Читать книгу Dalğa - Светлана Туран - Страница 6
Dalğa
İki
IV
ОглавлениеDəniz. Dalğalar. Səma.
Onların vəhdəti çox maraqlıdır.
Bu gün hava küləklidir. Səmada boz buludlar dola-şır. Dalğalar isə… dalğalar əsl mənim istədiyim kimi-dir bu gün. Çırpılmağa qaya axtarırlar. Bu mənzərəni çox xoşlayıram. Dalğa olmayanda dəniz maraqlı ol-mur. Məni dənizə cəlb edən dalğadır. Sakit dənizi se-vən bədbəxt adamlardır. Düzdür, mən də özümü xoş-bəxt hesab etmirəm. Mən neytral səviyyədə durmşam, iki qütbün – xoşbəxt və bədbəxtin arasında.
Dalğalar mənim üçün dərin məna daşıyır. Məncə, psixoloqların ayırd etdiyi dörd növ temprament dalğa-lara da xasdır. Bu gün hüzuruma sanqviniklər gəliblər. Elə ən çox da onları xoşlayıram. Dərindən düşünəndə elə bizim həyatımız da belə dalğaların üzərində keçir. Həyatımızdakı enişlər-yoxuşlar dalğanın tempera-mentindən asılıdır. Hər birimizin öz dalğası var. Dal-ğanın əhvalından asılı insanlar onların üzərində sanki bir oyuncaq kimi atılıb-düşürlər, amma çoxlarının bundan xəbəri yoxdur. Çoxları Allaha inanmır, onun qüdrətindən bixəbər olanlar dalğalara da inanmır.