, bu «qeyri-adi özfəaliyyətin» böyüklər arasında «performans» adlanan müasir incəsənət növü mövcuddur. Bu növdə müvafiq zamanda və müvafiq məkanda yaradıcının və ya yaradıcılar qrupunun hərəkətləri əsərin mövzusunu təşkil edir. O, oxumağa tez, amma sözləri yazmağa gec başladı. Buna baxmayaraq təhsil prosesi uğurlu idi.
1992-ci ildə o, Qazaxstan yazıçılar Ittifaqına özünün ilk poetik toplusunu gətirir. O, həyəcan içində dahi Oljas Suleymenovla görüşü və onun rəyini gözləyirdi. Amma, bu görüş ona yalnız 25 ildən sonra nəsib oldu. 2017-ci ildə Marqarita Al, Oljas Omaroviç Suleymenovla nəinki görüşdü, hətta, Umümrusiya Әdəbiyyat Festivallarının Festivalı LiFFt-in sədri, təşkilatçısı və müəllifi kimi ona Moskvada Mərkəzi Әdəbiyyatçılar binasının zalında festivalın qızıl medalını və «Avrasiyanın birinci şairi şairi» diplomunu təqdim etdi. Oljas Omaroviç isə gülümsəyərək dedi: «Indi ədəbiyyatın həqiqətən böhran yaşadığı, keçid dövründə belə festivalları, ədəbiyyatın problemlərinin həlli üçün narahat olan insanların yığıncaqlarını yazmaq, dinləmək görmək mədəniyyəti kimi ümumiyyətlə dəstəkləyirəm… Baş verənlərə nəzər saldıqda ötən vaxtları xatırlayıram. Keçən əsrin 20-ci illərində də ədəbiyyat belə anları yaşamışdı. O vaxtlar da eksersisləri xatırladan belə bir hərəkat olmuşdu. Bunlara baxmayaraq 20-ci illərdə dahi bir ədəbiyyat yetişdi. Әdəbiyyat tarixini qrafiki göstərsək, o, ürəyin kardioqrammasına bənzəyər, enməsi də var, yüksəlişi də… Odur ki sizin LiFFt yüksəlişi xatırladır. Təki belə LiFFt-lərdən çox yaradılsın, gənclər cəlb olunsunlar. Söz incəsənəti çox lazımlı incəsənətdir…»
Bax buna xasiyyət deyərəm! Belə bir xasiyyətə malik olan qadını əlbəttə, Moskva gözləyirdi! Axır ki, gəlib çıxdı. SSRI parçalandıqdan sonra Marqarita Al Moskvaya köçdü. O, burada Poeziya və Fəlsəfə Akademiyasına qəbul oldu. Fakultələrdən birinin dekanı ədəbiyyatda metametaforik cərəyanın banisi, cırcıramaları könnüllü mühafizə cəmiyyətinin (DOOS) təşkilatçısı Konstantin Aleksandroviç Kedrov özü idi. Təhsil ərəfəsində «Poetik performans» adlanan yabanı sözlər fəzasını mənimsədi. Marqarita Alın poeziyası ilə tanış olan, müasir incəsənətə dəyər verən hər kəs mətnin fəlsəfi istiqamətləndirilməsinə və sözün görüntülü təsvirinə ilk növbədə diqqət yetirirlər. O, kiçik mətnlərlə gördüyü işlərin həcminə görə hamının diqqətini cəlb etdi. 2004-cü ildən 2014-cü ilə qədər o, Moskvada bir neçə sərgidə öz şəxsi sərgisini keçirmişdir. (50-dən çox yaradıcılıq işi: «Dəmır adamın misteriyası», «Başqa adamlar», «V. Xlebnikovun ulduz əlifbası», " Pavel Çelışevin mələkləri», " Insan insaydautu», " Dördüncü ölçü», «Әbədiyyət saatı»). O, V.V.Mayakovski adına Dövlət muzeyində» Kuboşar» və» Kruçe kruçennıx» performanslarının müəllifidir. O, Taqanka Teatrında keçirilən Konstantin Aleksandroviç Kedrovun yaradıcılıq axşamının səhnə tərtibatçısı olmuşdur. O, «Ayna paravoz» və «Әbədiyyət saatı» kimi art-obyektlərin, «Rus avanqardının 100 illiyi» layihələrinin müəllifidir. Onun «Mənim qardaşım Zaratustra» adlı ilk poetik toplusu şair, fəlsəfə elmlər doktoru K.A.Kedrovla birgə «Inkarın təsdiqi» kitabına daxil edilib… Amma, ən böyük və dəyərli performans, piramida qaydası ilə qurulmuş LiFFt Beynəlxalq Әdəbiyyat layihəsidir.
