Читать книгу Dalğa - Светлана Туран - Страница 2

Dalğa
Bir

Оглавление

Yenə nə səsdi? Yatacaqdım axı. Deyəsən, telefon-dur…

– Alo? Əlbəttə, mənəm. Məndən başqa bu evdə kim yaşayır ki? Demişdim sənə, yadından çıxıb? Bu gün onu görməyə gedəcəyəm. Niyə ki? Səndən soru-şuram, niyə getməyim? Alo! Niyə belə həyəcanlısan? Narahat olma, çarpayıdayam, yıxılsam da, əzilmərəm. Nə hadisə? Ola bilməz…

Dəstək əlimdən düşdü, elə bil əlim yoxa çıxdı, İm-ranın səsi hələ də gəlirdi, sanki iflic olmuşdum, əlimi tərpədib dəstəyi götürmək istəyirdim. Bəlkə, ona heç nə olmayıb? Başımda fikirlər bir-birilə çarpışırdı…

Dəstəyi əlimə birtəhər aldım:

– Bəs o?

İmran susurdu… Artıq başa düşdüm.

– Yaxşı, İmran, heç nə demə. Bilirəm…

Özümü öldürmək düşüncəsi ağlımdan bir qığılcım kimi keçdi. Keçdi və söndü. Günahdır.

Dalğa

Подняться наверх