Читать книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов, Эльдар Алихасович Ахадов - Страница 31
Переводы на азербайджанский язык
Fısdıq ağacı
ОглавлениеSəs-küylü dəniz sularının əhatəsində, günəş şüalarının və küləyin təsiri altında qalmış, daşlı və tozlu yarımadada Qala adlanan qədim bir məskən mövcuddur. Baxtı ilə orada zaman keçdikcə kütləşmiş, bərkiyərək daşlaşmış balıqqulağından tikilmiş evlərdə insanlar yaşayırmış. Onların evlərinin pəncərəsi yox imiş. Işıq içəri «dubla» deyilən qoşa tüstü bacalarından düşərmiş. Indi isə burada açıq səma altında myzey yaradılıb. Evlərin arasıyla, daş cığırlarla burada qızmar günəş şüaları başlarına döyə-döyə hər şeyə həvəs və maraq göstərən turistlər gəzir, nadinc uşaqlar qaçışırlar.
Daş həyətlərdən birində tənha, canlı fısdıq ağacı durur. Onun gövdəsi kələkötür, qabığı açıq boz rəngdədir. Kökləri isə yerin dərinliklərinə işləmişdir.
…Fısdığın barı haqda hələ Incildə də xatırlanır. Yazılanlara görə çaritsa Savskaya fısdıq tumlarını çox sevərmiş. Amma, məsələ bunda deyil. Ağacın yaşı bəlkə də neçə yüz il olar. Ağacın gövdəsinin qeyri-adi hamarlığına fikir verdim. Sanki nə iləsə cilalanmışdı. Bu saysız, hesabsız insan əli toxunması nəticəsində belə olur. Sən demə, Qalada belə bir inam mövcuddur: Kim bu ağacın gövdəsinə toxunub, ürəyində hasısa arzu tutarsa, bu arzu mütləq çin olar. Toxundum. Gözlərimi yumdum. Istədiyimi ürəyimdə tutdum… Çin oldu ya olmadı yadımda deyil. Amma, indi mən dəqiq bilirəm ki, xoşbəxtlik gətirən ağac harda bitir və onun adı necədir.