Hadisələrin xronologiyasına nəzər salsaq, Marqarita Al öz Moskva həyatını 20—21 əsrlərdə bir-biri ilə fiziki olaraq kəsişsələr də, yenə üç şərti mərhələyə bölür… Birinci mərhələ- onun Xlebnikov, Mayakovski, Elyuar, Eynşteyn, Salvador Dali, Maleviçin yaradıcılığından bəhrələnərək, Yeryomenko, Jdanov, Parşikovun metametaforik ədəbiyyatı cərəyanına
daxil olması; DOOS ədəbi-fəlsəfi cəmiyyətinə (Konstantin Kedrov, Henrix Sapqir, Andrey Voznesenski, Yelena Katsyuba və s.) qəbul olması və özünün poeziya və fəlsəfədə avanqard düşüncəsinin inkişafı mərhələsidir. Bu mərhələ «Poeziya və fəlsəfə Akademiyası"nda təhsillə birgə 2014-2015-ci illərə qədər davam edir; DOOS qrupuna üzvlüyə qəbul olunması (DOOS beynəlxalq avanqard festivalının laureatı), Marqaritanın yaradıcılığının görkəmli Rus avanqardı nümayəndələri tərəfindən tanınması, «Işi», «Drojal» və s. şerlər), Beynəlxalq Akademiyaya qəbul olunması («Otmetina Davida Burlyuka» Beynəlxalq mükafatı laureatı); Ixtisaslı rəssamlar ittifaqına qəbul olunması və s.
Ikinci mərhələ-performans təzahürünün və öz platformasının yaranmasıdır. Bu Marqarita Alın öz bədii və poetik perfopmanslarıdır. Bu əvvəlcə ölkədə, sonralar Avrasiyada və nəhayət, beynəlxalq səviyyədə jurnallar, kütləvi performans -festivallar, ədəbiyyat sahəsində birləşdirmək fəlsəfəsidir. Bu mərhələ təxminən 2015-ci ildən başlayır və bu gün də davam edir. Al yeni ideyaların təşkilatçısına və generatoruna çevrilir; O, Yuneskonun təsis etdiyi Ümumdünya Poeziya gününün təşkilatçısıdır; O, «DOOS» və «LiFFt» nəşriyyatlarına başçılıq edir, «Şairlər» avanqard jurnalının təsisçisi, naşiri və baş redaktorun müavinidir; Rusiyanın 20 bölgəsinin «LiFFt» ədəbi jurnallarını və 89 bölgəni təmsil edən ədəbi «LiFFt» jurnalının baş redaktorudur; Dünyanın 26 dilində çap olunmuş «Müasir Avrasiya yazıçıları» antologiyasının birinci cildinin tərtibatçısı və naşiridir; hər il keçirilən DOOS -beynəlxalq avanqard poeziya festivalının təşkilatçısıdır; hər il keçirilən LiFFt beynəlxalq ədəbiyyat festivalının təsisçisi və təşkilatçısıdır; SPIÇ yazıçılar və oxucular Ittifaqının prezidentidir; Avrasiya xalqları ədəbiyyat Asambleyası Şurasının sədridir; Rusiya xalqları ədəbiyyat Asambleyası Komitəsinin sədridir; Rusiya PEN-mərkəzin üzvüdür.
Üçüncü mərhələnin başlanğıcı indiki dövrdə cərəyan edir: Bu dünyada beynəlxalq səviyyəyə çıxmaqdan ibarətdir…
2015-ci ildə Marqarita Al təqdirəlayiq yaradıcılıq təşəbbüsünün müəllifi oldu: O, Rusiya və Avrasiya məkanında bir il müddətinə özünə geniş yer tutmuş maarifləndirici layihəni irəli sürdü. Bu layihənin məqsədi və qarşıya qoyulan məsələlər aşağıdakılardan ibarət idi:
– Rusiya, «Avrasiya» və MDB dövlətlərində yazıçılar və oxucular arasında dostluq və yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi; -Rusiya, MDB, Avrasiya yekdil ədəbiyyat məkanının yaradılması;
– Çoxmillətli Rusiyada festival hərəkatının birləşdirilməsi, Rusiya və dünya xalqları mədəniyyətinin qarşılıqlı inkişafına kömək; -mütəxəssislər arasında əlaqələrin genişlənməsi, ədəbiyyat festivallarının və forumlarının təşkilində qabaqcıl təcrübənin təbliği…
Cəmi bir ilə ilk Ümumrusiya Әdəbiyyat Festivalı həyata keçirildi. 2017-ci ildən isə o, Avrasiya festivalına çevrildi. Yenə də ardıcıllığa nəzər salsaq:– Birinci Ümumrusiya və Avrasiya Әdəbiyyat Festivallarının festivalı-27-30 may 2016, Aluşta şəhəri; -Ikinci Avrasiya və Ümymrusiya Әdəbiyyat Festivallarının Festivalı-26-30 may 2017, Moskva şəhəri; -Ücüncü Avrasita və Ümumrusiya Әdəbiyyat Festivallarının Festivalı, 24—28 may 2018, Soçi şəhəri; -Dördüncü Ümumrusiya ədəbiyyat Festivallarının Festivalı, 26—29 iyul 2019, Tümen şəhəri…
Ildən-ilə layihənin əhatə dairəsi daha da genişlənir.
Dördüncü Avrasiya ədəbiyyat Festivalları Festivalı daha Rusiyada deyil, 2019-cu ilin 30 sentyabrından 3 oktyabra qədər Azərbaycanda keçiriləcək.
Qonaq qismində festivala bütün dünyanın tanınmış şair və yazıçıları təşrif gətirəcəklər!
Bakıya Çindən, Koreyadan, Hindistandan, Indoneziyadan, Israildən, Avropadan, Afrikadan, Şimali və Cənubi Amerikadan, hətta Avstraliyadan da tanınmış ədəbiyyat xadimləri gələcəklər.
Onların arasında ədəbi tədbirlərin keçirilməsində misli, bərabəri olmayan bir kolumbiyalı da olacaq- məşhur Kolumbiya şairi, redaktoru və jurnalisti Luis Fernando Rendon Merino. O, 1991-ci ildən təsis olunmuş Medelin (Kolumbiya) Beynəlxalq poetik festivalın yaradıldığı gündən onun rəhbəri və direktorudur. Medelinə və Kolumbiyanın başqa şəhərlərinə bütün dünyadan, keçən ərəfədə min beş yüzdən çox şair və yazıçı təşrif buyurmuşdur. Amma insanı məəttəl qoyan başqasıdır: Kolumbiyada şairlərin çıxışı çoxminlik auditoriya toplayır! Insanlara poeziya lazımdır! Hava kimi lazımdır! Heç nəyə məhəl qoymadan! Heyranedici ölkədir!
Qabriel Xose de la Konkordiya «Qabo» Qarsia Markes Kolumbiya yazıçısı, jurnalisti, naşiri və siyasi xadimidir. O, «Sehrli realizm» ədəbi cərəyanının təmsilçisi, ədəbiyyat sahəsində «Neyştadt» mükafatının laureatıdır. 1957-ci ildə 30 yaşlı kolumbiyalı Qarsia Markes Sovet Ittifaqında, Moskva tələbələr və gənclər festivalında iştirak etmişdir. (O, dəvət olunmasa da oxumaq, rəqs etmək, gitara və zərb alətlərində ifa etməyi bacardığına görə Leypsiq şəhərində Kolumbiya folklor ansamblından olan yerlilərinə qoşularaq SSRI- ə gəlir).
O, yazdığı essedə SSRI-yə səfərini belə şərh edir: «22400000 kv km-də koka-kolanın bir reklamına belə rast gəlinmədi.»
1957-ci ilin dekabrında Qarsia Markes «El Momento» qəzetində işləmək təklifi aldığından, Venesuelanın paytaxtı Karakas şəhərinə köçür. Amma, Qarsia Markes 1958-ci ilin martından bir müddətə yenə Kolumbiyaya qayıdır, Mersedes Barça ilə evlənir və onunla birlikdə yenidən Karakas şəhərinə öz işinə qayıdır.
Mixail Jvanetski deyərdi: «Sənin arxanca gülsələr eybi yox, başın üstündə ağlamasınlar.» Әlbəttə o, haqlı idi. Şairlərin qeyri-adi davranışına tez-tez gülənlər olur, amma hətta Әfqanıstan müharibəsi zamanı mücahidlər arasında şairləri öldürmək günah sayılırdı, hətta qəddar Kolumbiya quldurları da şairlərə toxunmurdular. 2004-cü ildə Kolumbiyada Medelində keçirilən poeziya festivalında Rus Şairi Demyan Kudryavtsev də iştirak etmişdi. Bu haqda o yazırdı: «Festivalı „Prometeo“ jurnal, almanaxının banisi Fernando Rondon ərsəyə gətirmişdi. O, bunu axşamlar saat altıdan sonra küçəyə çıxmaq mümkün olmayan, ikinci özbaşınalıq dövrü kimi qorxunc bir zamanda həyata keçirməyi düşünmüşdü. O da bir çox başqaları kimi „incəsənətin“– sülhə gətirən ən yaxşı yol olduğunu düşünürdü… On il bundan öncə şəhərdə sözün əsl mənasında dava gedirdi… Şəhəri quldurlar, partizanlar, sağ hərbçilər və s. idarə edirdilər. Festivalın təşkilatçıları arasında hər birinin ailəsində zərərçəkmişlər, həlak olmuşlar, yaralanmışlar var idi. Amma, bu on dörd ildə festival iştirakçılarından heç kim zərər çəkmədi».